Müzəffər ABK indiyə qədər müstəqil Azərbaycanda heç bir prezidentin, hətta Heydər Əliyevin imza atmadığı… Siyasi İradə və Xarizma nümayişi sərgilədi! – sayğıyla təzimlər və təşəkkürlər!
İnsanlar 70 faizi sudan (okean, dəniz, göl, çay, buzlaq) ibarət olan Yer kürəsində yalnız və yalnız 30 faiz quru ərazidə yaşamağı bacarır 21-ci əsrin birinci çərəyində! Bu 30 faizin də dağlıq, səhralıq, meşəlik arealı yaşayış üçün məskunlaşmağa yararsız hesab olunur! Yəni insan – yaşayış üçün bu gün və yaxın bir neçə əsrdə yararsız olan Marsa, Aya uçmağı bacaran insan okeanların cəmi 4 faizini tədqiq edə bilib! Ancaq gör haralara və nələrə kərkinir!
Bu faktlar onun təsdiqidir ki, İNSAN Yer üzündə yaşamaq uğrunda düşünmür – suda və quruda tam yaşayışı təmin etmək üsullarını və qaydalarını bilmir, ağlına gəlmir! Bütövlükdə Yer kürəsini ixtiyarına almır, bütövlükdə və birlikdə yaşamağı bacarmır insan… insanla!
Dünyanın ixtiyarı əlində olanlar Dünyayla neyləyir və nə plan cızırlar, onları özlərinin çabaları ilə baş-başa buraxaq, amma və lakin… bu durumu nəzərə də alaq ki, sonradan nizama da sala bilək.
Azərbaycanın bu günü üçün yazdıqlarımın birbaşa və dolayısıyla həm də dünyanın tövsifi olduğunu xəyalımızda saxlayaq!
Necədir bu gün, bu saat, bu dəqiqə vəziyyət?
Loru dildə, sadə, anlaşıqlı şəkildə yazacam, baxmayaraq ki, bu gün (yazı fəlsəfə günündə yazılırdı, üstündə işləmələr və araya düşən ekspromt olaylar ertələdi –A.C.) həm də FƏLSƏFƏ GÜNÜdür – geosiyasi və fəlsəfi terminologiya və cərəyanlardan yan keçməsəm də mahiyyətdə, “kəççi baba” diliylə danışacam!
DEMƏLİ:
Bir gün Şəkinin futbol komandası ilə Maştağanın futbol komandası finalda oynayır. Şəkililər 10-0 uduzur! Komandanın kapitanı Hacı dayıdan uduzmağın səbəbini soruşanda qısa və konkret cavab verir:
– Ha indi bu elə komandaya qarşı elə oyundur ki, top dalınca gedirsən, “bublik” əldən gedir, “bublik” hayına qalırsan, top əldən gedir!
Dünyada belədir!
Elə Azərbaycanda da belədir!
İki komanda bir-biri ilə oynayır – ikisinin də hədəfi digərinin “bublik”ini-“yuva”sını dağıtmaqdır!
YƏNİ: Azadlığın dalınca gedirsən, Dövlət əldən gedir, Dövlətin dalınca gedirsən, Azadlıq əldən gedir!
Niyə, nədən, nəymiş səbəb, yoxmu bir yolu-yolağası? Bilmədiyimiz nələr var?
BİRİNCİ səbəb: həm Azərbaycan Dövlətinin, həm də Azərbaycan xalqının Dövlətçilik və Azadlıq tərbiyəsi, savadı, əxlaqı yoxdur!
Azərbaycan Dövləti də deyir demokratik dövlətik, Azərbaycan xalqı da deyir demokratik xalqıq və hər ikisi də bir-biri ilə və dünya ilə savaşır ki, demokratiya Azərbaycanda bərqərar olsun!
Amma heç kim də – nə dövlət, nə xalq – demir ki, bu dəqiqə o mücərrəd demokratiya bizə lazım deyil və biz hələ nə xalq, nə də dövlət olaraq, demokratiyaya hazır deyilik yox e, istəmirik!
Bunu demək üçün Tarixi Faktlardan yararlanmaq lazımdır!
IV İvan Qroznıy 50 ildən, I Pyotr 45 ildən artıq, II Yekaterina 35 ilə qədər ölkə-dövlət başçısı olublar! İmperiya qurublar – əhaliyə ən ağlagəlməz aşağılayıcı qaydalar altında inləməyi nəsib etməklə! Fəqət İMPERİYA-DÖVLƏT qurublar! Fəth ediblər!!!
Rus xalqı 300 illik əsarətdən 300 il sonra da demokratiya tərəfə üz tutmadı: vətəndaş müharibələrindən, işğalçı savaşlardan, qiyamlardan keçərək imperiyanı yaratdı, qurdu, dinastiya-şəcərə iqtidarını sonlandırdı!
Ortaya DÖVLƏT qoydular! Və bu Dövləti yaşatmaq üçün işğala məruz qalmış xalqlardan bu dövlət üçün ölməyə hazır olan vətəndaşlar yetişdirdilər – rus yazıçılarının əsərləri ilə!
Mən ingilis, şotland, irland, ispan, alman tarixindən və ədəbiyyatından faktları bir qırağa qoyuram – bu gün demokratiyasını istədiyimiz, savaşımızı üstündə apardığımız həmin o “yəhudi istehsalı olan ingilis demokratiyası” o ölkənin bizə yedirtmək istədiyi demokratiyadır ki… o ölkə İmperiya olanda ərazisində Günəş batmırdı! Dünya ingilis üçün elə öz imperiyasından ibarət idi!
Bu hikkə-iddia, istək və xoşbəxtlikdə olmaq üçün gərəkdir ki…
Nələrin gərək olduğunu qısaca yazmaq olar: qanlı müharibələr, saysız-hesabsız qurbanlar, sərt qayda-qanunlar, ədalətsiz qərarlar, vicdansız hakimlər və… MİLLİ DOKTRİNA! Bütün bunlara da haqq qazandıran, təbliğatını aparan ədəbiyyat!
Azərbaycanda bunların heç biri olmayıb! Farsla, yunanla, ərəblə, ispanla vuruşub imperiya quran türk sonucda türklə vuruşub özü-özünü məğlub edib – dünyanı və dünyanı əldən verib!
Biz 1514-cü ildən bu yana özümüz özümüzlə vuruşuruq!
Dünyanın qalan hissəsi – fransız, alman rusla, ingilis ərəblə, türklə, amerikalı hindli, çinli, yaponla!
Və… belə bir aralıqda, Dünya ayaq saxlayıb nəfəs alanda, balaca bir pəncərə açılıb “Ripablik of Aze:baycan” üçün!
Biz neyləyirik?
Demokratiya istəyir… xalq!
Mən Azərbaycanda belə – İqtidarın təklif etdiyi, müxalifətin etiraz etdiyi DEMOKRATİYAnı istəyirəmmi?
Əsla və qətiyyən!
Demokratiya uğrunda savaş aparanların həbsini pisləyirəmmi – əsla və qətiyyən!
Niyə?
Ruhulla Xomeyni hakimiyyətə gələndə siyasətçilərdən biri demişdi ki, “Ruhullanın saqqalını qaldırsan, görərsən ki, “made in England” yazılıb!”
Azərbaycandakı demokratlar ya “Volodarski” fabrikinin – Prezident Administrasiyasının, DTX-nın məhsullarıdır, ya da Potomak sahillərindən qayıqla La-Manş boğazından keçirib Qolfstrim dalğası kimi Azərbaycana ötürdükləridir.
Azərbaycanda ən böyük demokrat Əbülfəz Elçibəy idisə, rusun işğalçılıq siyasətinə qarşı çıxan ən böyük qiyamçısı Əbülfəz Qədirqulu oğlu Əliyev idisə, həmin o Əbülfəz Əliyev Elçibəyin ən yaxşı şəyirdi-müridi Etibar Səlidar (rusun “SOLİDARnost” – həmrəy sözünə oxşasa da) oğlu idisə, həmin milli istiqlalçı və demokrat adamlar xalqın etibarını aparıb verdilər gül xonçasında SSRİ-nin – şovinist və işğalçı rusun… Generalına! Hətta heç bir-birlərinə etibar etmədilər bu gözəlim vətəni! Hətta bir-birlərinə heç nə saxlamadılar, bir o qaldı ki, bu onun anasına-bacısına açıq-aşkar söysün, o bunun arvadını-qızını nümayişkaranə şəkildə ortaya qoysun!
Mən belə demokratiyanı və belə demokratları istəmirəm, hərləmirəm, qoz da qoymuram çıxışlarına! Onların kimliklərini bilə-bilə, dallarınca gedənlərin də keşməkeşli talelərinə acımıram!
ƏN AZINDAN: eramızdan əvvəl küçə tamaşalarında kütləvi səhnələrdə rol alan fahişələri adbaad, II Yekaterinanın isə oynaşlarını sıra sayı ilə tanıyan Əli Kərimli prezident seçkilərində İlham Əliyevin vəkili, parlament seçkilərində Ramiz Mehdiyevin deputatı olan Gültəkin Hacıbəyli ilə bir olmağı qəbul etdi, amma və lakin heç bir halda İsa Qəmbərlə bir sırada durmadı!
Demokratiya və demokratlıq prinsipsizlik deyil, dəyərlər məcmusudur!
Əli Kərimli bunları gözaltına aldı!
Elə İsa Qəmbər də!
Etibar Məmmədov hər ikisindən, loru dillə desək, bir az daha kişi oldu, elə 1993-cü ildə kimliyini büruzə verdi – bunlar Etibar Məmmədovdan 25 il sonra təsdiqləndilər! Hamısı da tarix fakültəsinin məzunlarıdır, ha! Ya da bu və ya digər formada tarixlə bağlı fənlərdən öyrəndikləri var!
Son 35 ildə Azərbaycanda qəhrəman statusunda xalq qarşısında meydanda çıxış edənlərin heç biri Azərbaycan xalqına sayğı nümayiş etdirmədi!
Xalqın qarşısına çıxıb QIPQIRMIZI yalanlar danışdılar! Utanmadan!
Bu xalqın Məmməd Əmin Rəsulzadəsi, Fətəli xan Xoyskisi, Nəsib bəy Yusifbəyliyisi, Şəfi bəy Rüstəmbəylisi, Xudadat bəy Rəfibəylisi, Sultan bəyi qarşısında utanmadı!
Bunlar bu xalqın dövlət ərkanında uca məqamlarda olanıdır!
Bu xalqın dövlət ərkanında ucada olanları özlərini… bu dövlətin Kərgəlan kəndindəki sahə müvəkkili kimi apardılar, aparırlar və aparacaqlar. Bunun qarşısını almaq istəyən tək bir nəfər var: İlham Əliyev.
Xalq da, dövlətdə təmsil olunanlar da bu siyasətə qarşı deyil!
Kərgəlan kəndində ən azı bir nəfər var ki, şəxsən İlham Əliyevin qəbuluna girə, O-nunla təkbətək görüşə icazə ala, O-ndan nəsə, nəyinsə xahişini edə bilər!
Kərgəlan kəndindən ən azı iki nəfər var ki, şəxsən Arif Paşayevin qəbuluna girə, O-nunla təkbətək görüşə icazə ala, O-ndan nəsə, nəyinsə xahişini edə bilər!
Kərgəlan kəndindən üç nəfər var ki, şəxsən Daxili İşlər Naziri, DTX sədri, Baş Prokurorun qəbuluna girə, təkbətək görüşə icazə ala, onlardan nəsə, nəyinsə xahişini edə bilər!
Amma Kərgəlan kəndinin sahə müvəkkili bütün bu və digər üstün amilləri nəzərə və s şeylərinə və yerlərinə almır!
Baş prokurorluq, DİN, DTX üç iş üzrə hərəsində 40 min dollar olmaqla 24 nəfəri həbs edib! Ki… ölkəyə xəlvət pul gətiriblər, vergidən yayınıblar! Amma və lakin… Kərgəlan kəndində həmin o 40 min dollardan 4 dəfə artıq pul – təxminən 160 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb, nə oğru tapılır, nə də hansısa addım atılır!
Təkcə Kərgəlan kəndindən 300 min manat pul nəzarətdən və dövriyyədən kənardır!
Bütövlükdə Lənkəranda 100 milyon ABŞ dolları civarında pul kütləsi dələduzların və oğruların əlindədir! – polisə edilən müraciətlərin statistikası dediyimin təsdiqidir!
Fəqət… nə oğrular tutulur, nə dələduzlar həbs olunur, nə həmin o kifayət qədər böyük məbləğin yeri bilinir, dövriyyəyə və nəzarətə qaytarılır!
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş prokurorluq ortalıqda fırlanan 40 min ABŞ dollarının narahatlığını, sarsıntısını, təhlükəsini önləyir, AMMA VƏ LAKİN… ölkədə kimlərin əlinə keçdiyi bilinməyən, hansı işlərdə, proseslərdə dövr etdirilən 100 milyon və üstəlik də Kərgəlanda oğurlanan 160 min dollardan xəbərsizdir!
Kərgəlanın sahə müvəkkili, Kərgəlandakı agentura şəbəkəsi, Lənkəranın “sahə müvəkkili”, Lənkərandakı agentura şəbəkəsi bu qorxulu fakt barədə kimə məruzə edirlər, kimi xəbərdar edirlər, kimdən göstəriş alıblar ki, dəyməyin, qoy belə də qalsın, bilinmir! Hər halda, İlham Əliyevin bu 100 milyon 160 min dollardan xəbəri yoxdur! Çünki pul işinə və dövriyyəsinə baxan Mikayıl Cabbarov, Samir Şərifov, Sahil Babayev hətta ictimai tualetlərdən və parkinqlərdən gələn qəpiyin də belə nəzarətdə olduğundan İlham Əliyevi əmin edirlər! Və… yalan danışırlar İlham Əliyevə! Təkcə Lənkəranda 10 cinayətkar dəstənin əlində 100 milyon ABŞ dolları civarında oğurluqla, dələduzluqla ələ keçirilmiş valyuta var!
Və bu xalqın üzünə bu qıpqırmızı yalan danışmanı artıq İlham Əliyevin də üzünə və özünə tətbiq edirlər!
Necə ki, 35 ildir Əbülfəz Elçibəy, Etibar Məmmədov, Əli Kərimli qətiyyən eymənmədən bu xalqın üzünə qıpqırımızı yalan deyib qıpqırmızı da İlham Əliyevin üzünə durur, adını da qoyur demokratiya uğrunda savaş, eləcə də Kərgəlanın və Lənkəranın sahə müvəkkilləri… heç kimdən utanmırlar, heç kimi də qozlarına almırlar!
Və bu prosesləri durdurmağın mexanizmi yoxdur, kəsərsiz hüquqi rıçaqlardan əlavə kəsərli ictimai tərbiyə-təpki qaydası-fəndi tapılmır!
Azərbaycanda haçandan siyasi məhbus problemi yaşanır və bu ötən 30 ildə bircə dəfə də olsa, bir siyasətçinin şərlənərək həbsi həmin o müəyyən edilməyən, naməlum qaydayla durdurulub?
Bircə belə fakt yoxdur – şərləmə, saxta ittihamla həbs baş verir, adam cəza çəkir, iş gedir çıxır Avropa Məhkəməsinə, Avropa Məhkəməsi təzminat kəsir və Azərbaycan Dövləti xalqın pulundan götürüb təzminat ödəyir, amma istintaqı saxtalaşdıran müstəntiq, sanksiya verən prokuror, hökm çıxaran hakim daha… da yüksək vəzifəyə təyin olunur!
30 il həddən artıq çox böyük vaxt idi… qanunsuz həbslərin qarşısını ANINDA almaq üçün!
Əgər buna nail olunsaydı, bu gün kimsə deyə bilməzdi ki, Əli Kərimli şərlənib həbs olunub və ya siyasi fəaliyyətinə görə tutuqlanıb!
Azərbaycan müxalifəti, Azərbaycan hüquq elmi, Azərbaycan siyasi elitası Azərbaycan xalqı ilə birləşib Azərbaycan Dövləti üçün bunun heç bir formada həllini tapmadı!
Və… bu gün Əli Kərimli həbs olunur, hətta siyasi partiya rəhbərləri etiraf edir ki, bu şərləmə, rəqiblik kompleksi və AR CM-in “dejurnıy” sayılan bəlli maddələri ilə deyil, daha ağır ittihamlarladır, Azərbaycan Dövləti böyük bir məsuliyyətə çiyin verib, istintaq o qədər mükəmməl və qənirsiz aparılmalıdır ki, hökmə etiraz etmək mümkün olmasın! Bildiyiniz, siyasi məhbus kampaniyası üçün də yer qalmayıb.
Əli Kərimlinin üstünə hər dəfə gediləndə ABŞ-dan biri gəlirdi, axırıncı dəfə səhv etmirəmsə, ABŞ prezidentinin müşavirinin xanım köməkçisi gəlmişdi… cənab Prezidentlə görüşdü, getdi! Bir ya iki sutkadan sonra Əli Kərimli sərbəst buraxıldı – bu dəfə xahişə hətta pulxor ABŞ prezidentinə iki milyard dollar da hədiyyə etsən, gəlməz! Vəziyyət tamam fərqlidir!
Müzəffər ABK, Cənab Prezident Siyasi İradə, Rəhbər Qətiyyəti və Xarizma Gücü ortaya qoyub!
Elementar bir misal: 90-cı illərin əvvəlində bir xeyli siyasətçi “vətənə xəyanət” maddəsi ilə tutuqlandı, amma və lakin onların heç biri nə Rusiya, nə də İran agenti kimi “oformit” olunmadı! Hətta Heydər Əliyevin cəsarət etmədiyi bir cəngavərliyə İlham Əliyev imza atmış olub – bəlkə də Şah oğlu Şah olmağın özgüvənidir!
Baxmayaraq ki, dediyimiz həmin o “fərqli vəziyyət”i Əbülfəz Əliyevin qardaşı Almurad 30 il qabaqdan bilirdi, Azərbaycan siyasi müxalifəti də 30 il əvvəldən xəbərdar idi!
Görünür, Azərbaycanın Allahı, Müzəffər ABK, cənab Prezident indi məsləhət bilib, indi Onun icazəsi ilə yarpaq ağacdan düşüb!
Mənə qalsa, mən Əli Kərimlinin həbs olunmasını:
1995-ci il parlament seçkilərindən sonra gedib 2010-cu ilə qədər parlamentdə oturmağına;
2003-cü ildə Etibar Məmmədovla blok yaratdığına, ən axırda da Milli Şurada Rüstəm İbrahimbəyovla bir sırada durub Gültəkin Hacıbəylini qoltuğuna aldığına görə… nəinki Azadlıqdan və AZADLIQdan məhrum etməklə, hətta… sürgünlə cilalayardım!
Bilirəm, bir xeylisi deyəcək ki, Əli Kərimli rejimlə mübarizə aparırdı! Cavabını deyirəm:
Molla Nəsrəddin arvadıyla yol gedəndə quldurlar bunları yaxalayır, dairə çəkir, mollanı qoyurlar dairəyə, arvadının qır-qızıllarını soyur və başlayırlar… qayırmağa! İşlərini bitirəndən sonra arvad Mollaya deyir ki, a kişi, heç olmasa səsini çıxarardın, qışqırardın, gözünün qabağında məni qayırırdılar e! Molla deyir ki, arvad, narahat olma, dədələrinə od qoydum, onlar səni qayıranda gözlərindən yayınıb üç dəfə ayağımı cızdan qırağa qoydum!
Əli Kərimlinin AXCP sədri olaraq bu iqtidarla savaşı bundan artıq dəyərdə deyil! Və həm də özündən də başqa, kifayət qədər böyük ziyanı var Azərbaycan xalqına!
Nədir o ziyanlar?
Ruslarda bir söz var, “stavit palku v koleso” – tormoz dəyənəyi-əyləci.
Hakmiyyətlə az da olsa, mübarizədə qalib gəlmək şansı olanda, Əli Kərimli və partiyası, baxmayaraq ki, dinc dönəmlərdə iqtidar tərəfindən cinsi mənsubiyyətinəcən söyülürdü, həlledici məqamda “ciddi siyasi müxalifət təşkilatı” kimi mövqeyi nəzərə alınırdı!
Bütün dünyada belədir: oğraşın, qəhbənin oğraşlığına, qəhbəliyinə müəyyən dərəcədə dözürlər, amma elə məqam olur ki, səbr kasası daşır!
Göydəki Göy Allahının səbri 40 ildir, Yerdəki Azərbaycan Allahının səbri də elə bir o qədər oldu – 35 il!
Çörçill İkinci Cahan Savaşı vaxtı Perl-Harbor qətliamının olacağını ən azı 24 saat qabaq bilib və dostlarından-müttəfiqlərindən heç kimi xəbərdar etməyib. Ondan bunun səbəbini soruşanda “İngiltərənin daimi dostları yoxdur, daimi maraqları var” deyir!
Təbii ki… ən birinci Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Etibar Məmmədovun, Almurad Əliyevin, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Rauf Arifoğlunun və digər hərəkat və hakimiyyət təmsilçilərinin yaxşı tanıdığı, kimliyini və hara bağlı olduğunu bildikləri Əli Kərimlini… onlardan da əvvəl… İlham Əliyev bilirdi, tanıyırdı: sadəcə, Etibar Məmmədovla, İsa Qəmbərlə, Rüstəm İbrahimbəyovla, Cəmil Həsənli ilə, Gültəkin Hacıbəyli ilə “medlennıy” – tanqo-vals oynayan Əli Kərimli Çe Gevara, Navalnıy, Saakaşvili olmadığına görə, “sirk ayısı” kimi oynadılırdı – yəni, meydan verilirdi! Lap belə, bildirçinin bildirçin çıxmayan üçüncü balası kimi: nə qədər istəyirsən “bublikatanlıq” elə! “Do porı, do vremeni!”
Azərbaycan dilini gözəl bilən İlham Əliyev Azərbaycan xalqının atalar məsəllərini də gözəl bilir –amma və lakin… istifadə zamanını siyasəti yaxşı bildiyi üçün bəlli etmir!
“İti vuranda yiyəsini nəzərə alarlar”. Bəli, iti vurmaq üçün yiyəsini nəzərə almaq lazımdır! Əvvəl “yiyəsi”ni… sonra da bəyanat: bildirçinin bəyliyi darı sovrulanacandır!
Boğulan saman çöpündən yapışan kimi, gah Ramiz Mehdiyevin, gah da Əli Kərimlinin “guya kim olduğunu indi bildilər ki” sualı verənlərin nəzərinə: hərənizin yaşadığı küçədə, kənddə, rayonda, olduğunuz binanın hansısa blokunda mütləqdir ki bir qəhbə var! Bilirsiniz də! Amma haçan harda hansı qəhbə küçədən, kənddən, rayondan, Bakıdakı binanın blokundan qovulub, cinayət məsuliyyətinə cəlb etdirilib?
Niyə etməmisiniz? Bilmisiniz ki, biri “bazarkom” Kənanın qəhbəsidir, biri “dörd qurşaq” Ayazın, biri biznesmen “adı yox, özü var kələ”nin!
Ancaq nə qədər olmasa da, öz aranızda bir dəfə də olsa demisiniz: qəhbəyə bax e!
İlham Əliyev 35 ildir bilir kim kimin qəhbəsidir və üzlərinə deyir hər gün!
Bilirsiniz o qəhbələr Əlahəzrətə nə cavab verir? “Məhəbbətin Qüdrəti” var ha, Aftandil İsrafilov tamaşada ona deyir e “kalxoz”, o da deyir ki, “kalxoz” deyirsiniz “kalxoz” olsun!
Əslində, Ramiz Mehdiyevin haqqında məlum maddələrlə açılan cinayət işi və Əli Kərimlinin istintaqa cəlb olunması miqyasına və əzəmətinə görə… “KQB” arxivlərinin açılması qədər müdhiş bir addımdır!
Ramiz Mehdiyev hamı ilə açıq işləyib – əlaltıları bəllidir!
Ramiz Mehdiyevin qeyri-leqal əməkdaşlıq etdiyi “Əli Kərimli”lər onsuz da zamanla üzə çıxacaq! Əbülfəz Elçibəy elə də böyük, uzaqgörən, dahi siyasətçi deyildi, amma dediyi “hər şeyin zamana ehtiyacı var” fikri bu gün və Əli Kərimli, Əli Kərimlilər haqqında idi!
Çünki “KQB” arxivlərinin açılmasına sərəncam verməyə cəsarət etməmişdi, Heydər Əliyev də bu mövzuya toxunmadan keçmişdi! Əbülfəz Elçibəy uzaqgörən siyasətçi olsaydı, deyərdi ki, İlham Əliyev bizim edə bilmədiklərimizi edəcək!
Əbülfəz Elçibəy prezidentliyi qurban verəndən sonra bir azca başa düşdü ki, siyasət nəmənə şeydir və bildiklərini demədən özüylə qəbrə apardı – bütün həqiqətlər deyilmək üçündür, amma VAXTINDA! Vaxtsız deyilən istənilən bir həqiqət faciəyə aparar xalqı da, dövləti də. O vaxta çatmaq, sahiblənmək üçün siyasi müdriklik və səriştə lazımdır!
İlham Əliyev o vaxtı qazandı və məharətini göstərdi!
Bəli, ABŞ Senatı və demokratiya institutları Əli Kərimlinin “Qərbin adamı” obrazını yarada bilmişdilər və İlham Əliyevi təhdid, şantaj altında saxlamağa cəhd edirdilər! Ancaq İlham Əliyev Əli Kərimlinin Rusiya kuratorları ilə əməkdaşlığını Qərb institutlarına təqdim etməyi bacardı!
2019-cu ildən sonra Qərb institutlarının Əli Kərimli və AXCP haqqında ancaq narahat olduqlarını bildirən bir-iki bəyanata şahidik!
Səbəbi?
Rəhmətlik Tehran İmranoğlu mənə danışıb: Pelenin oynadığı dünya çempionatlarının birində İtaliya yığmasının müdafiəçisi (ya Kostalano, ya da Tostao – yadımda qalmayıb) Peleni bloklayır! 30 dəqiqədən sonra Peleni əvəz edirlər! Oyundan sonra Peleyə deyəndə ki, Tostao (Kostalano) sənə oynamağa imkan vermədi, demişdi ki, mən onu o 30 dəqiqədə elə yordum ki, o, 6 ay oynamayacaq! Pele neyləyibmiş? Görür Tostao (Kostalano) buna imkan vermir, başlayır meydanda o yan – bu yana qaçmağa! Özü bilir axı necə və hara qaçır, Tostao (Kostalano) isə düşür dalınca, girinc qalır, həm fiziki, həm də psixoloji cəhətdən məhv olur!
İlham Əliyev əli Əli Kərimlinin üstündə olanların hamısını yordu – hərəsinin yüyəni əlində, hara və necə istədi qaçırtdı, fırlatdı, həm mənəvi, həm fiziki, həm də psixoloji cəhətdən meyit elədi qoydu!
Mən 2013-2019-cu illərdə mətbuatdakı ara söhbətlərini və şayiələri bura daşımaq istəmirəm, amma bəyan etdiyim fikirlər haqqında kifayət qədər ciddi yazılar yazmışam – onda Ramiz Mehdiyev də iş başındaydı, Əli Kərimlinin də xarici pasportu vardı! Bir ştrixi etiraf edirəm: şəxsi qərəzlə yazırdım, amma heç bir halda obyektiv olmayan fikrim olmayıb! Hətta İlham Əliyevin məni 2012-ci ildə əfvini xüsusi vurğulamışdım: uğrunda vuruşduğum “Azadlıq” və AZADLIQ rəhbəri sübut etdi ki, o heç öz təşkilatının təəssübkeşlərinin lideri deyil, amma ən kəskin tənqid etdiyim İlham Əliyev imzasıyla təsdiqlədi ki, O, hər bir azərbaycanlının prezidenti və jurnalistlərin dostudur!
Təfərrüata varmayaq, əsas suala keçək: Əli Kərimlinin həbsi İlham Əliyevə və Azərbaycan xalqına nə verəcək?
Azərbaycan Prezidenti İlham Əliyevə heç nə verməyəcək, ancaq Azərbaycan Dövlətinə və Azərbaycan xalqına gözəl presedent hədiyyə olunacaq: qəhbəlik 40 günə üzə çıxır, vətənə xəyanət 40 ilə! Yetər ki, bunu PREZİDENT istəsin!
Əli Kərimlinin Prezidenti istəmədi!
Azərbaycanın xalqının Prezidenti öz Dövləti üçün istədi!
İkinci bir məqam isə budur ki, İlham Əliyev İradəsi ilə sübut etdi:
1937-ci il… Azərbaycan Dövlətinə və Azərbaycan xalqına nə verdi ki?
Heç nə!
İlham Əliyev bu müstəqillik dönəmində bir daha sübut etdi ki, Azərbaycan xalqı zərrə qədər də müasirləşməyib, özgürləşməyib, açıq təfəkkürlə qlobal düşünmə qabiliyyətinə yiyələnməyib!
Onun ziyalısı da, şairi-yazıçısı da, siyasətçisi də, lideri də elə 1937-ci ildə qalıb!
BƏLLİ OLAN HƏM DƏ BU OLDU Kİ:
Azərbaycan ədəbiyyatı Azərbaycan xalqını tərbiyə edən bir normal əsər qoymayıb ortaya – rus, fransız, ingilis, alman, ispan ədəbiyyatından fərqli olaraq!
Azərbaycan şair-yazıçıları Afrika çöllüklərində ac-yalavac tayfa nümayəndələri şəkərbura-paxlava görəndə ağızları açıla qalan sayaq, rus, ingilis, alman, fransız, ingilis, ispan ədəbiyyatına ağzıayrıq baxırlar və HEÇ OLMASA bir kənd sahə müvəkkilində dövlət və qanun təəssübü yaradan bir şeylər yazmırlar, yaza bilmirlər, o tərbiyəvi – nüfuz və sirayət gücləri yoxdur! Rus, alman, ingilis, ispan, fransız ədəbiyyatı şəxsiyyətlər yetişdirir, tərbiyə edir, xalq formalaşdırır, Azərbaycan şair-yazıçısı heç obraz yarada bilmir!
Buna görə yazmışdım: nə dövlətin, nə xalqın tərbiyəsi yoxdur, əxlaqı yerində deyil!
Həmin o ingilis, ispan, alman, fransız ədəbiyyatı səviyyəsində əsərlər olmalıdır ki, gün batmayan imperiya sahibi olan dövlətin, xalqın olsun!
Azərbaycan şair-yazıçısı bu fikirdədir ki, ziyalı siyasi hadisələrə münasibət bildirməyə bilər.
Əli Kərimli 30 ilə yanında 3 ədəd şair-yazıçı saxlaya, yetişdirə bilmədi ki, siyasi proseslərə münasibət bildirmək kişiliyi olsun. Amma iqtidarın yanında 300 şair-yazıçı var qanunsuz həbsə, şərləməyə haqq qazandıran! İlham Əliyev onları Afrikadan, Şimali Koreyadan, Pakistandan muzdla gətirməyib, PKK peşmərgələri deyil – hamısı teyxa, cılxa Azərbaycan türkləridir!
“Bu oyunda kim kimə qalib gələcək, kim kimi “bublik” çıxaracaq” artıq sual anlamını itirir! Və bundan niyə zərər çəkilsin!?
Amma mən hamıdan fərqli düşünürəm ki, Əli Kərimlinin həbsinin xeyri olacaq – o nə APO – Abdulla Öcalandır, nə də Navalnıy, ya Çe Gevara! Olsa-olsa, axırda… Əbülfəz Elçibəy olacaq! 20-30 il sonra! İndi də onun yolunu gedir, onda da onun yolunu gedəcək!
Ancaq bir şeylər ortaya çıxacaq: ya təsdiqlənəcək ki, Əli Kərimli azadlıqda olanda hakimiyyət həqiqətən onun dediyi kimi ondan çəkinib bəzi sərt addımları atmırmış, ya da təsdiqlənəcək ki, Əli Kərimli “fuflo” imiş – hapa-gopa basırmış: ölkədə pisliyə doğru heç nə dəyişmir! Əksinə, xarici xüsusi xidmət orqanları üçün prezervativ olan bu tip “siyasi müxaliflər” zərərsizləşdiriləndən sonra dəniz və ya okean yolları ilə təhdid və şantajların qabağının alınması üçün axan pullar ölkədə qalır, uşaq bağçaları iki ədəd, xəstəxanalar iki ədəd, məktəblər iki ədəd artıq tikilir, yollar iki kilometr artıq çəkilir!
Əslində, mən demokratiya istəmirəm və Əli Kərimlinin həbsi üçün İlham Əliyevə təşəkkür edirəm.
Niyə?
İlham Əliyev bu xalqa və dünyaya sübut etdi ki, Azərbaycan xalqı elə 1937-ci ildə qalıb, onu xalq olaraq da, dövlət olaraq da irəli aparan… atası Heydər Əliyev və Onun özüdür.
Buna görə təşəkkür edirəm!
Baxın sosial şəbəkələrə: bu xalqın özünə “xalqın şairi”, “xalqın bloggeri”, “xalqın qəhrəmanı” deyib laykladığı çöl-bayır, fayton-qazalaq, minbər-minarə şair-yazıçıları nə yazırlar?
Var onların içində… Əli Kərimli üçün… hətta vətən xaini olsa da, ağız açıb söz deyən???
Amma Əbülfəz Elçibəy hakimiyyəti durğunluq illərində iqtisadiyyatı “pripiska”, xalqı tayfa-klan, regional idarəçiliyə sürükləməkdə ittiham olunan DTX general-mayoru Heydər Əliyevə etibar etdi, hamının ağzından vurdu və dedi: Heydər bəy gələcək!
Vəssalam!
Əli Kərimli çox ağır ittihamla göz altına alınıb!
Və mən bir daha və yenidən İlham Əliyevə təşəkkür edirəm!
Çünki dəqiq bilirəm ki, Əli Kərimli də Əlikram Hümbətov kimi, ölənəcən deməyəcək ki, mən kimin dediyi ilə bu addımı atmışam! Amma hamı bilirdi ki, ona kim deyib nəyi necə eləsin!
Əli Kərimlidə də o kişilik olmayacaq, gözləmirəm də desin ki, kim ona dedi “ikinci dünya müharibəsinin naxçıvanlı döyüşçüsü Arif əmi”lərini – Cəmil Həsənlini və Gültəkin Hacıbəylini təşkilata cəlb elə, Etibar Məmmədovla bir ol, Rüstəm İbrahimbəyovun qılıncının altından keç!
Çünki Əli Kərimli hələ də özünü inandırır ki, o… ana müxalifətin barışmaz lideridir – türklərin “Qısqanma” serialında Məliha bic doğduğu Xalidi inandırdığı kimi ki, sən Orxan Ərdənin yox, Camal Paşazadənin oğlusan! Beləcə də davam edəcək… Xalid Camal Paşazadənin oğlu performansı sərgiləməkdə olacaq! Ta ki Camal Paşazadə ortaya çıxınca!
Almurad bəy demişkən, Əli Kərimlinin siyasi DNK-sı onun “Camal Paşazadə”yə – Əbülfəz Elçibəyə yox, “Orxan Ərdən”ə – Ramiz Mehdiyevə mənsubluğunu göstərsə də!
Davam edir… istintaq! – əslində, davam edir 1937, daha ciddi!
İlham Əliyevə sonsuzacan təşəkkürlər!
YAZIYA SÖZARDI: Əgər başda Əli Kərimli olmaqla bu ölkədə 1000 nəfər vətən üçün ölməyə hazır olan fədai demirəm, həqiqi cəbhəçi olsaydı hakimiyyətlə vuruşan, heç vaxt klan hakimiyyəti bu qədər davam etməzdi!
Əli Kərimli nəinki hakimiyyətlə, hakimiyyət uğrunda, heç öz ləyaqəti uğrunda vuruşmayan biridir – indi bəlli olur ki, onun bu qədər güclü obrazı nədən qaynaqlanırmış!
Niyə sualınıza cavab: bir dostum var idi, əri hər gün bununla dalaşır, bu ərinə oğraş, əri buna qəhbə deyirdi. Bir gün yeddinci sinifdə oxuyan qızı götürüb damarlarını kəsdi: mənim varlığıma hörmətlə yanaşın! Ər-arvadlıqda atabaatanızın ağzı ilə nə “şokolad” yeyirsiniz yeyin, amma valideynlik kurallarına riayət edin!
Bir qadın dostum da yeddinci sinifdə oxuyan oğluna qızmışdı, türklər demiş, saldırmışdı. Paşam bilirsənmi nə demişdi: mənimlə mənim layiq olduğum səviyyədə davran!
Əli Kərimli bu 30 ildə özünə heç yeddinci sinif oğlanı-qızı kimi də hörmət saxlatdıra bilmədi!
“Ana müxalifətin əyilməz, sınmaz, mübariz lideri” obrazı ilə öyünən Əli Kərimliyə vaxtilə sovet ordusunda məhkumlara nəzarət edən daxili qoşunlarda xidmət yoldaşı olan litvalı əsgər Arturas Salarauskasın həyatından bir fraqmenti çatdırmaq istəyirəm!
Pribaltlar ucaboy və həm də ağbəniz olurlar. Arturas da həmçinin. Gözəl uşaq olur. “Ded”lərdən altısı, biri də deyəsən Camalov adlı azərbaycanlı olur, bu Arturası minib çapırlar və nəhayət, dustaqları yatab – etap edəndə ikisi bununla cinsi əlaqədə olur! Qalanları da növbəyə qoymağa hazırlaşır! Arturas ağlayır, gizlənmək istəyir, “ded”lər bunu məcburən üzə çıxarır, döşəmə sildirir, dustaqların qulluğunda saxlayır. “Zek”lərdən – məhkumlardan bir qocamanı deyir ki, sən cavablarını verməlisən!
Arturas Salarauskas praporşik Pilipenkonun yuxuda olmasından istifadə edərək, iki tapançanı götürür, 6 “ded”in olduğu kupeyə girir, ikiəlli tapançadan atəş açır. İkisi həmən ölür. Arturas gülləsi bitdiyi üçün təzədən iki tapança götürür, təzədən kupeyə qayıdır, siçan kimi gizlənən “ded”lərin qalanını da biçir. Ürəyi soyumur, yenə iki tapança götürür, hamısını öldürdüyünə tam əmin olandan sonra, sandıqda qalan 5 tapançanı da götürür və növbəti stansiyada düşür!
SSRİ dağılan ərəfədə – 1989-1990-cı illərdə bu olay bütün Pribaltikada xalqı ayağa qaldırır, ölüm hökmü çıxarılmasına baxmayaraq, Arturas Salarauskas 3 ildən sonra azadlığa çıxır və hələ də yaşayır – ləyaqətlə!
Əli Kərimli bu vətənin əsgəri olaraq, Arturas Salarauskas dəyanəti də göstərmədi!
Silahdaşlarından soruşdum ki, niyə içinizdən bir nəfər tapılmadı ki, Əhəd Abıyevi öldürsün? Cavab: iqtidar elə onu istəyirdi də!
Adamlar nə öz ləyaqətləri, nə də liderlərinin şərəfi üçün ölümə hazır deyildilər! Olmadılar da!
Bu iqtidar bu idimdə, bu xarakterdə “lider”lərlə çox humanist davrandı!
Belə “lider”lərlə belə humanist davranmaq günahdır!
Əli Kərimlinin həbsi bu iqtidarın günahlarından birini yuyur!
Mən bilirəm, İlham Əliyev yenə də humanist davranacaq, amma ən əsası odur ki, bu məhkəmə ən ədalətli məhkəmə olacaq!
Baxmayaraq ki, ziyalıların səsi gəlmir – heç olmasa, əleyhinə də olsa! Ən dəhşətlisi budur! Çünki düşünürlər ki, İlham Əliyev sabah Ramiz Mehdiyevi də, Əli Kərimlini də əfv edə bilər!
Təsəvvür edirsinizmi… kütlənin düşüncəsini? Faktiki olaraq isə…
SON: Berlindəmi, hardasa ayrı bir Avropa şəhərindəmi bir gün kilsə zəngi… beş dəfə çalınır. Bəlli səbəblərdən maksimum 4 dəfə çalınası bu zəngin niyə 5 dəfə səslənməsi sorusuna cavab qısa və konkret olur. Ədalət Öldü – hakim ədalətli olmayan qərar veribmiş.
Azərbaycanda məhz hər gün kilsə zəngi çalınır – 5 dəfə!
Düzdür, Azərbaycanda azan da hər gün 5 dəfə səslənir. Fəqət, azan səsi kilsə zəngini tənzimləməyə yetərli deyil.
Mən Əli Kərimlinin məhkəməsindən sonra kilsənin 6 dəfə zəng səsləndirəcəyinə əminəm: 6 zəng… Ədalətin Dirilişi demək olacaq!
Onda azanın neçə dəfə səslənməsi önəm daşımayacaq!
p.s. AXCP-nin və Müsavatın bağlanması barədə səslənən istəklər real təhlükələrə görə ola bilər.
Əgər biz doğrudan da hesab ediriksə, Rusiya Azərbaycanda Müsavatın varlığını istəmir, onda niyə Rusiyanın layihəsi olan AXCP bağlanmasın ki? “Rusiyanın layihəsi olan AXCP” ona görə deyirəm ki, AXC-yə sədrliyə adı hallanan ilk namizəd… heç bir dissidentliyi, xalqçılığı, qiyam ruhu, azadlıq aşiqliyi olmayan Yusif Səmədoğlu idi. Yusif Səmədoğlu bizim Vatslav Havelimiz olmalıydı – Rusiya bizim xalqı bu dəyərdə görmədi! Əbülfəz Elçibəyi hardan tapdılar gətirdilər sədr qoydular – bu barədə çox yazılıb! Eynən Gürcüstanda Qamsaxurdianı tapıb gətirib prezident qoyub hakimiyyəti Şevardnadzeyə ötürdükləri ssenarini təkrarladılar!
İlham Əliyevə minnətdar olmağın bir səbəbi də bu: O, Lex Kaçinskidən daha böyük siyasətçidir! Rusiya uzantılarından qopmağın ayrı və kreativ yollarını bula bilir!
Mən bir şey gözləyirəm Əli Kərimlidən və Ramiz Mehdiyevdən: Azərbaycanın Rusiyadan agentura asılılığından birdəfəlik qurtulması üçün istintaqla səmimi əməkdaşlıq və bildikləri hər şeyi söyləmək! Hətta ilk gündən AXCP sədrliyindən istefa verməyini bəyan etmək və partiyadaşlarına təşkilatı buraxmağı təklif etmək!
Bu addım… Azərbaycan Dövlətinin müstəqilliyinin dönməzliyinə və Azərbaycan xalqının azadlığına xidmət edəcək!
Əks təqdirdə, təşkilat və onun lideri çox urvatsız şəkildə siyasi səhnədən silinəcək – yalnız o adamlar ümid edə bilər ki, Azərbaycan təzədən işğal olunacaq, Azərbaycan bir daha müstəqillik qazanacaq və o müstəqilliyi qazanmaqda AXC adlı bərpa olunmuş təşkilatın rolu olacaq!
Tarix təkrarlanmır! Heç 1992-ci il də tarixin təkrarı deyildi!
Özünüzü yalanlara öyrəşdirməyin!
Amerikaya, Avropaya minnətdar olun ki, 50 illik planın ilk yarısında nəzərdə tutulanları həyata keçirdilər! İkinci yarısı üçün nəzərdə tutulanlarda “Azərbaycan” adlı qrafa yoxdur!
Onu o qrafada təzminatla, töycü ilə, müdrik və uzaqgörən siyasəti ilə, neftin və başqa təbii sərvətlərin hesabına İlham Əliyev saxlayır!
Məhz İlham Əliyev!
Hətta komandası da yox!
Necə ki, biz hər gün küçəmizdə, kəndimizdə, rayonumuzda, Bakıdakı blokumuzda qəhbələri görüb deyirik e: qəhbəyə bax e, qəhbəyə, eləcə də İlham Əliyev hər gün Prezident Aparatında, iqtidar partiyasında, siyasi müxalifət sıralarında yerləşdirilmişlərə baxır deyir: “qəhbəyə bax e, qəhbəyə!” (bəlkə də ayrı cür, ayrı dildə deyir, amma mahiyyət elə mən deyəndi)
Amma O… bizdən fərqli olaraq, dediyimizi deməklə kifayətlənmir, seyrçi qalmır, həm də ayrıca bir qovluq açıb: “VVVVV”, YƏNİ: “vsex vraqov v…bu, vısuşu, vıbroşu!”
Buna O-nun gücü çatar.
p.p.s. Növbədə nazirlər və icra başçılarıdır!
















