ASCO-nun yeni sədri iki nəfəri işdən çıxardı

ASCO-nun yeni sədri iki nəfəri işdən çıxardı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) QSC-də kadr islahatları aparılıb.

Müstəqil.Az  Unikal-a istinadən xəbər verir ki, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb.

Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar, Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifələrindən ayrılıblar.

Xatırladaq ki, Əfqan Cəlilov bu il yanvarın 6-da ASCO-nun sədri təyin olunub.

Müstəqil.Az

Share: