O Adaya söyləyin
Ada öz halındadır .
Dayanıb öz dəmiylə ..
O Adaya yol yoxdur
Nə uçaq.. nə gəmiylə …
O Adaya söyləyin
Dinə imana gəlsin .
Ya dənizlər çəkilsin
Ya, o limana gəlsin …
Daş yuxular ..
İlahi, anlat mənə
Bu sirli, daş yuxunu .
Bir nizama sal nolar .
Belə çaş-baş yuxunu .
Sənin o daş yuxunu
Bölən olub, deyirlər ..
Yuxuda əlin qanmış …
Ölən olub, deyirlər …
…
Bu yollar mənə çıxmır
…
….Tənha ..qərib dünyayam
Karvan keçmir ..it hürmür.
Göydən düşən almalar .
Tən ..bərabər bölünmür ..
…
Bu yollar mənə çıxmır
Cır bileti ..dön geri
Qismətsə görüşərik .
Bir dəli bir …sərsəri …
…
…Bu qəribə nagıllar .
..
…Canla qəbir arası
Bir ovuc torpaq qalıb
Yarpaq tökümü bitdi ..
Tək bircə yarpaq qalıb .
…
Sən bərədə bir ovçu
Mən dən gəzən bir quşam
Yatıb yuxulayarsan .
Görərsən ki uçmuşam ..
…
Bu qəribə nagılın
Sonu belə qurtarar ..
Sən alma toplayarsan .
Məni divlər aparar …
…
Gələ dəli qonagın
…
…Bir gün qapın döyülə
Gələ.. dəli qonagın
Sən də durub baxasan ..
İşıqlana otagın ..
…
Susub.. susub qalasan
Baxışanız göz ..gözə
Gözlərin gizlətməyə
..Nə yaxşı döndün …deyə .
…
….Acı yuxular
Gördüyüm acı yuxuydu
Söylətməyin onu mənə .
Bir ev tikdim o ürəkdə
Uçurtmayın onu mənə .
..
Hamıya allı güllü
Mənə düşən rəngə bax .
Mən bir bəndə …O ALLAHH..
Bir secdiyi dəngə bax …
….
Bir otaqlı dünyalar ….
…
Dayan ..dünya dincəlim
Sənin vurha ..vurundan
Tanrım… güc ver qurtarım
İçimin terrorundan
…
Başqa rəng gəzmə burda
Ag ..qaralıdır dünya
Başqa məkan axtarma
Bir otaqlıdır dünya .
…
Get qovuram içimdən…
…
Üz tutdugum dərgahlar
Açılmaz …baglı çıxar
Baxma mənim gözümə
Dəlilər haqlı çıxar..
…
Get qovuram içimdən
Ay dəli ..rahat dolan .
Günah dolu dünyanın
Kölgəsində daldalan.
Möhtəşəm yalan ..
..
Dur gəl zalım balası
Dünya yaman qarışdı
Açılmadı düymələr ..
Kərəm yandı ..alışdı. .
…
Yerlə göyün arası
Sən..ən zalım olansan
Sın mənim uydurdugum
Ən möhtəşəm yalansan ..
…
Dayanan saatlar.
…
Burda saat dayanmış .
Keçib gedib o qatar
Əlimdə bilet qalıb
Bir də bu ayrılıqlar ..
..
Bura dar bir dalandı .
Qaranlıqdı küçələr
Görən kim atəşlədi
Yanıb getdi bu şəhər .
…
Bu dəli niyə oynayır ..
….
Bu dəliyə agıl ver
Mugam ..seygaha oynayır
Kimsə ölüb ortalıqda .
O dərdə.. aha oynayır .
…
Özü tapıb əcəlini ..
Alıbdı baha …oynayır .
Özü öldürüb özünü
Batıb günaha ..oynayır …
..
















