Uzaq dur hekayəmdən
…Tüstüsü görünməyən
Sönən ocaq kimiyəm
Yol getdiyim gəmini
Yaxar qədər dəliyəm
…
Uzaq dur hekayəm
Agırlıq əzər səni
Sındırılmış güzgüyəm
Qırıqlar kəsər səni ..
Sabah qətl günüdür.
Bu nimdaş səhərləri
Bu bom..boz gecələri
Geyib əyninə gəlmə
Ayrılıgın səhəri ..
Payız …ayrılıq ayı
İntihar mövsümüdür
Geyin …bəzən sən də gəl
Sabah <qətl günüdü
Get daha rahat dolan
…Bütün gözəl eşqləri
Ürəyimdə soyutdum .
Dəli …dəli daşlardan
Ev tikməyi unutdum .
..
Getdim dərya üstünə
Qurutdume .. qurutdum
Get daha rahat dolan
Unutdume …unutdum .
Sən kəndirbaz deyilsən
…Yanmışam …külüm qaldı
Külüm ilə oynama.
Sən kəndirbaz deyilsən
Zülüm ilə oynama .
..
Bu dünya anan deyil ..
Aglama …yanan deyil .
Durmalı zaman deyil..
Yolum ilə …oynama .!
*****
….Dur gəl zalım balası .
Dünya yaman qarışdı
Açılmadı düymələr
Kərəm yandı… alışdı .
..
Yerlə göyün arası
Sən ən zalım olansan
Sən…mənim uydurdugum
Ən “möhtəşəm yalansan”…
















