Doğrudanmı İradə Muradovanın qatil anlaqsız elan edilərək məsuliyyətdən kənarda qala biləcək?
2025-ci ilin, isti yay günlərindən birində, avqust ayının 23-də Bakı şəhərində törədilən dəhşətli qətl hadisəsi xəbəri eşidənləri sarsıtdı. Tanınmış iş adamı Emil Ağacanov qəbul etdiyi narkotik maddələrin təsiri altında uzun müddət tanış olduqları, dostluq etdikləri, ona məxsus mağazanın icraçı direktoru olan gənc xanımı son dərəcə amansızlıqla, rəhm tanımadan qətlə yetirmişdi.
Xüsusi amansızlıqla, dini ayinlərin bəzi ritiullarını həyata keçirilərək törədilən qətlin istintaqı artıq Yasamal rayon prokurorluğu tərəfondən başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində məlum cinayət işi üzrə aparılan məhkəmə prosesi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə davam edir.
Məhkəmənin sonuncusu sonuncu işi fevralın 19-da keçirildi. Məhkəmə növbəti işini fevralıb 26-da davam edəcək.
.jpg)
Hakim Səbinə Məmmədzadə
MƏHKƏMƏ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI SUSUR…
Müstəqil.Az-ın bu dəhşətli qətl hadisəsi ilə bağlı apardığı jurnalist araşdırması davam edir. Məhkəmə prosesində müşahidə etdiklərimiz qətli törətməkdə şübhəli bilinən, hazırda anlaqsız şəxs kimi Maştağa qəsəbəsindəki psixiotrik xəstəxanada saxlanılanılır. Hadisənin təfərrüatına varanda heç kəsdə şübhə yeri qalmır ki, qətl hadisəsini törədən şəxs xəstə yarlığı altında məsuliyyətdən kənarda qalacaq. Lakin məhkəmənin sonuna hələ var. Şahidlər dindirilir, hər iki tərəfin vəkili ciddi-cəhdlə görəvlərinə düşən işi görür, hakim sədrlik edir, şahidləri dindirir. Dövlət ittihamçısı isə susur. O, məhkəmənin gedişində şahidlərə, təqsirləndirilən şəxsə, zərərçəkmiş tərəfə suallar belə vermir. Görünür…
Qətl hadisəsi ilə bağlı zərərçəkmişin qanuni nümayəndəsi, boğularaq qətlə yetirilmiş İradə Muradovanın bacısı Rəna Muradovanın etirazları, məhkəmə boyu yaranan və tərəfindən verilən suallar da məhkəmənin gedişində heç nəyə təsir etmir; məşhur el deyimi yada düşür: Günah öləndədir!

Rəna Muradova
Əks təqdirdə zərərçəkmişin qanuni nümayəndəsi və vəkili Cıbrayılov Rəşad Vəkil oğlunun 1(101)-2098/2025 № li cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadəyə ünvanladığı vəsatət nəzərə alınardı. İstintaq zamanı bilərəkdən, yaxud bilməyərəkdən müstəntiqin gözündən yayınan bir çox zəruri məsələləri sadalayan, faktların üzərindən sükutla keçilən nüanslar və nəticədə istintaqın qeyri obyektiv aparılmasına yarann şübhələr vəsatətdə açıq, dolğun şəkildə göstərilməzdi. Vəkil vəsadəti ilə xanım hakimdən, bütün şübhəli anları, etinaslığı nəzərə almağı xahiş edir: Cinayət işi üzrə maddi sübutların tam və obyektiv araşdırılması, mobil telefon və digər rəqəmsal daşıyıcılar üzrə zəruri texniki və rəqəmsal ekspertizaların aparılması, habelə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə cinayət işinin əlavə istintaqa qaytarılması barədə qərar qəbul edəsiniz.
Hələ ki, zərərçəkmiş tərəfin xahişi nəzərə alınmayıb. Necə ki Yasamal rayon prokurorluğunun apardığı istintaqla bağlı daha yuxarı inistansiyalata olunan müraciətlərə birmənalı olaraq fikir verilmirdi. Qeyd etdiyimiz kimi məhkəmə prosesi davam edir, şahidlər dindirilir, onlara suallar verilir və adama elə gəlir ki, verilən suallarda və edilən jestlərdə bir yönəlilik var.
“O QƏDƏR DƏ İNANMADIM”
Məhkəmənin başlanmasna az qalmış şahid qismində dəvət olunmuş Təcili Tibbi Yardım məntəqəsinin həkimi Afət xanımla tanış oldum. Qısa zaman kəsiyində həmsöhbət olduq. Nəlum olanda ki, hər ikimiz eyni məhkəmə prosesini gözləyirik, jurnalist marağımı saxlaya bilmədim:
– Siz hadisə yerinə gələndə nə gördünüz??
– Mən yuxarı qalxanda qətli törədən adamı gördüm, küncə sıxılmışdı, qəribə, boğuq səslər çıxarırdı, mənə yalvardı ki, onu həyata qaytarım. Lömək et yaşasın, dedi. Sənə nə desən, nə istəsən verərəm.
Hamam otağına keçdim, çılpaq gənc qadın yıxılmışdı. Orada iki nəfər başqa adam da var idi, biri mərhuma sünü nəfəs verirdi. Gec idi artıq, qadın ölmüşdü, bədəni soyumuşdu. Emil adlı adam, hadisəni törədən, arada deyirdi ki, anamın yaxşı ətirləri var şkafda, ondan həkimə verin, fikir verirdim, onun hərəkətlərində qəribəlik var idi.
-Anlaqsız idi, özünü sərsəm adam kimi aparırdı?
-Çalışırdı, mən ona o qədər də inanmadım, neçə ilin həkimiyəm, bu hərəkətlər təbii deyildi. Mənə elə gəldi ki, o bununla anlaqsız olmağını ətrafdakılara, çox güman ki mən. inandırmağa çalışırdı. Amma, nə bilim vallah, yanıla da bilərdim.
Afət həkim şahid qismində ilk ifadə verdi. Hakimin verdiyi suallara həkim yuxarıda mənə dediklərini dedi. Sadəcə, hakim həkimdən sənin daxili inamın nə deyirdi, o, doğrudanmı psixoloji cəhətdən xəstə adama bənzəyirdimi, deyə soruşmadı və təbii ki, həkim hakimin vermədiyi suala caavab olaraq ifadəsində qətli törədən adama inamsızlığını demədi.
“VSE İDYOT PO PLANU”
Bu sözləri İradə Muradovanı qətlə yetirən Emil Ağacanov məhkəmə binasının 1 saylı məhkəmə zalında dedi. Məhkəmə başlamamaışdı. Hər kəs münasib yer seçib otururdu. Emil Ağacanov onu mühafizə edən polisin yanında oturmuşdu. Qohum xanımlardan biri arxa sırada ona yaxınlaşdı. Doğmalıq, hadisənin ağırlığının gətirdiyi rahatsızlıq, kənardan çox aydın görünürdü.
Xanım Emilin səhhəti ilə maraqlandı: Necəsən, vəziyyət necədir?
Emil, Vse idyot po planu, vse normalnoe, deyərək xanıma rus dilində cavab verdi.
Bir neçə dəqiqədən sonra hakim və onun yardımçı olan hakimlər zala daxil oldu.
İlk gündən zərərçəkmiş tərəfin qandondurucu qətl hadisəsinin istintaqının düzgün aparılmaması haqda etirazları ölkə mətbuatında yer almaqda idi və bu indi də belədir. Həm Yasamal rayon prokurorluğunun, həm Prokurorluğun Məhkəmə Tibbi ekspertizasının qətllə bağlı apardıqları işdəki boşluq, hadisəyə laqeyd münasibət zərərçəkmişin vəkilinin verdiyi vəsadətlərdə, həm də KİV-də gedən araşdırma yazılarda dəfələrlə gündəm olub, diqqət çəkib. Bəlkə elə ona Yasamal rayon prokurorluğunun diqqətindən kənarda qalan faktlara görə zərərçəkmiş tərəfin qaldırdığı vəsadətə Bakl Ağır Cinayətlər Məhkəməsinin hakimin etinasızlığı, zərəçəkmiş tərəfdə qarşı tərəfə mərhəmət göstərməsi şübhəsini yaradıb.
Hələ məhkəmə sona çatmayıb, müşahidələrimiz davam edir…
“QARDAŞI O VƏZİYYƏTDƏ OLAN BACI NECƏ İSTİRAHƏT EDƏ BİLƏR?”
Amansızcasına iş yoldaşını, öz təbiri ilə desək, dünyalar qədər sevdiyi xanımı qətlə yetirən Emil Ağacanovun şahidləri sırasında bacısı Nigar Həbibova da vardı.

Şahid Nigar Həbibova
Xanım Həbibovanın məhkəmə zamanı verdiyi ifadə, həyat yoldaşı Elnur Həbibovun istintaq zamanı və məhkəmədə verdiyi İfadə ilə üst-üstə düşmürdü. Onlardan birinin dediklərə əlbəttə ki yalan olmalıdır. Nigar xanım qardaşının son durumundan narahat olmasını, həkimlə əlaqə saxlamasını desə də, həyat yoldaşı bunun əksini deyir,istirahət etdiklərini söyləmişdi.
Bu məsələdə əlbəttə Nigar xanımı qınamaq olmaz, axı o, günahsız bir insanın, xanımın qətlində günahkar bilinən birinin bacısıdır. Və sözssüz ki, qardaşının ağır cinayətin ağır cəzasından qurtulması üçün fədəkarlıq etməlidir, necə ki, məhkəmədə verdiyi ifadə zamanı nüəyyən qədər buna nail ola bildi. İstintaq zamanı Həyat vyoldaşı Elnurun verdiyi ifadəni tam təkzib etdi. Elnurun, biz Sibirisdə istirahət edirik, maşınım cərimə meydançasındadır, Nigarın maşını bağdadır, gələ bilmərik, deməsi Emilin harayına, yetə bilməyəcəklərindən xəbər verir. Nədənsə hər ikisi İradədənn qardaşını bu ağır məqamda tək qoymamağı xahiş etmələrini dilə gətirmir.
İstintaq matrealında olan bu dialoqların hakim xanım tərəfindən də susqun qarşılanması zərərçəkmiş tərəfdə narahatçılıq doğurur.
Nigar xanım ifadəsində narkotik tərkibli marixuana, yaxud həblərdən istifadəsi zamanı qardaşının vəziyyətininn kəskin dərəcədə pisləşməsindən sonra vəziyyətdən çıxması üçün əvvəllər də müraciət edib narkotikdən aslılığını bərpa etdirdiyi “Egey” hospitala zəng vurduğunu, Araz adlı həkimlə danışıb kömək istədiyini dedi. Elə Araz həkim də ifadəsi zamanı bunu təsdiqlədi. Lakin nəyə görə, Emilin hospitalda qalmamasını əsaslandırdığı da inandırıcı görünmədi. Həkimin özünün işdə olmasa da, hospitaldakı digər tibb işçilərinin köməyə ehtiyacı olan xəstəyə etinaslığı nədən olmaslın, sorumu hakimin verdiyi suallar sırasında deyildi.
Əkbəttə ki, hakimin araşdırmasında bunlar olmaya bilər, məhkəmə hələ ki davam edir.
HEÇ VAXT VERİLMƏYƏCƏK SUALLAR
Görəsən, bu faciəli sonluqla nəticələnən hadisənin gələcəkdə baş verməməsi üçün kifayət qədər sanbalı, idarəetmə qabiliyyəti, insan qəlbinə yol tapmaq bacarığı olan adamın – Emilin aslı olduğu narkotik maddələrin mənbəsi üçün Vəkilin verdiyi vəsadəti ilə cinayət işini təkrar istintaqa göndərmək mümkünsüzdürmü?
Yaxud, indi Yasamal prokurorluğunun, Emili müalicə edən xəstəxana və özəl tibb müəsisələrinin ciddi cəhdlə təqsirləndirilən şəxsin anlaqsız olmasını, yaşamasını sübut etmək cəhdlərini, bir qədər arxa plana qoyub da, bircə suala cavab axtarmaqla istintaqın və məhkəmənin bir tərəfli aparılmdığını zərərçəkən tərəfin şübhələrinə son qoymaq olmazdımı?
Məsələn Emil Ağacanovun anlaqsız olduğu əminliyini gəlmək üçün onun hansı psixiotrik xəstəxanada müalicə alıb, yaxud qeydiyyatda olduğunu öyrənmək olmazdımı?
Hər kəsdə, xüsusi ilə zərərçəkmiş tərəfdə əminlik var ki, Emil Ağacanov düşünülmüş halda “anlaqsız” çıxarılır. Hər halda illərdir tanıdıqları bir insanda müşahidə olunmayan hallar ortaya çıxır, məhkəmə zalında özünü adekvat apardığı halda birdən birə çox ağıllı, məntiqli replikalar, münasibətlər az qala onu ələ verir.
Narkotik maddələrin qəbulunub özü də etiraf edən təqsirləndirilən şəxsin elə bu əməlində kifayət qədər cinayətkarı şəxsi ifşa etmək də olar. Əgər cinayət işi təkrar istintaq göndərilsə…
Gənclərin, xüsusi ilə imkanlı şəxslərin arasında geniş vüsət alan narkotikaya aludəçilik, həm də qanun pozuntusuna, faciəli sonluğa çata biləcək bir vərdişə bağlılıqdır. Demək, Emil Ağacanovu “anlaqsız” halda qətl törədənə qədər dəfələrlə cinayət əməllərində günahlandırmaq olar.

“Anlaqsız” Emil Ağacanov
Bununla da həm də digər dəhşətli bir cinayətə meyl etmənin də şübhəsi aradan qaldırıla bilər. Məsələn, zərərçəkmiş tərəfdən Rəna Muradova təkidlə və təkrar-təkrar deyir ki, Emil Ağacanovun qəbul etdiyi narkotik tərkibli vasitələrdən sonra nə yeznəsi Elnur Həbibov, nə də digər ən yaxın qohumları ona dəstək olmayıblar, əksinə mərhum İradə xanımla yaradıblar, Emilin narkotika qəbul etdikdən sonra düşüdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ardınca getməsini xahiş ediblər. Bu faktı da heç biri təkzib etmir, İradənin isə onlarla danışıqda kömək istəyinə yetməmələrini müxtəlif formada çətinliklərlə əsaslandırırlar.( Sibirizdə istirahət, uşaqların bu saatlarda yatması, Elnurun maşınının cərimə meydanında, xanımının maşınının bağda olması, həkimə və Emilin İradəni çox istəməsinə güvınmələrinə, Emillə İradənin daima bir yerdə olmasına və s.) Əlbəttə bütün bunlar deyilənlər kimi ola bilər… Lakin məhkəmə hələ ki, davam edir…
Bəs alt qatdakı fikirləri necə üzə çıxartmaq olar? Ümumiyyətlə hakim verilən ifadələrə, ifadədən qabaq içilən şablon anda inanmalı, yoxsa özünün daxili inamından və hadisələrin gedişindən yaranan sualları da verməlidir? Suallar, əlbəttə ki verilirdi. Məsələn hakim şahid qismində ifadə verən Araz həkimdən soruşur: Anlaqsız adamın marixuana çəkməsi onun vəziyyətinin xeyrinə, stabil qalmasına səbəb ola bilər də… Belə başa düşmək olar ki, qətli törədən adam ona görə psixi xəstə kimi tanınmayıb, hərəkət etməyib ki, o marixuana çəkərək daima anlaqsız olmasını gizlədib. Yəni o, elə psixi xıstı imiş, ekspertizanın verdiyi rəy doğrudur. Araz həkim diqqətli idi və sözü həmən analiz edirdi.
MƏHKƏMƏNİN İŞİ SONA ÇATMADAN SONU MƏLUM OLAN İŞ
Jurnalist araşdırmamızın bu yerində qeyd etmək lazımdır ki, biz hakimin apardığı işə şübhə ilə yanaşmırıq. Gün ərzində 4-5 cinayət işinə baxan bir insanın fiziki, zehni yorğunluğu da ola bilər. Həm də bütün ölkəni dəhşətə gətirən bu cinayət işinin məhkəmə baxışı, nədənsə iş günün sonuna saxlanılır.
Bu, görəsən bu məhkəmə işi sona çatmadan, sonu məlum olan işdir, anlamını vermir ki?
Rəna xanımın və Nigar xanımın bacı olaraq narahat olmaları aydındır. Biri qətlə yetirilmiş bacısının cinayət işinin düzgün aparılmasını istəyir. Digər bacı isə istintaq zamanı qurbanını boğaraq öldürdüyünü, məhkəmə zamanı isə dini ayinlərlə məşğul olduğu üçün cinlərin ona acığı tutub və İradəni öldürdüyünü deyən qardaşının psixi xəstə olmasını müstəntiqin, ekspertizanın, həkimlərin cəhdlərinə yardım edərək qardaşının vəziyyətini yüngülləşdirmək istəməsidir.
HAKİMƏ XÜSUSİ MİNNƏTDARLIQ: -ALLAH RAZI OLSUN …
Zərərçəkmiş tərəfin vəkilininn verdiyi məntiqli suallar, təqsirləndirilən şəxsin özününün və vəkilinin aressiv münasibətləri məhkəmənin gedişində ən çox müşahidə olunanlardır. Təqsirləndirilən şəxsin vəkilinin eyni zamanda Emil Ağacanova istiqamətlənən baxışları da bu işidə yuxarıda qeyd etdiyimiz kimi, Günahkar öləndir, xalq deyiminin yerinə düşdüyündən xəbər verirdi.
Məhkəmə zamanı dövlət İttihamçısının isə məhkəmə iclasları boyu susqunluğu, təqsirləndirilən şəxsə, şahidlərə sual verməməsi, hakimin sualınız varmı deməsinə, sualım yoxdur, deməsi də nəzərdən yayınmır. Sanki, hadisələrin, daha doğrusu məhkəmənin sonunun necə başa çatacağını ğncədən görür.

Axı, istintaq matrealında qətli törədən tərəfin müxtəlif vasitələrlə anlaqsız görünməsinə çalışılsa da onlarla sual verilməmiş qalıb, yaxud onlarla yeni sual yaranır ki, həm şahidlərə, həm də qətl törədən adama ünvanlana bilər.
Zərəçəkmişin qanuni nümayəndəsi arada əlini havaya qaldırır, göydən , gözəgörünməzdən kömək diləyir. Mənimlə söhbətində, heç kəsə inanmadığını, bacısının qanını batıracaqlarını deyir. Təskinlik verirəm, elə şey olmaz, deyirəm. Amma o, israrlıdır. İstintaq zamanı gördüyünü görüb. Ona, bəlkədə elə deyil, hər şey sonda bilinəcək.
Məhkəmənin bu dəfəki işidə sona çatır, qətli törədən Emil Ağacanov hakimə minnətdarlıq edir:
-Allah köməyiniz olsun, – sifətində xüsusi məmnunluq var, bu məmnunluq anlaqsız adamın çöhrəsində ola bilməz.
Hakim cavab verir: – sağ ol…
Yadıma məhkəmə başlamazdan öncə Emil Ağacanovun dediyi sözlər düşür: Vse idyot po planu…
Hələlik isə məhkəmə və Müstəqil.Az-ın araşdırması və müşahidələri davam edir.
P.S. Bütün oxucularımızı, fevealın 26-da Xocalı faciəsi gününü 34- cü il dönümündə 34 yaşlı xanımın amansızlıqla qətlə yetirildiyi hadisənin saat 16:00-da, iş günün sonunda davam edəcək növbəti məhkəmə iclasına diqqət kəsilməsini istəyirik.
ÖTGÜN



















