Aləmzər Sadıqqızından maraqlı paylaşım…

Aləmzər Sadıqqızından maraqlı paylaşım…

Padşahın yerinə bizim Prezidenti qoyun…

(Və “balıq başdan iylənər” məsəlini unudun… Kim nə deyir desin…Mənimçün o bizim 30 illik həsrətimizə son qoyan tarixi şəxsiyyətdir!!!!)

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:
– Al bu 5 qızılı, get mənə alma al.
Baş vəzir vəzirlərdən birini çağırır:
– Bu 4 qızılı götür, get alma al.
Şəkilin açıqlaması yoxdur.
Vəzir əyanlardan birini çağırır:
– Al bu 3 qızılı, get alma al.
Əyan mühafizə rəisini çağırır:
– Al bu 2 qızılı, get alma al.
Rəis mühafizəçini çağırır:
– Al bu 1 qızılı, get alma al.
Mühafizəçi alma satanın yaxasından tutub deyir:
– Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm.
Mühafizəçi rəisinin yanına qayıdıb deyir:
– Budur 1 qızıla yarım araba alma aldım.
Rəis əyanın yanına gedir:
– Budur, 2 qızıla bir kisə alma.
Əyan vəzirin yanına gedir:
– Budur, 3 qızıla bir çanta alma.
Vəzir baş vəzirin yanına gedir:
– Budur, 4 qızıla yarım torba alma.
Baş vəzir padşahın hüzuruna çıxır:
– Şah sağ olsun, 5 qızıla beş alma aldım.
Padşah oturub düşünür: “Beş qızıla beş alma. Adamlar necə həvəslə alırdı. Yəni vətəndaşın vəziyyəti çox yaxşıdır. Dərhal vergiləri artırmalıyıq!
Share: