Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində güclü külək nəticəsində qırılan ağaclar ərazidən təmizlənir.
Müstəqil.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda birliyin operativ qrupu tərəfindən küləyin fəsadları aradan qaldırılır.
“Güclü külək nəticəsində aşan ağacların ərazidən təmizlənməsi üçün hazırda sözügedən ünvanda lazım olan bütün müvafiq tədbirlər görülür”, – məlumatda bildirilib.
















