replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Aida ADGÖZƏL: Bakının küçələrində keçmiş xatirələrinin gizləndiyi yerləri gəzirdik

Aida ADGÖZƏL: Bakının küçələrində keçmiş xatirələrinin gizləndiyi yerləri gəzirdik
Bəlkə də elə təqvimin bu günü idi,
ömrümüzün hansısa saatında
bu dəqiqələrdə ya yemək yeyirdik,
ya Bakının küçələrində
keçmiş xatirələrinin gizləndiyi yerləri gəzirdik,
ya da bir-birimizə şirin-şirin mesajlar yazıb
oxuyub gülümsəyirdik…
“Həyatmı qəribədir, talemi”- desən?
Mən – gəldiyimiz yol – deyərdim.
Bax indi bu sətirləri yazarkən
sifətimin bir üzündə ağrıyla dolu acı gülüş,
bir üzündə isə həsrətlə dolu həyəcan var.
Əllərim buz kimi,
çayım soyumuş,
gözlərim yumulu,
xatirələrimlə baş-başayam.
İlahi, içində bir ömür var, bir ömür…
Haçan keçdi, necə keçdi…
Soruşsan necəyəm?
Deyim…
Kürün suyu kimi soyuq və burulğanlı,
rəngim Mollakənd torpağı kimi bomboz,
Bakının xəzrisi kimi özünü hara necə gəldi çırpan,
özü dəniz olub içində okeanlar çalxalanan Xəzər kimi təlatümlü!
Bəlkə də elə Qız Qalasıyam.
İçimdəki mən məndən qopub intihar edib min ildi…
Amma yox!
Hardansa qulağıma
Nəsiminin səsi gəlir,
-“Məndə sığarikən cahan, mən bu cahana sığmazam”…
27.02.2026
*****
Nə yaxşı ki bağlıdır bütün qapılar keçmişə,
nə yaxşı ki…
Yandırılmış körpülərin tüstüsü göz çıxarır,
istisi könül bişirir!
Ümidlərin itməsi batmaqda olan gəminin əcəl SOSlarına bənzəyir.
Mən yazdım, sən oxuma!
Mən dedim, sən eşitmə!
Mən ağladım, sən gülmə!
Mən üzüldüm, sən sevinmə!
Bütün qələbələr cəsədlərin üzərindən qazanılır!
Hələ sonuncu sağlığı gözləyir tamaşaçılar,
kimin şərəfinə içiləcəyini!
Biri sümük olarkən biri ət olur məzarlıqda…
Könlünüzdən gedənlərə
baş daşını özünüzdən qoyun,
unudulmasınlar deyə!..
*****
Mən ömrümdə
bircə dəfə içmişəm Şair,
səni arzuladığım gecələrdə,
göz yaşlarımı…
Tək o zaman ölümünə sərxoş olmuşam mən!
Tək bircə dəfə çəkmişəm Şair,
sənsiz darıxıb
içimi çəkib ağlamışam,
təklikdən öləndə…
Dizlərimi başıma yastıq edəndə!
Tək bircə dəfə dustaq olmuşam Şair,
könlümü sənə həbs edəndə!
Ömürlük cəza aldığım günü,
qollarında yatanda!
Tək bircə dəfə ağlımı itirib
manyak olmuşam Şair,
bircə dəfə yemişəm ürəyimi, böyrəmi,
səni itirməyin qorxusu canımı alanda…
Tək bircə dəfə ölmüşəm Şair,
səndən ayrılanda,
onda bilmişəm can əzabını,
ruhun bədəndən necə çıxdığını…
Bağışla məni Şair,
pis vərdişlərim üçün məni bağışla!
Son vaxtlar nə gizlədim,
sağalmaz xəstəliyə yoluxmuşam.
Paxıllıqdan ölürəm Şair,
səni bu dünyada qoyub gedə bilmirəm!
Bağışla məni Şair,
bağışla!
Pis vərdişlərim üçün məni bağışla…
Aida Adıgözəl
Share: