Ağzının danışığını bil! və yaxud Naxçıvanlı Arif kişinin Stalinə xəbərdarlığı

Ağzının danışığını bil! və yaxud   Naxçıvanlı Arif kişinin Stalinə xəbərdarlığı

 Heydər Əliyevin Avropada “söyüş kommandosları” üçün ibrət dərsi, Aqil Abbasın anekdotu, TV-lər üçün “qalmaqal generatoru” kərgəlanlıların diqqətdən kənar qalması

Bəri başdan deyirəm: kim irfan-təsəvvüf, ilahi eşq yazısı oxumaq istəyir, getsin Аzər RəşidoğluniRəsul Mirhəşimlini, elm yazısı oxumaq istəyir İbrahim Nəbioğlunu, hüquqi müstəvidə ədalət axtarırsa Аslan İsmayılovu oxusun, real Azərbaycandan ürəkaçan xəbərlər eşitmək istəyirsə, ReAL.tv-yə baxsın!
Mən “prostolyudina”, yəni ki… “narod” üçün yazıram! Xalq üçün yox ha – danışıq dili hələ rəsmi-ədəbi dildən min kilometr uzaq “narod” üçün!
Deməli, dünən gözümüzün işığı, ürəyimizin bütün dörd klapanı, milli qürurumuzun idman emblemi, emosiyalarımızın adrenalini, əzizim və gözəlim “Qarabağ” uduzdu! Siz də, Hidayət Ismayıl kimi, elə bilərsiniz mən evdə baxanda əsəbləşdim, Leyla xanımın da əhvalını korladım, həylə deyil! Əsla və qətiyyən!
ÇÜNKİ MƏN… naxçıvanlı Arif dayının Stalinə göndərdiyi mesajdan xəbərdar olanlardanam!
Deməli, alman-sovet müharibəsi başlayan kimi, 7 oğlu olan naxçıvanlı Arif dayının evindən böyüyünü aparırlar. Sonra ikincisini… sonra üçüncüsünü… sonra dördüncüsünü… sonra beşincisini… sonra altıncısını…
Yeddinci oğlunun dalınca gələndə Arif dayı “voyenkom”a deyir ki, ə, donqli, get o Stalinə deynən ki, day mənim şeyimə güvənib müharibə eləməsin, bu, axırıncısıdır!
Koxalski ki “Napoli” ilə oyunda penaltini qaytardı, başa düşdüm ki, day bizimkilər oynamayacaq! Onlar başlayacaqlar Koxalskinin şeyinə – tullanışlarına-seyvlərinə arxayın olmağa! Oyun öncəsi yazmadım ki, təxribat kimi çıxardı!
“Tak, ışto” (“çto” yazılır, “ışto” tələffüz olunur –A.C.), “vejimə” də deyildi “Qarabağ” uduzdu: məhzı ona görə ki… obottdana “Real” – 180 milyonluq eMbappe və hətta ingilislərin “qızıl top”lu Rodri ilə dəyişməyə hazır olduğu Arda Gülər və Bellingemlə uduzdu! Özbəöz meydanında!
Bu şeyə, zada arxalanma həmişə belə olub, belə də olacaq!
Əmbə bir şey var ki…
Hamıya dədəsi nəsə miras qoyur gedir, məsələn, indi Müzəffər ABK, cənab Prezident, onda cavanca bir oğlan, bərkə-boşa düşməmiş gənc İlham Əliyevə dədəsi, dünya miqyaslı siyasətçi, Ulu Öndər, görkəmli partiya və dövlət xadimi Heydər Əliyev 20 faizi işğalda olan, rüşvətxor, korrupsioner komanda, vətənə xəyanət etmək qədərincə mənhus Ramiz Mehdiyevi miras qoymuşdu, mənim dədəm Məmməd də mənə bir neçə aforizm qoyub gedib.
Düzdür, mən həmişə deyirəm, deyərəm də: bu xalq bütün nümayəndələri ilə birgə, Heydər Əliyevdən HEÇ NƏ öyrənmədi!
O da düzdür ki, mənim dədəm Məmmədin də mənə miras qoyduğundan öyrənməli bir şey yoxdur, fəqət, situativ olaraq, işə yaraya bilər!
Ancaq bir orası var ki, mən Ulu Öndər, Dahi Rəhbər, görkəmli dövlət xadimi Heydər Əliyevdən, heç olmasa, bir şey öyrənmişəm, hansı ki, bu yazıda nümunə ilə yazacam. Hələlik isə, deyim ki, dünən “Qarabağ”ın oyununa baxanda son 30 dəqiqədə ən azı 3 dəfə dədəm Məmmədin dediyini yadıma saldım!
Hidayət abi, biləsən, hirslənib-zad eləmədim, eləcə dədəm Məmmədin mənə miras qoyduğunu özüm üçün pıçıldadım: beləsinin s…evdiyi arvadı gərək təzədən s…evəsən!
SÖZARASI deyim ki, dədəm Məmmədin bu aforizminin istifadə haqqını hər kəsə, o cümlədən Müzəffər ABK İlham Əliyevə də halal edirəm – yeri gələndə deyə, sağlıqla işlədə bilərlər, Aydın Canın dədəsi Məmməd kişi demişkən, …., şəklində!
“Qarabağ”ın oynamağına, uduzmağına münasibəti bağlayaq keçək cari məsələlərin növbətisinə.
Heydər Əliyev bu xalqa, bu ölkənin siyasətçilərinə, bu xalqın ziyalılarına sübut eləməklə başa saldı ki: kişi kişinin qadınının adını çəkməz!
Başda Azərbaycan Xalq Cəbhəsi və o cümlədən də əski kommunistlər, müasir degeneratlar olmaqla, hamı, ilk növbədə, başladı hər bir kişiyə aid qadınları ortaya sərməklə! Hər bir kişinin intellekti, təfəkkürü, xidməti, biliyi qaldı qırağa, nəinki müzakirə və mübahisə, hətta istintaq predmeti oldu… qurşağı!
Birinci elə Əbülfəz Elçibəylə başladılar, İbrahim İbrahimli ilə davam elədi, Xədicə İsmayılla gender bərabərliyi təmin olundu, Cəmil Həsənlinin qızını prosesin gözünə qatıb həftəbecər etməklə lap ağ elədilər! Halbuki…
1990-cı illərin əvvəlində parlament tribunasından Heydər Əliyev təhdid, şantaj olundu… xanımının qəbrinin qürbətdə olması ilə!
Onda Heydər Əliyev HƏQİQƏTƏN DƏ hakimiyyətə gəlmək istəmirdi: bir neçə cangüdən, xidməti maşın, hökümət telefonu və aylıq “paket”!
“Karyer” Qasım çooox zilə qalxdı – ona deməmişdilər o qədər ağ elə Ağdamda birinci katib olmaq üçün! Qızışdı və dedi! Unutdu ki… Heydər Əliyev Hüseyn Cavidin qəbrini Sibirdən gətirən Dövlət Xadimidir!
Heydər Əliyev həm hakimiyyətə gəldi, həm Zərifə xanımın qəbrini gətirdi, həm də “Karyer” Qasıma zəng elədi, xəbər verdi! “Karyer” Qasımın 40 mərasimi günü isə Respublika Sarayında hansısa adla verilən konsertdən sonra kulisdə dövlət və hökümət nümayəndələri ilə görüşəndə özü də, atası da xalq yazıçısı olan Elçindən qohumu “Karyer” Qasımı soruşdu:
– Qohumun “karyer” Qasım necədi?
– Heydər Əliyeviç, “Karyer” Qasım ölüb, bu gün qırxıdır!
– Ona deyərsən adamın anasını belə s…evərlər!
Hə-ə, təzədən, bir daha, 2025-ci dəfə təkrar yazıram: Heydər Əliyevdən heç olmasa, bunu öyrənəydiniz ki, kişi kişinin qadınının adını çəkməz – istər əlbəyaxa davada, istər siyasi mübarizədə!
Bu gün kosmosa – Marsa, Aya arxa tərəfdən uçmaq, Süni İntellekt yaratmaq dünyanın Azərbaycan adlanmayan hissəsi üçün uğurdur, inkişafdır, amma dünyanın Azərbaycan adlanan hissəsi üçün mütləq uğur… AĞZININ DANIŞIĞINI bilməkdir, ilk öncə.
Xaricdə siyasi sığınacaq, oturum və vətəndaşlıq almış bir dəstə blogger, vlogger, kolumnist, stringer söyür! Durmadan! Adidən Aliyə! Və nəzərə almır ki… bu gün başda İlham Əliyev olmaqla söydükləri adamların başları bu Dövləti qorumağa qarışıb. Necə ki, Heydər Əliyev 3 il “o məsələ”ni görməzdən gəldi, eləcə də İlham Əliyev – Şah oğlu Şah!
Bir çoxları “kontrproyekt” düşündülər ki, alternativ müstəqil telekanal açsınlar və rəqib olsunlar “söyüş kommandosları”na! Başından uğursuz layihələr idi – mahiyyət daha çox pul qoparmaq təmənnası idi! “Söyüş kommandosları”nın qabağına “müstəqil tənqidçi mətbuat nümayəndəsi” kimi çıxmaq, ən azından o demək idi ki, kimyəvi reaksiyaların həllinə dil və ədəbiyyat qaydaları ilə çalışırsan! Ki… bu da mümkün deyil!
Müzəffər ABK İlham Əliyevə kimdənsə nümunə götürməyə ehtiyac yoxdur: öyrəndiyini öyrənib, türklər demiş, gərəyini yapacaq!
Bax, ağzının danışığını bilməmək sonda Azərbaycana təzyiq üçün daha 10-15 “siyasi məhbus” – siyasi prezervativ artıracaq!
“Narod” isə… həmin o “siyasi məhbus” adı altında alver edən kolloborasionistləri “ana müxalifət lideri” sayacaq!
“Söyüş kommandosları”na, ilk növbədə, ya Aqil Abbasın anekdotunu, ya da şəxsən mənim başıma gələnləri çatdırmaq lazım idi!
Aqil Abbasdan anekdot belə idi: bir azərbaycanlı əsgər ona “yoftovoyomat” deyən serjantı ölümünə çırpır. Komandir də məsələni bilir, nə illah edirsə ki, ay “Mamed”, belə söyüşlər əsgərlikdə adi şeydir, görür bu “tuporela” heç cür başa düşmür, bunu aparır anasının yanına. Deyir ki, söy mənim anamı! “Mamed” deyir ki, ayə, peysərsənmi, adam da adamın anasını söyərmi? Komandir dirəşir, deyir ki anamın yanında məni üzümə söyməsən, səni basdıraram içəri, oğraş, tez söy! Bəli, “Mamed” görür çıxış yolu yoxdur, söyür. Komandir də anasından soruşur ki, mama sən bir şey hiss elədin? Mama da deyir ki, heç nə hiss eləmədim!
“Söyüş kommandosları”na başa salmaq lazım idi ki, sizin söyüşünüz heç harda heç kimdə heç bir “hiss” yaratmır!
Düzdür, onlar bizi – bunu onlara başa salmaq istəyənləri də qrupa qatıb söyməyə davam edəndə, günahı onların boynunda qalmaq şərtiylə, mənim başıma gələni onlara danışmaq lazım idi!
DEMƏLİ: 2006-cı ilin bu vaxtıdır, bir “dönəm xanımı” ilə evlənməyə hazırlaşıram. Elə oldu ki, Xanımgəlinə bunu təqdim etmək cəsarəti tapdım özümdə. Xanımağa qohumlarından birinin toy kasetini verdi ki, apar gələcək qaynanam baxsın. Bəli, kaseti gətirdim, Xanımgəlin baxdı, bəyəndi və… mənə imkan vermədi ki, yatım, gecəni evdə qalım. Durub həyət cücəsi kəsdi, ləvəngi elədi, kükü bişirdi, badımcan turşusu, şorarmud, limon-mandarin pay qoydu, cibimə pul da basdı, yola saldı ki, apar, səhər tezdən çatdır, qoy xanımağa fikrini dəyişməsin!
Səhər tezdən gəldim – xanımağa zəngə cavab verdi ki, bacılarım bizdədir, özüm yığaram. İndi təzədən yığıram deyəm ki, zalımın qızı, düş, yeməklə, pay-püşlə dolu zənbili götür, mən rədd olum gedim, cavab vermir! Beş dəqiqə keçməmiş görürəm ki, xanımağa bəzənib-düzənib, Tıq-Tıq xanım kimi nazlana-nazlana gəlir qabağıma: matım-qutum quruyub, səsimi də çıxara bilmirəm, adam başını aşağı salıb (sözarası: gəzəyən arvadların alibisidir “mən yol gedəndə heç hara baxmıram!”) keçir qabağımdan! Detektivlik damarım tutdu, nə başınızı ağrıdım, düşdüm dalınca, məlum oldu ki, bu… evində olan bacısının əri – həm ərinin dayısı oğlu, həm də özünün xalası oğlu – ilə bağa korporativ görüşə gedir!
Aləm dəydi bir-birinə, polis düşüb dalımca: guya ki, adamın toy kasetini oğurlamışam, əl çantasını çalmışam, oğluna saldırmışam və s.
Polis bölməsinin təhqiqatçısı and içir ki, məni yaxalayacaq: bütün variantlardan istifadə edir, mənə gələn və gedən zəngləri çıxartdırıb, hamıyla danışır, mənimlə görüşdürüb yaxalamaq istəyir! Baxmayaraq ki, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanova da zəng etdirmişəm, tapşırıb, amma əl çəkmirlər! 12 gün! Axırda təhqiqatçı demiş, hər yerini açıq görüb dodaq dodağa öpüşdüyün səni satdı!
Bəli, indi yeznə – həm bacının əri, həm xala oğlu, həm baldızının ərinin dayısı oğlu məni çarmıxa çəkir!
Baş İdarə rəisini eşitməyən bölmə rəisi Şirazlı kəndindən olan dostumun iştirakıyla məsələni bağlayır, ancaq şərt budur: diz çök, üzr istə və dinlə!
Baxıram məsələ ciddiləşir: nə Şirazlı kəndindən olan dostum, nə də təhqiqatçı buna inanmır, amma və lakin… mən razılaşıram!
Adam söyür, ağzına gələni deyir, dayanmadan. Dayananda soruşdum:
– Qurtardın? Dura bilərəm?
– Hə!
Dizlərimin tozunu çırpa-çırpa deyirəm:
– Sənin mənə söydüklərinin hamısını mən eləmişəm… səninkilərə!
Vəssalam!
“Söyüş kommandosları”na anlatmaq lazım idi ki, siz söyürsünüz, amma burda sizinkilərə o söydüklərinizin tərkibini tətbiq edirlər, özünüzünküləri altdan çıxarmağın yolunu fikirləşin! Yaxşı ki, bu iqtidar söyülənləri ordan bura söyənlərin qadın qohumlarının üstünə agentura şəbəkəsini salmır – yəqin mənim qədər əclaf və qəddar deyillər!
Fikirləşmirlər! Fikirləşə bilmirlər! Çünki… Heydər Əliyevdən heç nə öyrənməyiblər!
Bu adi, sadə “hesab məsələləri”ni həll edə bilməyən, vurma-bölmə-toplama-çıxma ardıcıllığından xəbərsiz KÜTLƏ… hansı siyasi gedişi anlaya bilər – Əli Kərimli məhz ona görə həbs olunub ki, RF FSB və Ramiz Mehdiyev öldürtməsin? Bu ağıl var Azərbaycandakı siyasi şərhçilərdə? Hansı alqoritmi həyatda tətbiq etmə fəzası seçə bilər, tətbiqi riyaziyyatla mexanika-riyaziyyatın fərqini bilməyən toplumun kvant mexanikasından nə anlayışı ola bilər? O toplum üçün İlahi Eşq, Təsəvvüf, Süni İntellekt, Demokratiyanın iqtisadi gücü və hərbi qüdrəti olan ölkələrin menyüsü üçün olduğunu dərk etməyən, feodal təfəkkürlü kapitalistlərə qul və nökər, cariyə və kəniz olan kontingent nədən zadəgan, aristokrat həyatı yaşamaq istəyib cəngavərlik xarizması ilə performans yapmaq cəsarəti bulur?
Bu zirvəyə yüksəlmək, bu lüks üçün haçan hansı çabanı yapıb? Nelson Mandeladan danışır, Martin Lüter Kinqdən sitat gətirir, amma və lakin… ortada heç birindən heç bir oxşama yox!
Burdan-bura iki min iyirmi beş dəfə yazmışam: Heydər Əliyev kimi sevərlər vətəni: sevdi, sahib oldu!
Sevgi Sahiblikdir! Sevgi Cəsarət və Qətiyyətdir! Sevgi Qurbanlardır – ya Özün Sahib olmaq üçün qurbanlar verisən, ya Sahib olmasını istədiyin adam üçün qurban gedirsən!
Hanı sənin ana müxalifətində Ramiz Rzayevin, Murtuz Ələsgərovun, Səfyar Musayevin, Bəylər Əyyubovun, Vasif Talıbovun? Hələ mən adları hələ də məxfi saxlananları demirəm!
İndi sən kimin ağlıyla kimi söyürsən? İndi sən kimə görə kimin üstünə gedirsən? İndi sən kiminlə bir sırada durub hansı ideya ilə hansı komandaya və ideyasına qarşı çıxırsan? İndi sən hansı ideoloji, maddi güc, fiziki resursla hansı dağa dırmaşırsan?
İndi sən kimə hansı yalanı danışırsan?
Hanı sənin ana müxalifətinin kütləsi-çəkisi, təsir gücü? Hanııı?
1990-cı illərin sonunda “Moskovskiy komsomolets” qəzetinin redaksiyasına gedib sual vermişdim: hər gün Daxili İşlər İdarəsindən aldığınız statistikaya görə, sizə istinadən xəbərlər yayırlar: “Gün ərzində Moskva şəhərində baş verən qanun pozuntularının 85-90 faizi Qafqaz mənşəli şəxslər tərəfindən törədilib!” Neçə hadisə olub, verin mənə o statistikanı, mən Azərbaycan üçün yazı yazıram! Başlarından elədilər, dirəşdim, axırda biri səmimi şəkildə boyun oldu: sən haqlısan! Bu, dövlət siyasətidir! Hadisələrin sayını yox, faizini çatdırmaq!
3 Moskva sakinində qeydiyyat problemi üzə çıxıb, ikisi azərbaycanlıdır! Bu nə qədər, neçə faiz elədi?
Ay sağ ol!
“Ana müxalifət partiyası”nın çəkisi də o qədərdir!
“Ana müxalifətin lideri” də o qədər FAİZİN lideridir!
Ortada SAY yoxdur!
Bütün dünyada “ana müxalifət” o partiya sayılır ki, cəmi müxalif qüvvələrin 70 faizinə malik olur!
Belə çıxır Azərbaycanda…
Azərbaycanda hər şey belə çıxır – xiyar da ona görə əyri bitir!
Və… sabah ayın 12-dir!
Sabah bu ölkəni qalib və müzəffər edən Şahın Şah Atasının anım günüdür – həddən artıq gərgin geosiyasi durumu olan dünyada bir yetim və kasıb ölkə Parad Kostyumu geyinib, ancaq… “narod” hələ də HEÇ BİR QƏLƏBƏSİ OLMAYAN KÖLƏ TƏFƏKKÜRLƏ yaşayır!
Sözün həqiqi mənasında deyirəm: bir neçə il öncə elə bu vaxtlar rayonların birinin istirahət mərkəzində bayram şənliyində olanda, stolumuzun qabağında oriyental rəqs edən bir… rəqqasəni… iki-üç statusuna görə… “narod” az qala Milli Qəhrəman kimi qəbul edəcəkdi!
Bunları yaza-yaza axşam şou-verilişə baxanda dodaqaltı mızıldanmağıma xanımın cavabı yadıma düşdü: “qalmaqal yaratmaq üçün dəvət edirlər də bunları!”
Xanım “bunları” ifadəsini mənim “qəhbəyə bax e!” deməyimə görə işlətdi!
AZ.TV-lər qalmaqal yaratmaq sehrində də deyillər!
Ayə, yığışın gəlin Kərgəlana, sizə qalmaqal yaradan elə tayfa təqdim edim, il uzunu 365 gün şou çəkin!
Bir dəfə yazmışam: sovet vaxtı adını yaza bilməyən kərgəlanlılarda SSRİ Hərbi Prokuroru Rudenko səviyyəsində problem yaratmaq gücü vardı!
İndi bizim bu Kərgəlanda problem yaradanlar heç olmasa, heç olmasa, Baş Prokuror Kamran Əliyev səviyyəsində yarada bilirlər!
Hətta DTX, DİN, Nazirlər Kabinetinin sədri, icra başçısı, polis rəisi, prokuror həll etmək gücündə olmur! Əvvəllər ümid “Qaqaş”a – Rövşən Lənkəranskiyə idi, indi o da yoxdur, kimsə də ortaya çıxmır, “tretiyskiy sud”la başına çarə qılsın!
Hə-ə, nə olsun ki, 21-ci əsrin 26-cı ilinə keçirik? Guya nəsə inkişaf, ya uğur var?
Ən böyük uğur…
Şuşa işğal ərəfəsində olanda hamı ayıq-sayıq dururmuş, hər yeri nəzarətdə saxlayırmış, bir də görürlər ki, Cıdır düzünün başında bir “Villis” saxlayıb, qapıları da açıqdır. Özünümüdafiə dəstəsinin üzvləri, başda polis rəisi olmaqla, əyilə-əyilə, xəlvət gəlib çıxırlar “Villis”in həndəvərinə. Görürlər ki, Şuşanın baz oğlanlarından biri öz işindədir! Ürək-göbəyini yeyən polis rəisi qayıdır ki:
– Ay Nizami, bu soxasoxda, bu tappatarapda sən ki bazlıq edə bilirsən, sənə halaldır!
Hə-ə, ən böyük uğur və inkişaf budur: biz cinsi əlaqədə ola bilirik və dünyaya uşaqlar gəlir!
Salam Sarvan: “Uşaqlar əyri doğulur, minilmiş beldən gəldikləri üçün!”
SON: Ulu Öndər, Dahi Rəhbər, Görkəmli partiya və dövlət Xadimi Heydər Əliyevin dediklərindən siyasətdə istifadə edin, dədəm Məmmədin dediyini bu siyasi, ictimai, mədəni, həm də idman oyunlarına baxanda! Özünüzə problem yaratmayın! Siz kərgəlanlı deyilsiniz!
Share: