ADIN KİMİ MÜBARİZSƏN- ərafəddin İLKİN yazdı

ADIN KİMİ MÜBARİZSƏN- ərafəddin İLKİN yazdı

Sadə, zəhmətkeş bir ailədə dünyaya göz açdın. Atan Qurban kişi, anan Zümrüd xanım səni əllərinin qabarıyla böyütdülər. Sənə yalnız ailə sevgisini deyil, həm də vətənə bağlılığı aşıladılar.

Bu sevgi və tərbiyə sənin şəxsiyyətini formalaşdırdı. Həm evdə, həm qohumların arasında, həm də el-obada sevilən BÖYÜK ŞƏXSİYYƏTə çevrildin.
Adın kimi MÜBARİZ oldun. Həyat sınaqlarına qarşı heç vaxt geri çəkilmədin. Dost bildiklərinin xəyanətini də gördün, şərlənib məhbəs həyatı da yaşadın.


Sən həbsdə olanda qəbuluna düşmək üçün dəridən qabıqdan çıxanlar adını tutmağa belə qorxurdu . Hətta səni müdafiə etdiyim üçün “özünə belə axtarırsan” deyənlər də çox idi. Yeri gəlmişkən o zaman sənin haqqında yazdıqlarımı Müstəqil.az rəhbəri Faiq Balabəyli çəkinmədən sayıta yerləşdirirdi. (Ona da təşəkkür edirəm). Bu, sənin həyatının nə qədər çətin, amma eyni zamanda nə qədər nümunəvi olduğunu göstərirdi.
Bütün bunlara baxmayaraq, sənin insana və vətənə olan bağlılığın heç vaxt azalmadı. Əksinə, səni daha da mübariz, qeyrətli və mərhəmətli etdi. Səni sevənlərin sayı milyonlarla, naxələf çıxanların sayı isə barmaqla sayılacaq qədər azdır. İmkanların genişləndikcə sadəliyin, mərhəmətin və insanlara olan sevgin də artdı.
Sevinirəm ki, sənin kimi qeyrətli bir oğulla görüşmüşəm. Atan Qurban dayının və anan Zümrüd xanımın əllərindən öpmək qismətim olub. Bu mənim üçün böyük şərəf və xoşbəxtlikdir. Səninlə ünsiyyətim olmuş, həyat hekayəni eşitmək və sənin vicdanın, mərhəmətin və vətənpərvərliyinlə tanış olmaq mənim üçün həqiqətən qürurvericidir.
Bu gün sən yalnız dövrümüzün böyük iş adamı deyil, eyni zamanda bütün Türk Dünyasının fəxrisin. İnsanlara olan sevgin, vətənpərvərliyin və mərhəmətin hər birimizin qəlbində dərin iz qoyub. Sənin kimi insan nadir hallarda doğulur. Mübarizliyi, qeyrəti və mərhəməti ilə tarixdə ad qoyur.
Arzu edirəm ki, qəlbini bürüyən mərhəmət, vətənpərvərlik və insanların sənə olan sevgisi heç vaxt tükənməsin. Canından çox sevdiyin vətənin və əzizlərin həmişə yanındadır. Həmişə ümid və sevgi mənbəyi olasan.
Doğum günün mübarək, əziz qardaşım Mubariz Mansimov! Həmişə VAR ol, VARLI ol, və milyonlarla insanın qəlbindəki sevgi ilə yaşa!

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: