(Milli mətbuatımızın önəmli ,sayılıb,seçilən və örnək simalarından olan
Şəmsiyyə Kərimovanın 70 illik yubileyi üçün dost təbriki)
İlk tanışlığımız illər öncə internet üzərində,faccebok səhifəsində başladı. Hər səhər təkcə dostlarına deyil, bütün yer üzündəki insanlara ünvanladığı xoş,səmimi arzuları ,gülümsəyən siması ,sevgidolu gözləri içimi(mizi) pozitiv enerjiylə kökləyən Şəmsiyyə xanımı nəhayət bir kitab təqdimatda qucaqlayıb bağrıma basa bildim.
Dünya alimləri artıq uzun illərin təcrübəsinə,elmi araşdırmalarına əsasən belə bir nəticəyə gəliblər ki ,bir insanın əqli durumu,dünyaya baxışı,insanlara münasibətini dəqiqləşdirib nəticə çıxartmaq üçün uzun-uzadı testlərə,sorğu-suallara gərək yoxdur. Pedaqogikanın əsasını qoyan dünya şöhrətli çex alimi,ictimai xadim,Yan Amos Komenski bir insanın hətta bircə xüsusiyyəti sayəsində onun KİM olduğunu dəqiqləşdirmək üçn kifayətdir demişdir. Təsdiqini tapmış bu elmi fikrin dəfələrlə şahidi olmuşam. Söhbət mətbuatımızın dəyərli qələm sahibi Şəmsiyyə xanımdan gedir.
Şəmsiyyə xanım yaşının müdrik çağındadır. Ətrafımızda olan insanların müxtəlif tədbirlərdə, sosial media üzərindən analarla bağlı saysız -hesabsız paylaşımlarına rast gəlirik. (şeir,rəngarəng pozalı şəkillər,mahnılar və s) Heç kəsi incitmək istəmirəm,ancaq bu paylaşımların əksəriyyətinin nə içimizi riqqətə gətirə biləcək istisini,nə də səmimiyyətini duya bilmirsən. Əksinə, bütün bu sevginin arxasında çox vaxt kimlərə görəsə paylaşıldığı aydın hiss olunur. Az öncə xatırlatdığım alim sağ olsaydı Şəmsiyyə xanımın illərdir əziz anası Xanım anamıza ünvanladığı paylaşımlara baxsaydı əminəm ki mənim ürəyimdə yurd salmış fikirlə üst-üstə düşərdi. Bir övladın anasına olan belə münasibət sərgiləməsi o insanın nə qədər uşaq kimi saf,təmiz, haqqını heç vaxt ödəyə bilməyəcəyi üçün özünü hər zaman borclu hesab edən, əllərinin ,nəfəsinin hərarətini dünyanın ən isti qucağı hesab edən, dünən boynunu qucaqlayarkən sevinc göz yaşı ,bu günsə məzar daşına başını söykəyib həsrətdən axan göz yaşlarını axıdan, yuxularına qonaq gələndə sevincinin həddi-hüdudu olmayan Şəmsiyyə xanım GÖYDƏKİ GÜNƏŞİN YERDƏKİ TƏMSİLÇİSİDİR. Şəmsiyyə xanım anasını necə sevirsə ətrafında olan tanıdığı,tanımadığı bütün insanlara ,bütün bə.əriyyətə hər gün isti,xoş aurasıyla təmənnasız sevgi qaynağıdır. Hər zaman sözüylə, təsəllisiylə,müdrik məsləhətiylə məni çətin məqamlarda mənəvi dayaq olan Şəmsiyyə xanıma qısa yubiley təbriki kimi bu sözlərlə bitirmək istəyirəm. Hələ uzun illər sevdiyiniz sənətinizin başında dayanıb mətbuatımıza xidmət etməkdən yorulmayasız. İnsanlara olan sevginiz heç vaxt tükənməsin və hər zaman pozitiv əhval-ruhiyyə yaradan simanız solmasın. PS Fikir vermişəm Günəş hərdən utanır ki sizin qədər istilik bəxş edə bilmir. Belə qalın əziz İNSAN…

Jalə Cəfərova
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı jurnalist
















