
ABŞ yaxın aylarda və illərdə İranın nüvə proqramı ilə bağlı aktiv diplomatiyasını bərpa edə bilər.
-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib.
Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi kontekstində Vaşinqtonun diqqətini İranın nüvə proqramı ilə bağlı fəaliyyətinə yönəltmək çox çətindir.
“Ümid edirik ki, böhran qarşıdakı aylarda və illərdə həll olunduqca biz İranın nüvə proqramı ilə daha məhsuldar və hərtərəfli məşğul ola biləcəyik”, bildirilib.
Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatların diqqəti “sonrakı təxribatların qarşısını almağa yönəlib” və Vaşinqtonun siyasəti “İranın nüvə silahına sahib olmasının qarşısını almağa” yönəlib.















