
ABŞ rəhbərliyi İsrailin Qəzza zolağında genişmiqyaslı quru əməliyyatını ilin sonuna qədər başa çatdırmasında israrlıdır.
-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet ABŞ-ın dörd yüksək rütbəli rəsmisinə istinadən yazıb: “Bayden administrasiyası İsrail hökumətinə bildirib ki, İsrailin Qəzza zolağında genişmiqyaslı quru kampaniyasını ilin sonuna qədər dayandırmasını istəyir”.
Vaşinqton hesab edir ki, İsrail qoşunları Fələstinin Həmas hərəkatına qarşı daha məqsədyönlü müharibəyə keçməlidir.
















