MƏHƏBBƏT RƏNG TANIMAZ… -Cahangir Namazov

CAHANGİR NAMAZOV

O qız başqa qız idi

Ulduz gözlərin görsəm,
Gözümdə od yanardı.
Əgər bir gün görməsəm,
Ürəyim qanayardı.

Başdan ayağa qədər –
Kipriyi saçardı zər.
Nəfəsi müşki-ənbər,
O qız başqa qız idi.

Gördüm, gözüm qamaşdı,
Getdiyim yolu çaşdım.
Heç kimə bənzəmirdi.
O qız başqa qız idi.

Gülüş isti, ilıq,
Təbəssümü aydınlıq.
Sevgisi dolu, canlıq,
O qız başqa qız idi.

Könlümü etmişdi şad,
Könlü məndə bir həyat,
Məni qoyub əcəb mat,
O qız başqa qız idi.

İçimi yandırır ah,
İndi nə edim, ey vah?
Vəzir idi, mənsə şah,
O qız başqa qız idi.

Ulduz gözlərin görsəm,
Gözümdə od yanardı.
Əgər bir gün görməsəm,
Ürəyim qanayardı.

***
Sevsən, qarşılasam daşa duyğular,
Yetərlik həddindən aşsa duyğular.
Ürəkdə məhəbbət açanda gültək,
Eşqə tərəf gedə çaşsa duyğular.

Gözümü caduyla bağlasa bu eşq,
Özünə arzuyla çağlasa bu eşq.
Razıyam, qəlbimə möhrünü basıb,
Razıyam, qəlbimi dağlasa bu eşq.

Ağ xətlər uçmaqda, qus görməkdəyəm.
Hicranın əzabın xoş görməkdəyəm.
Məhəbbət, könlümə girib gəldin sən,
Həqiqət, ya yuxu – boş görməkdəyəm?

Torpaqdan üzülən izlər səmavi,
Duyğular, fikirlər, hisslər səmavi.
Məhəbbət, əzizim, mən sevən qızın,
Qəlbi pak, gözləri dəniztək mavi.

***

Ürəyim ovcumda gəlmişəm kəndə
Özümü itirib, yandım, əsməm var.
Albomda uşaqlıq şəklimi görüb,
Gözümdən tökülüb getdi muncuqlar.

Uşaqlığım keçən hər bir döngənin
Gəzib keçdim bütün dərə-təpəni.
İçimdə çat verib nə isə sındı,
Gördüm çaylarında sönən ləpəni.

Ey kəndim, canımı həsrətdə yaxdın
Saldın ürəyimə dərdlərin cəmin.
Canımı isidən günəşə baxdım
Nurlu çöhrəsini anıb nənəmin.

Şeir yazmağa da əlim getmədi
Könül də ovunmaz səsdə, havada.
Gözümü bərk yumub özümü atsam
Axıb, uşaqlığa getsəm dəryada…

MƏHƏBBƏT RƏNG TANIMAZ

Miss Universe South Africa gözəli, “Miss world” finalçısı misilsiz gözəllik sahibəsi Şudufhadzo Musidaya…

Başım yaman hərlənib getdi,
Zəlzələlər oldumu, dedim?
Ya da, mənim qəlbimdə böyük
Silsilələr oldumu, dedim?

Ağlı, huşu aldı məhəbbət,
Başıma da qondu bəxt quşu.
Dəli könlüm, bu şair könlüm
Afrikalı gözələ düşdü.

Nə etməli, aşiq qəlbini,
Sevməyənlər anlaya bilməz.
Könül… könül tanıyar, lakin,
Məhəbbət rəng tanıya bilməz.

Sevdiyim də adi qız deyil,
Gözəlliyi çox qədim hətta.
Afrikanın günəşi,
Şudufhadzo Musida…

EY BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.

Azərbaycan dilinə uyğunlaşdıran:

Şahməmməd Dağlaroğlu

Share: