Bakı funiklyoru – Damət SALMANOĞLUnun yeni hekayəsi…

Payız fəsliydi. Ağacların saralan yarpaqları yorğun, ümidsiz halda bir-bir düşüb torpağa örtük çəkirdi.
Pəncərənin önündə dayanan Reyhan bu mənzərəni seyr edirdi. Bütün həssas insanlar kimi, o da, payızı çox sevir, amma bu sevginin öz səbəbləri də var. Hər gün bu yarpaq tökümünü seyr etdikcə xəyalları onu uzaq keçmişinə səyahətə aparırdı.

İllər, aylar keçsə də, Reyhan həmin o çiskinli, yağışlı payız gününü unu-da bilmirdi. O gün onun həyatının ən yadda qalan günü idi. Reyhan sevdiyi insa-nın gözlərinə ilk dəfə payız fəslində baxmışdı və o gün ilk dəfə onun baxışların-dan sevgisini hiss etmişdi.
Reyhan instituta qəbul olandan sonra dərslərinin ilk günlərinin birində dəhliz-də Ramizlə rastlaşmışdı. Baxışlar ixtiyarsız olaraq toqquşmuş və hər şey o qəfil görüşdən, o ani baxışlardan sonra başlamışdı. İlk sevginin təməli qoyulmuşdu.


Artıq dərslərin başlamasından bir ay keçmişdi. Reyhanla Ramiz eyni qrupda oxuyurdular. Hər dəfə gözləri bir-birinə sataşanda özlərindən xəbərsiz olaraq uzun müddət baxışırdılar, özləri sussa da, gözləri danışırdı. Bu bir ayın içində hələ bir kəlmə belə kəsməmişdilər. Elə bil dilləri söz tutmurdu üz-üzə gəldikləri zaman.
Günlər ötüb keçirdi. Gənclər hələ də çox pərdəli, məsafəli münasibət saxlayırdılar. Hərdən utana-utana bir-birindən hal-əhval tuturdular. Yavaş-yavaş dilləri açılırdı. Növbəti dərs günü başa çatmaq üzrə idi. Tələbələr ikibir, üçbir institutun qapısından çıxıb hərə bir tərəfə dağılışırdı. Reyhan da qrup yoldaşları ilə avtobus dayanacağına tərəf gedirlər, Ramiz də onları gözləri ilə təqib edirdi. Az sonra qızlar sağollaşıb ayrılırlar. Reyhanın dayanacaqda tək olması, Ramizi bir qədər cəsarətləndirir. Öz-özünə: Yox, bu gün necə olursa olsun, qıza ürəyimi açmalıyam,- deyir. Yaxınlaşıb salam verir. Reyhan salamını aldıqdan sonra utana-utana sözə başlayır:
-Bakıda əvvəllər də olmuşdun heç?
-Yox, elə instituta qəbul olduqdan sonra gəlmişəm. Təxminən iki ay olar.
Ramiz bir anlıq fikrə gedir, dilinin ucundakı təklifi necə deyəcəyini bilmir. Bir az susduqdan sonra bütün cəsarətini yığıb soruşur:
-Heç funikulyora minmisənmi?
-Minməmişəm,-deyə Reyhan gülümsünüb başını aşağı saldı. Bakıya gələndən dərslərdən vaxt eliyə bilmirəm. Bəlkə, bir gün qismət olsa…
Bir az daha cəsarətlənən Ramiz:
-İstəyirsən gedək bu gün,-deyib həyəcanla Reyhanın cavabını gözlədi.
Reyhanın onsuz da al yanaqlarına bir az daha qızartı gəldi. Bu gözlənilməz təklifdən özünü itirib, nə cavab verəcəyini bilmədi. Elə bu an gözlədiyi avtobus da gəlib dayanacağa yaxınlaşdı. Reyhanın hazırlaşdığını görən Ramiz sualını bir dəfə də təkrar etdi. Reyhan, bir anlıq böyük ümidlə cavab gözləyən Ramizin gözlərinə baxdı və dilləndi:
-Olar, gedək.
Gənclər axşam görüşməyi vədələşib ayrıldılar. Avtobusa keçib pəncərəyə yaxın oturacaqda oturan Reyhan utandığındanmı, ya eşitdiyi təklifin həyaca-nındanmı, başını çevirib Ramizə bir dəfə də baxmadı. Amma Ramiz avtobus tərpənənə qə-dər gözlərini o pəncərədən ayıra bilmədi.
Axşamüstü hər ikisi vədələşdikləri yerdə görüşdülər. Narin çiskin yağış yağsa da bu gəncləri dənizkənarı parkda bir müddət gəzmələrinə mane olmadı. Heç biri danışmırdı. Bu dəfə Reyhan söhbətə körpü salmaq istəyir:
-Yağışlı havanı çox sevirəm. Kənddə olanda həmişə belə havalarda ayaqyalın çəmənliklər üstündə gəzərdim.
-Hə, mən də yağışı sevirəm, -deyə Ramiz də onun fikrinə qatıldı.
Bir-birindən şirin söhbətlər, uşaqlıq xatirələri yada düşür, yol isə davam edirdi. Beləcə funikulyor meydanına nə vaxt çatdıqlarını hiss etmədilər. Bayaqdan bəri çətirsiz, narın yağış altında gəzən Reyhanın xurmayı saçları artıq büsbütün islan-mışdı. Ramiz cibindən səliqə ilə bükülmüş yaylığını çıxarıb Reyhana uzadır:
-Saçlarını qurut, nasazlıyarsan, uzaq olsun.
Reyhan yaylığı alanda onların əlləri bir birinə toxunur və bu təmasdan hər iki-sini həyəcan təri bürüyür. Ürəkləri xəzan yarpağı kimi əsməyə başlayır. Bu anda nəzarətçinin səsi eşidilir:
– Funikulyora minəcəksinizsə, kassaya ödəniş edib, keçin.
Bu qəfil səsdən ayılmış kimi olan gənclər ikisi də birdən cavab verir:
-Bəli, bəli, minirik.
Funikulyordan düşüb dağüstü parkda bir müddət gəzib-dolanıb, Bakının fü-sunkar mənzərəsini seyr edirlər. Bakıya gələn gündən heç gəzintiyə çıxmaq imkanı olmayan Reyhan çox sevinirdi. Bakının bu gözəl mənzərəsini həyatında ilk dəfə idi ki, bu yüksəklikdən canlı seyr edirdi.
Bu görüşdən qısa müddət sonra ölkədə siyasi sabitlik pozulmağa başladı. Hər yerdə mitinqlər gedir, ermənilər Qarabağda separatçı bəyanatlarla çıxış edərək Qarabağın ermənistanın tərkibinə qatılmasını tələb edirdilər. İğtişaşlar ara ver-mir, xalq ayağa qalxıb azadlıq tələb edirdi. Ramiz də bu mitinqlərə qatılanların arasında idi. Demək olar ki, inistituta da gəlmirdi.
Şəhərin giriş- çıxışında barrikadalar qurulmuşdu, gənclər burda növbə ilə ke-şik çəkirdilər. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları vəhşicə-sinə şəhərə daxil oldu. Qoca, qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi gülləbaran etdilər. O qanlı gecədə şəhid olanlar arasında Ramiz də var idi.
Baxışlarını sevdiyi üçün dağüstü parkda qoyub Şəhadət pilləsinə ucalan Rami-zin, baxışları Reyhanın sevgisi kimi intizar qalmadı. İllər ötsə da mütamadi şəkil-də hər həftə əlində tər qərənfillər olan bir qız öncə tək-tənha funikulyora minir, daha sonra isə o baxışlarla görüşə gedir.

08.01.2021

Share: