“AXDG QSC rəhbərliyinə müraciət etmişəm” – Vətən müharibəsinin iştirakçısı

II Qarabağ müharibəsinin başlanmasından bir il keçdi. Vətən müharibəsi adlandırdığımız və parlaq qələbəmizlə başa çatan bu müharibədə Azərbaycan Ordusu özünün nəyə qadir olmasını bütün dünyaya sübut etdi. Himayədarları tərəfindən qorunan, onlara güvənən erməni ordusunun çox qısa müddətdə darmadağın edilməsi ilə dünya həbr tarixinin yeni səhifəsini yazan Ordumuz 30 ilə yaxın bir müddətdə işğal altında olan Qarbağı geri qaytardı. Azərbaycan Ordusunun Ali baş komandanın qətiyyətli siyasəti, hərbi taktikası ilə əsl qələbənin nə olduğunu bildik və bu sevinci yaşadıq.

Bu müharibədə Azərbaycan xalqının igid oğulları sırasında AXDG QSC-nin əməkdaşları olan ddənizçi döyüşçülərimizin, eləcə də ADDA-da və Dənizçilik Kollecində təhsil alan gələcəyin dənizçilərinin də hünəri az olmadı. Onlarla dənizçi-döyüşçülərinmiz düşmənlə mübarizədə əsl qəhrəmanlıq göstərdilər, şücaət göstərdilər, qazi oldular, şəhidlik zirvəsinə çatdılar, şəharətə qovuşdular.
Belə döyüşçülələrimizdən biri də ADDA məzunu, əslən Ağdamdan olan, valideyinlərinin köçkünlük həyatında dümyaya göz açan, Vətən müharibəsinin qəhrəmanlarından olan Quliyev Telman Elman ogludur.

DSD İB-nin lahiyəsi olaraq dərc olaraq araya-ərsəyə gələn “Dənizçilərimiz Vətən müharibəsində” kitabında haqqında bəhs olunan  qəhrəmanımızla yaxından tanış olaq.

Qliyev Telman 1997-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Ağdamın Muradbəyli kəndindəndir. Ağdamın işğalından sonra valideyinləri məcburi köçkün olaraq Mingəçevirdə məskunlaşıb.
Telman kiçik yaşlarında olarkən isə Abşeron rayonuna, Xırdalan şəhərinə köçüblər.

Körpə vaxtalarından doğmalarından, orta məktəbdə oxuyanda müəllimlərindən, oxuduqları kitablardan Vətən həsrətinin nə olduğunu iliklərinə qədər hopdura bilən Telman nə vaxtsa Vətənin düşmən işğalından xilas etmək üçün silaha sarılacağına əminliklə böyüyür.
Eyni zamanda da arzularının ardıyca düşür. 2015-ci ildə orta məktəbi başa vurduqdan sonra, ADDA-nın “Gəmi sürücülüyü və naviqasiya mühəndisliyi fakultəsinə daxil olur.

Telman təhsilini başa vurduqdan sonra 2019- cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. “052” adlanan Xüsusi təyinatlı hərbi hissədə əsgər kimi qulluğa başlayıb. II Qarabağ müharibəsinin başlanmasına az qalmış onun da xidmət etdiyi hərbi hissəni cəbhə xəttinə yaxın əraziyə aparıblar.
Telman o günləri belə xatırlayır: “Müharibəninn başlanmasına az qalmış  bizə təlimlər başlayır, deyə  rayonlara apardılar. Bir çox şəhərlərdə və müxtəıif relyefli ərazilərdə olduq və çox ciddi hərbi təlimlər keçdik. Sonra Goranboy şəhərinə gətirildik… Goranboya gətiriləndə 2020-ci ilin sentyabr ayının 26 –sı gecə vaxtı idi.  Elə buralarda da sabah səhər saatlarında ermənilərin növbəti təxribatının gözlənildiyini və muharibənin baslayacağı barədə şayiələr   yayılmağa basladı..Doğrusu, əvvəlcə inanmadıq da. Hansı ki, bu günü ağlım kəsəndən gözləmişdim. Olmaz, deyirdim. Amma sentyabrın 27 -si səhər saatlarında  başlayan muharibə deyilənlərin həqiqət olmasına nəinki bizi  inandırdı, özümüz də bu müharibənin iştirakçısı olduq.

Bizə verilən tapşırıqlar, döyüş əmrləri Vətənin müdafiəsi üşün missiyamızın başlandığından xəbər verirdi. İnanmazsız, içimdə bir sevinc hissi də baş qaldırmışdı ki, bu sonuncu döyüş olacaq, ermənilərə yerini göstərəcəyik, doğmalarımın, xalqımızın üzündən, gözündən, ürəyindən Vətən nisgilini yox edəcəyik.

Goranboyda 3 gün qaldıq. Sonra Füzuli rayonunun Şükürbəyli kəndinə gəldik. Vəzifəm telefonçu olsa da, radiostansiya ilə bağlı bir çox bilgilər əldə etdiyimə görə döyüşən hissəyə daha çox kömək edə bilirdim. Mənim bir taqım komandirim vardı, həm komandir, həm də insan kimi hörmətini saxladığım bir insan idi. Onun mənə öyrətdiklərindən mən hələ də istifadə edirəm.

Füzulidə olduğumuz vaxtlarda  əsl döyüşün necə olduğunu gördük. Bu televizorda gördüyümüz, radioda eşitdiyimiz müharibəyə, müharibə xəbərlərinə bənzəmirdi. İnsanın özünə, ordusuna, millətinə qarşı inamsızlığı olsaydı, hər şey əksinə gedərdi, uduzardıq, torpaqlarımızı azad edə bilməzdik.  Amma bizim əsgərlərimizdə elə böyük ruh yüksəkliyi vardı ki, bunu sözlə ifadə etmək çox çətindir. Döyüşçülərimiz sanki  qorxurdular ki, döyüşə girməsələr, düşmənlə vuruşmasalar, onlara vaxt qalmayacaq, hamısını igidlərimiz məhv edəcək. Qorxurduq ki, canimızı bu Vətən üçün fəda etməyə, şəhidlik zirvəsinə yüksəlməyə, yaxud qazi olaraq qələbə sevincini yaşamaq üçün fürsətimiz olmaya.

Füzuli istiqamətində döyüşlərdən sonra bizi Cəbrayıla apardılar. Düşməni hər dəfə məhv edib yeni ərazilərimizi aldıqca, ata-babalarımızın yaşadıqları əzəli torpaqlarımıza girdikcə məni elə bir qürur hissi bürüyürdü ki… Mənim o zaman olan əhval – ruhiyəmi hec nə, ölüm, belə poza bilməzdi.

Cəbrayıldan sonra Hadrut istiqamətində gedən döyüşlərdə, ondan sonra isə Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. Xocavəndin ucqar dağ kəndlərində 3 həftə qaldıq. Xocavənd şəhəri yüksəklikdən açıq-aydın görünürdü. Səhərlər hər tərəf döyüş meydanına çevrilirdi. Kəndlərdə müklkü əhalidən heç kəs qalmamışdı. Gecələr ətraf kəndlərə fikir verirdim, heç birində işıqlar yanmırdı. İnşallah, buraları da azad edərik, insanlarımız ata-baba yurduna qayıdar, hər tərəf işığa bürünər, deyə fikirləşirdim.

Bu 44 günlük Vətən mühribəsindən illərlə danışmaq olar. Mən komandirlərimizin necə insan olduqlarının şahidi oldum, onlar əsgərə balaları kimi qayğı göstərməklə yanaşı, müharibəni qalib tərəf olaraq bitirmək üçün mühüm tapşırıq və təlimləri də verməkdən yorulmurdulr. Mən öz komandirimizdən xüsusi ilə danışmaq istəyirəm.  Sağ olsun, o insandan nə qədər danışsaq da azdır… Hərbi hissə komandirimiz öz hərbi qulluqçularını hədsiz dərəcəsdə sevir və qoruyurdu. Biz əsgərlərin də ona qarşı olan münasibəti eyni idi. Bu gün də onu, digər komandirlərimi görsəm, qucaqlayıb böyük qardaşlarım kimi  bağrıma basaram, o mənim təkcə komandirim yox, həm də döyüş yoldaşım idi.

44 gün ərzində Vətənimiz üçün hər kəs əlindən gələni etdi. Xalq və Ordu birlikdə nəfəs alır, birlikdə döyüşürdü., desək yanılmarıq. Mülkü vətəndaşlarımız döyüşçülərmiz üçün əllərindən gələnləri edirdi. Onların Vətənə, əsgərə olan sevgisinin, düşmənə nifrətinin nə qədər  böyük olduğunu təkcə biz görmədik, bütün dünya  gördü.

Müharibə bitdikdən sonra məni yenidən xidmət etdiyim hərbi hissəmə qaytardılar.  44 günlük döyüş zamanı sağ –salamat öz hərbi hissəm yerləşən yerə qayıtmışdım. Bir müddət sonra yenidən qısa təlimlərə başladıq. Bu dəfə bizi Kəlbəcərə göndərdilər. 3260 m yüksəklikdə yerləşən Murov silsiləsinə qalxdıq, sonradan Kəlbəcər şəhərinə daxil olduq.

Bu şəhərin mühafizəsində 52 gün qaldım. Sonra yenidən hərbi-hissəyə qaytarıldım. 2021-ci ilin iyul ayının 1-də ordu sıralarından tərxis olundum. Ən böyük arzum, başa vurduğum Dəniz Akademiyasınının diplomumu almaqdır. Hərbi xidmətə yola düşərkən imtahanlarımın bəzilərini verməmişdim, deyə təhsilimi tam bitirməmiş sayıla bilərəm. İnşallah, dəzizdə işləmək üçün AXDG QSC rəhbərliyinə müraciət etmişəm. Kiçik komanda heyyətində çalışmaq üçün bütün sənədlərim var. Müharibədən sonra ailə qurmuşam. Sadəcə işləmək, ailəmi saxlamaq və kəsirlərimi düzəltmək üçün ödənişlərimi özüm etmək istəyirəm. 30 ilə yaxın bir müddət köçkün həyatı yaşamış, I qarabağ savaşının dəhşətlərini yaşamış ailəmə, atanma artıq yük olmaq istəmirəm. İnanıram ki, AXDG QSC-nn rəhbərliyi mənə bu şəraiti yaradacaq. Mən onlara, xüsusi ilə Gəmiçiliyin sədri Rauf müəllimə çox güvənirəm. Axı, eşitdiyimə görə, onun rəhbərlik etdiyi, mənim arzularımın gerçəkləşməsi üçün üz tutduğum Cəmiyyət, yeganə təşkilatdır ki, müharibə iştirakçılarına xüsusi diqqət və qayğısı ilə seçilir. Oxumuşam, eşitmişəm ki, müharibədə döyüşən  əməkdaşlarına müharibədə olarkən diqqət və qayğılarını əsirgəməmişdir. Onlara maddi və mənəvi dəstək olublar. Bu istiqamətdə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi də fəal olub, dənizçi- tələbə döyüşçülır haqda yazılar yazıb, onların gördükləri işi ictimailəşdiriblər.

Çox istəyirəm ki, AXDG QSC-yə etdiyim mütaciətə müsbət cavab alam. Bu rəhbərliyin Qələbə gününə olan hədiyyəsi kimi ailəmiz tərəfindən qarşılana bilr. Çox istəyirəm bu kollektivin üzvü olam. İnşallah ərizəmə müsbət cavab alaram., deyən Telman Elman oğlu, müharibədəki fədəkarlıqlarına görə Ali Baş komandanın sərəncamı ilə Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin azadlığına görə və hərbi xidmətdə fərqləndiyinə görə medalları ilə təltif edilib.

Faiq Balabəyli

Redaksiyadan:  “DSD” İB-dən əldə etdiyimiz məlumata görə AXDG QSC doğrudan da Vətən müharibəsi iştirakçısı olan, dənizdə işləmək üçün tələb olunan müvafiq sənədləri olan 100 yaxın döyüşçünü işlə təmin edib. Gəmiçiliyin rəhbərliyinə, onun daxili siyasətinin yönəldicilərinə çox sağ olun, deyirik.

Share: