Azərbaycanda həmrəylik və uğur möhürünü vuranpartiya – VHP

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Maraqlı tarixdir. Bu tarix il baxımdan Azərbaycanın Dövlət Müstəqilliyindən bir il sonra, gün baxımdan Zəfər Savaşının başlamasından bir gün öncədir.  Təsadüfi görünəcək uyğunluğun arxasında bir zərurət var. İstiqlalımızın qorunmasının, ərazi bütövlüyümüzün bərpasının təməlində məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ ideyası durdu.

1992-ci ilin payızında Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

Bu çıxışdan və partiyanın yaranmaslnda 29 il keçib və bu günölkənin siysi durumu VHP liderinin irəli sürdüyüideologiyanın nə qədər doğru və çağdaş olduğunu təsdiqləyir. VHP 29 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azadedilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasikursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında özsözü olansiyasi mübarizə mədəniyyəti, dəyişilməz millimövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakimpartiyadan sonra müstəqillik illərində keçirilən bütünseçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunubBu gün80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvüvar.
Bu gün Azərbaycan siyasi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçirBiz yox– millətimiz, bizimsözümüz yox– xalqın sözüböhtan yox-həqiqət, kin-küdurət yox– sevgisiyasi oyunbazlıq yox-siyası əxlaq…Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
Partiyanın 29 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

Müstəqil.Az

Share: