Soylu Atalının “Ailə janrı” mülahizəsi

Tanınmiş publisist, Asif Ata ocağının yorulmaz davamçısız və təbliğçisi Soylu Atalı ona ünvanlanan  “Siz hər zaman vurğu edirsiniz, ailənin özünə bənzəməsi üçün hər zaman mənəvi-ruhani eyitim (maarifçilik) işi olmalıdır. Başqa bir araç, üsul, yol olmamalıdırmı?” suala verdiyi cavabı Müstəqil.az-n oxucuları ilə bölüşür

 

– Bu toxunduğum məsələ o qədər ciddi bir məsələdir, bunu insanlığın şah əsərlərindən saymaq olar. Niyə? Mən dəfələrlə vurğu eləmişəm, ailə janrı insanlığın ölçüyə çevrilməsi üçün çox əsaslı, ciddi bir zəmindir, ortamdır. Bu, indiyə kimi, demək olar, alınmayıb. Tibb elminə görə də, köhnə adamların dediyinə görə də belə bir rahatsızlıq olub: Evlənənlər ilk görüşdə içkili, yorğun, bədbin əhvalda olmamalıdır. Toplum bunu, bəlkə də, dərindən dərk edib fərqinə varmır. Ailə quranlar hansı niyyətlə, hansı əhvalla, hansı ruhla – yaranacaq dölə hansı keyfiyyətləri ötürür, onun mayasına hansı geni ötürürlər? Kişi qadınla ünsiyyətdə olarkən, deyək ki, keflidir, tüfeyli əhvaldadır. Sevginin ilahi çalarlarından, çağırışlarından uzaq bir əhvalla cismani yaxınlaşmaya meyil edir. Onun o halı genlə, enerji ilə ötürülür dölə (doğulacaq uşağa). Bunu ciddi düşünmək gərəkdir. Usaq necə doğulur, necə böyüyür?! Atadan, ya da anadan hansı geni götürür, hansı tərbiyə ilə böyüyəcək?! İnsanda ilahi sevgi halı olmalıdır ki, cismani qovuşma zamanı özündən ötürəcəyi enerji, genetik xarakter arı-duru olsun. Baxmayaraq, uşağa uzaq keçmişdən də irsi bir şeylər ötürülə bilir. Ona görə elə uzaq gələcəyi də düşünmək gərəkdir. Bu proses mütləq, qaçılmaz olmasa da, çox halda etkili ola bilir. Evlənənlər qutsal yaşamağı, düşünməyi bacarmalı, tərbiyəli xarakteri ilə, sonradan da, evdə böyüyən uşağa etki göstərə bilir. Bir daha vurğulayaq, sağlam ruhlu evlənənlərdən uşağa ötürülən sağlam xarakter, gərək uşağın halında var olsun ki, onunla bir yerdə böyüsün, tərbiyəsinə sağlam yön versin.

İndiki dövrdə doğulan uşaqlar ən çox dağınıq, bəlirsiz xarakterlərlə yaşayan gənclərdən başlanğıc götürürlər, mənəvilikdən uzaq enerji ilə əkilirlər. Bu uşaqları dünyaya gətirənlərin ruhani sağlamlığı, ilahi  eşqi olmur. Ona görə gözəl əhvallar ötürə bilmir, eybəcər, balaca əhvallar – nəşə əhvalları ötürür. Bu nəşədən doğulan uşaq da nəşəbaz olur.  Bu nəşədən doğulan uşaq da yüksək tərbiyə ilə, yüksək insani keyfiyyətlərlə, əhvallarla köklənmir. Bu olduqca ciddi bir məsələdir. İnsanın ruhunda, ilahi halında uca, alovlu, ehtiraslı bir sevgi olarsa, onun döl əmələgətirmə olanaqları daha çox uğur gətirər, uğurla sonuclanar.

Biz dönə-dönə vurğu eləmişik, filan səbəblərə görə ailə janrı alınmır. Alınması üçün insana yüksək hallar gərəkdir. İnsana içsəl azadlıq gərəkdir. İnsana ilahi varlığını kəşf etməyə meydan vermək, olanaq tanımaq gərəkdir. İnsanın ilahi duyğularla yaşamasına zəmin yaranmalıdır. Gör onda ölçü necə dəyişir, bəsit həyat yüksək (ali) həyata necə yüksəlir…

 

(Şölə Ayı, 43-cü il.)

Share: