Azərbaycan ədəbiyyatının ildırımı susdu…

Müstəqil.Az-ın elektron ünvanına Təbrizdən kədər dolu bir məktub daxil oldu. Tanınmış şair, ictimai xadim, jurnalist doktor Həsən Rıyazı (İldırım) korona virusa yoluxma səbəbindən vəvat edib.

Məktubu olduğu kimi yayınlayırıq

 

Başın sağ olsun Azərbaycan!

Burdan bir atlı keçdi

Atin oynatdı keçdi
Ay kimi şəfəq saçdı

Gün kimi batdı keçdi

Çox təəssüflə bugün iyul ayının 19-nda, ədəbiyyatımızın ildırımı, ömrünü ictimai ədalət və azadlıq eşqilə başa vuran, dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında yorulmadan bir ömür çalışan, Azərbaycanın tanınmış ictimai və ədəbi şəxsiyyəti, görkəmli şair və jurnalisti doktor Həsən Rıyazı (İldırım) korona virusa yoluxma səbəbindən həyatla əbədilik vidalaşdı.
Həsən Rıyazı(İldırım) 1958-ci ilin bəhmən ayında əvvəllər Sarab, sonralar isə Hıris şəharının tabeəsində olan Camalabad kəndində dunyaya göz açmış, ıbtıdayı təhsılatını öz kəndləri və Hıris şəhərində, orta məktəbi isə Təbrizdə başa çatdırmışdır. İstedadı və elmi səviyyəsinə güvənərək, tibb ixtisasında «ulüm pezeşki iran» unversitetinə qəbul olmuş və təhsilini davam etdirmişdir və uzun illər Tehranın «doktor Şəriyəti» xəstəxanasında insanlarin sağlamlığı üçün əlindən gələni əsirgəməmişdir.
Həsən İldırımın azərbaycan ədəbiyyatıla tanışlığı öz ailəsindən başlamışdır. Atasının azərbaycanli nehzəti dövrü ruhuna və şəxsiyyətinə hopmuş azərbaycançiliq, yeni yetmə evladını evində saxladığı türkü kitablarla tanış edir. Yeniyetmə Həsən qış gecələri evlərinə yığışan qohum- qonşuya azərbaycanin kılassık nağıllarından olan koroğlu və əsli kərəm kimi çap olmuş kitabları oxuyur və özüdə bu nağılların tasırı altında 1975-ci ildən azərbaycan ədəbiyyatı ilə ciddi surətdə maraqlanır.
İran ınqlabının qələbəsi Həsən ildırımın azərbaycan ədəbiyyatıla tanışlığına əlverişli şərayıt yaradır. gənc olmağına rəğmən, ınqlabdan sonra geniş oxucu rəğbəti qazanan «YOlDAŞ» məcəlləsinin fəal əmkdaşlarından olur. Onun bu məcəllənin muxtəlif nömrələrində yayılan yazıları Həsən ildırımın dunya görüşünə, zǝhmǝtkşlərin tapdalanmış haqlarını mudafiyə etməyinə və azərbaycanli varlığının həqiqət olduğuna aydın sübütdür.
Həsən ildırım ınqlabdan sonra təzə dil açmış azərbaycan mətbuatına yaranan məhdudıyətlər zamani öz qələmdaşlari və yoldaşlarıla bərabər «Arzu Karvanı» adlı ədəbi dərnək yaradır və bu dərnəyin çərçüvəsində bariz şerimizin öndri sayılan ustad Həbib Sahrın nisgilli ölümünə qədər ədəbi fəaliyyətinə davam edir. sonralar «Sahir ədəbi mədəni dərnəyi»nin qurucularından olur və ömrünün sonuna kimi bu dərnəyin ıdarə heiətində çalışmalarıla ədəbiyyatımıza çox dərin və musbət tasırlər buraxır; eyni halda Tehranda fəaliyyət göstərən «Sabir ədəbi əncüməni»ilə çox yaxından əməkdaşlıq edir və hər iki dərnəyin işbirliyində önəmli məsuliyətlər daşıyır.
Həsən ildırımın 90-ci illərə dair fəaliyyəti, azərbaycanin ədəbi və mədəni şəxsiyyətləri naminə bir çox təntənəli tədbirlər və ağırlamaların qurulmasında və azərbaycan şairləri əsərlərinin çapa hazirlanmasinda qabarıq şəkildə özünü göstərir. O bir təhudli şair, ədəbiyyatşunas və jurnalist olaraq, azərbaycanin digər şair və yazıçılarının əsərlərini yaymağı öz əsərlrinin yayılmasından daha üstün tutur və bu yolda fədakarcasına dəyrli işlər görür.
Həsən ildırım şeirdə ustad Həbib Sahir məktəbinin yetişməsi olsada, jurnalısm fəaliyyətlərində ustad Behzad behzadı məktəbinin ıstedadlı və bacarıqlı yetişməsi olmuşdur. O 2003-ci ildən ardıcıl nəşr edilən «Azəri» dərgisinin baş yazarı vəzifəsində elimizin, dilimizin və mədəniyətmizin keşiyində durmuş və öz yazıları ilə böyük bir ədəbi irsin yaranmasına səbəb olmuşdur.
Həsən ildırım öz jurnalısm fəaliyyətlrilə bərabər, yaranan hər bir azərbaycan dərnək, dərgi və ədəbi məhfillərinin çox məsuliyətli yardımçısı olmuşdur. 2011-ci ilin 12 şəhrivərindən «İşıq gəncləri» tərəfindən fəaliyətə başlayan «İşıq» (Azərbaycan ədəbiyyat və incə sənət saiti)nin ilk məşvərətçılərindən olmuş və bu ədəbi saitin 10 illik fəaliyyətində çox dəyrləri raylər, məşvərətlər və təkliflər irəli surmuşdur.
Həsən ildırımın ustad Behzad Behzadı ilə bərabər nəşrə hazirladiği uç cildlik «Ana dili» dərslik kitabları və dunya şöhrətli türk şairi «Nazım Hikmətin həyat və yaradıcılığına dair tədqiq» samballı əsəri onun ədəbi fəaliyyətlrinin çox dəyərli bəhərəsindəndir. Tasuflə o, həyatinda başqa əsərlrinin çap olmasına şahid olmadı. Ömrünün son aylarında yaxın dostlarının təklifini qəbul edərək bütün əsərlrinin çapa hazirlanmasina icazə verdi. 5 cildlik «şeir məcmuəsi», «ədəbi püblisistik məqalələr toplusu», «dunya ədəbiyyatından tərcümələr» əsəri çox az bir muddətdə redaktə olub nəşrə hazirlandi. bu kitablardan «Yağış Yüxüsü» və «Gözlərimdən Asıldım» unvanlı iki şeir məcmuəsi yaxın gələcəkdə Təbrizin «Müğam» nəşriyyatı tərəfindən oxuculara təqdim ediləcək. Çox təsuflə, sevimli şairimiz, azərbaycanimizin fədakar oğlu bu əsərlərinin yayılmasının heç birinə şahid olmayacaq. Niyə ki onun şair urəyının son çırpıntıları uzun illər başqa xəstələrə xidmət göstərdiyi Tehranın «Şəriyəti» xəstəxanasında iyul ayının 19-ndə bir yolluq susmuşdur.
Həyat tərzi, yaradıcılıq yolları və ədəbi görüşlərinə fəxr etdiyimiz sevimli azərbaycan şairi, jurnalisti və tərcüməçisi «Həsən İldırım»ın ağır itgisi bütün azərbaycan ədəbiyyatına və mədəni ictimaiyyatımızə üz verən sarsıdıcı və ağır bir itgidir. «Azərbaycanimizin başı sağ olsun!» deyə, bu ağır itgini azərbaycan xalqına, sevimli şairimizin hörmətli ailəsinə, dost tanışlarına və ədəbi-mədəni cəmiyyətimizə baş sağlığı verir, azərbaycan xalqının fədakar oğlu və təhudli ədəbiyyatçısı Həsən Rıyazı(İldırım)ın şərəfli xatirəsinə eşq olsun deyirik.
«Sahir ədəbi – dəni dərnəyi»
«Azəri» fəsilnaməsı
«Sabir ədəbi əncüməni»
«İşıq» – Azərbaycan mədəniyyat və incə sənət saiti
«Ədəbiyyat sevnlər» gurühü
«İşıq» dərgisi
«Eldar musiqi gurühü»
19 iyul 2021
Share: