Türkü qoru, İlahi – Şahnaz Şahinin qəzəli

Qardaş Türkiyədə törədilmiş geniş masştablı yanğınlardan bütün canlı və cansız aləm əziyyət çəkir. İnsanların ahı, yanan heyvanların, quşların, otların, ağacların naləsi ərşə ucalır.

 

Od vurub xain əlləri, yaxdılar türkü, İlahi
Göyə nə ahlar ucaldı, özün gəl gör ki, İlahi.

Bu yanda quş balaları, bu yanda yumurta yanmış
Pələngin yanıb yapışmış canına kürkü İlahi.

Ulayır atəş içində balaca qurd balaları
Bir dəli leysana yol ver, göstər bu görkü İlahi

Nə durub qaçmağa yer yox, nə xilas olmağa imkan
Bircə sənsən, bircə sən, sənədi ərki, İlahi

Meşələr, ağaclar yandı, ağacda quş yuvaları
Dağıldı gülüstan, oldu, bir qara sərgi, İlahi

Uzandı qapqara əllər, yaxdılar türkü amandı
Şahnazın and yeri sənsən, sən qoru türkü, İlahi.

Share: