Salidə Şərifovanın yeni kitabı nəşr olundu

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb. Kitab Ədəbiyyat İnstitutun Elmi Şurasının 9 dekabr 2020-ci il tarixli 6 saylı qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi ikinci nəşrdir.

Kitabın elmi məsləhətçisi və “Əməldə və əsərlərində özünüifadə nümunəsi” adlı ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Rəyçisi filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.

“Qanun” nəşriyyatında çap olunan kitab 164 səhifədir. Monoqrafiya giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat və tarixə həkk olunmuş anlardan ibarətdir. Kitabda Maxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, şair, yazıçı, publisist, MNR Ali Məclisinin deputatı Fərəc Fərəcovun həyatı, bədii və elmi publisistikası, nəzm və nəsr əsərlərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş tədqiq edilib.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Share: