Gah tələbkar, gah həssas, gah da uşaq kimi kövrək Səxavət Talıblı

Barmaqla sayılacaq bir neçə  şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi onların əsərlərinə hopub, ruhuna çilənib. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən.

Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, milli ruhumuzu, dünənimizi çağdaş dünyamızda səsləndirən romanların müəllifi olan böyük qələm və ürək sahibi Səxavət Talıblıdır.

O Səxavət Talıbli ki,  şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edə bilənn gözəl qəlbli şairdi. O, varlığıyla, dostluğuyla qürur duyduğum, rəğbət bəslədiyim adamdır.

Tanıdığım gündən hər yaratdığı əsərdə, dediyi sözdə orjinallığı ilə seçilən, irfani qəzəllərində Allaha aşiqliyi, sevgisi ilə diqqətimi çəkən şair, bir insan olaraq da hər xoş sözün fövqündədir….
Deyim ki, insanlara dəyər verməyi, onları kənardan izləməyi, kəşf etməyi çox vaxt həddindən artıq vaxt sərf edirəm. Səxavət müəllimi də belə kəşf etdim və ondan kitabımın redaktor olmasını xahiş etdim….
Son aylarda kitabımla bağlı onun xasiyyətini gah əsəbi, gah tələbkar, gah həssas, gah da uşaq kimi kövrək olduğunu görüb heyrət edirdim.
Peşakar əruz bilicisi, hekayə, roman müəllifi olan bu ali insanın ən çox nəzər çəkən həyat silqəti ətrafdakılara bacardığı yaxşılığı, köməyi etməkdi. Mən onun bu əsl insanlara xas olan xasiyyətinə heyran oldum.
Səxavət Talıblı sözün əsl mənasında seçilmişlərdəndir.
Bu gün, bu gözəl keyfiyyətlərə malik olan insanın doğum günüdür. Şairi səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Qəlbindəki nisgilin, işlərindəki müşkülün yeni yaşında uğurla həll olmasını arzulayıram.
Allah sizə yar olsun Səxavət Talıblı.
Vidalaşır  62 ,
Şairçün bu yaş nədi ki?
Hər müdrik sözü deyir ki,
– Buna qocalıq deməzlər..
.
Bir az saçına yağıb qar,
Bir az gözündə məlal var.
Şux qaməti san ki, çinar,
Buna qocalıq deməzlər.
.
İmişlitək elin varsa,
Şirin sözlü dilin varsa,
Qəlbində eşq gülün varsa,
Buna qocalıq deməzlər…
03.06.2021.
Əfşan Yusifqızı.
Share: