Kapitan Gülbala: -Buralarda kiminsə qohumu, yerlisi olmaq işə yaramır, gərək işinin öhdəsindən gələsən

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı Fars körfəzində  – Oman dövlətinin Echo Chargo Shipping şirkətinin “ES.RAINBOW”  gəmisinin kapitanı Gülbala Əliyevdir

Gülbala Kapitan, necəsən? Niyə görünmürsən?

-Faiq kapitan, niyə ki, social şəbəkədə mütəmadi olaraq görüşürük, hal-əhval tuturuq axı. Yaxşıyam, buna da şükür,  sənin də yaxşı olmağını istəyirəm.

(1987-ci il. “Sviyaqa” gəmisinin heyəti)

– Səninlə DSD İB nin və Müstəqil.Az saytının birgə layihəsi olan “Dənizçi həyatı”-da müsahibə götürmək niyyətim şoxdan vardı, amma görünür bu günə təsadüf etməliymiş. Mümkünsə oxucularımıza özün haqda qısa da olsa məlumat ver.

-Mən Əliyev Gülbala Pirbala oğlu 1964-cü ilin aprel ayının 15-də Quba rayonun Dərk kəndində qəflətən dünyaya gəldim.

Zarafatından qalmırsan… Kəndinizin adı Dərk olduğundandır ki, sən də dərrakəlisən, demək…
– Şox güman… Yox niyə ki, zarafat etmirəm, doğru sözümdür, mamaçaların qoyduqları diaqnoza görə hələ 4-5 gün də anama əziyyət verməliymişəm, amma onların qoyduqları vaxt dəqiq olmur.

1979 -cu ildə  kəndimizdəki məktəbin 8- ci sinifin bitirib, Zaqulbada yerləşən Bakı Dənizçilik Məktəbinə daxil oldum. 1982-ci ildə XDND nin “Əli Əmirov” gəmisində matros olaraq işə başladım. 1983-1985 ci illərdəm Sovet Ordusu sıralarında hərbi xidmətdə oldum. Xidməti başa vurduqdan sonra yenidən Xəzər Dəniz Neft Dononma idarəsinə, öz işimə qayıtdım. Müxtəlif gəmilərdə matros, bosman vəzifələrində çalışdım. 1993-cü ildə isə Balıq Sənayesi Texnikomunun “Gəmi sürücülüyü” fakultəsini qiyabi olaraq bitirdim.

-Gülbala kapitan, uzun illərdir dənizdəsən, gələcəkdə nəvələrinə danışacaq çox macəraların olacaq, ötənlərdən ən çox nələr qalıb yadında…
– Faiq, sən ki bilirsən biz dənizçilər macərasız qalmırıq. Elə səninlə 1987-88 ci illərdə Volqoqrad Gəmi qayırma zavodunda “Sviyaqa” gəmisini qəbul edərkən yaşadıqlarımızı bir ömür bəs edər nəql etməyə. Düzdü, cavan idik, indi o günləri yada salanda da gülməkdən uğunuram. Kapitan, 9 barmaq Kryukov, baş köməkçi Mirzə müəllim və digərləri. Ən çox da sənin El. Mexannik Smaqin İvan İvanoviçi, 2-ci mexannik Vladimir Muşqambeyanı, aşbaz Armenakı dolamağın və bizi də bu məsələdə iştirakçı kimi cəlb etməyin həmişə söhbətimin mövzusudur. Allah rəkmət eləsin, idarəmizin Yanğından mühafizə idarəsinin rəisi vardı,  Məstəmov familiyalı.  Atamızdan da yaşada  böyük bir kişi idi. Böyük Vətən müharibəsi veyeranı idi. Bakıdan ezamiyyətə gəlmişdi, gəminin qəbulu ilə bağlı.   Sən  onu  inandırdın ki, bəs Armenakın ona gözü düşüb, bizi də elçi göndərib. Kişini 2-3 günə tam inandıra bildik. Armenak da da bir erməni saxta təbəssümü vardı, kişi Bakıdan, idarədən gəldiyi üçün ona daha çox təbəssüm edərdi. Yaşlı arvad idi də. Ona da dedik ki, bəs Məstamov  səninlə ailə qurmaq istəyir. Dul qadın idi. razılaşdı. Məstamov da  Bakıya qayıtdıqdan sonra mən “prical” radioqəbuledici iə gəminin burun hissəsində dururdum və guya Bakıdan danışırdım. Gəmini əlaqəyə çağırırdım. sən də tez Armenakı çaöırırdın ki, bəs gəl adaxlın “svyazdadır”. Armana danıçşmağa başlayanda qaçıb gələrdin yanıma, sən nə deyərdinsə mən də səsimi Məstamovun səsinə bənzədib onu təkrar edib, deyərdim. Axırda da səhhətin guya pisləşib. Armenak da təkid edərdi ki, pula ehtiyacın varsa göndərim. Biz də deyərdik ki, vallah var, amma utanıram gələcək həyat yoldaşımdan 400-500 manat pul istəyəm. Armenak pulun çox olduğunu eşidib udquna-udquna qalardı, amma pulu verərdi bizə ki, şəhərdən bunu yola salın. Beləcə Armenakın puluna heyyət yeyib içərdi.  Və digər cavanlıqda olan hadisələr. “Alatau” gəmisində işləyərkən kapitan Hidayət Atakişiyevin, və digər dostlarımızla birlikdə olan söhbətlər unudulmaz. Üzünə demək olmasın, sən isə tamam başqa cür “kotalizator” idin. Rəqs meydançasında rus qızlarına görə yerli metallistlərin, millətçi rus gənclərin üstümüzə hücum çəkməkəri, dalaşmalarımız, daha nələri deyim. Hətta sözləşib rus uşaqları qumarda udmağımız.. Dostum hamısı şirin bir xatirədir indi.

-Gülbala, məni də ötənlərə qaytardın. Sən I Qarabağ savaşında da oldun…

– Əlbəttə oldum. O zaman dənizçi dostlarımız könüllü olaraq döyüşə atıldı. Şəhidlərimiz oldu. Sənin haqlarında yazdığın, döyüşdə olub, əsgər-dənizçilərlə görüçməyin və sairlər də unudulmayıb. Bəli mən birinci Qarabağ müharibəsində vuruşdum. 1994-cü ildə müharibə bitdi, qayıtdım dononmaya. “Bukerovşik” gəmisində kapitanın 3-cü köməkçisi kimi işimə davam etdim. Gəmilərdə müxtəlif vəzifələrdə çalışdım. 2006-cı ildən isə kapitan olaraq işləyirəm. 2010-cu ildən isə xarici sularda üzməyə qərar verdim. Ərizə yazıb idarəmizdən getdim. Hazırda Fars-Oman körfəzində və başqa sularda uzaq səfərlər kapitanı olaraq fəaliyyət göstərirəm.

-Dənizdən nələr qazandın, gənclər tövsiyyən nədir?

-İşlərini mükəmməl öyrənsinlər. Xarici firmalarda çoxlu sayda dənizçilərimiz işləyir. İnan hər biri həyat təcrübəsi və bilikləri ilə sayılır, seçilir. Buralarda kiminsə qohumu olmaq, kiminsə yerlisi olmaq işə yaramır, gərək işinin öhdəsindən gələsən və unutmayasan ki, sən hansı ölkənin vətəndaşısan. Ölkəmizin tarixini, düşdüyü durumu bilməlisən, bacardıqca ölkəni təbliğ də edəsən, tanıdasan. Zatən Azərbaycan bir dövlət olaraq bütün dünyada tanınır. Həm Neft ölkəsi, həm də ki II Qarabağ savaşındakı qalibiyyəti ilə. Biz də öz sahəmizdə azərbaycanlıların kim olduğunu göstərməliyik. O ki, qaldı Dəniz mənə nə Verdi, sualəna, nəyim varsa, dənizə borcluyam, həyda qazandığım bütün maddi və mənəvi varlıqlar dənizdən gəlib, ən başlıcası isə dostlarım.

Söhbətimiz zarafatla başladı, ciddiyə doğru gedir.
-Bilirsən, mən də bir Azərbaycan vətəndaşı olaraq Vətən müharibəsi zamanı şox çətin anlar yaşadım. Özümü bir an da zamanında vuruşduğum torpaqlardan uzaq tutmadım. Təskinliyim o idi ki, qalib müzzəfər ordunun sıralarında oğlum Şahin də vardı. O Türkiyədə magistraturada oxuyurdu, təhsilini dondurub Vətən müharibəsinə qatəldı. Oğlum snayperdi. Hesabında onlarla erməni leşi var. Müharibə zamanı cənab Ali Baş Komandanımızın fərmanı ilə 3 medalla təltif olunub və hazırda da xidmətini davam etdirir.

-Xarici sulardasan, Heç darıxmırsan ki…

-Səncə darıxmamaq olr? Darıxıram. Yaxşı ki, social şəbəkə var, dostlarla yazışırıq, hal-əhval tuturuq. İdarəmiz üçün, Xəzər dənizi üçün ötən vaxtardakı günlər tez-tez yada düşür. Amma burda da pis deyil, dünyanı gəzirsən, təcrübə toplayırsan… Dostlarla görüşəndə söhbət etmək üçün mövzu da az olmur… Hər kəsə salamlarım var.

Söhbətləşdi: Faiq Balabəyli

Share: