“İçimdə hardasa tələbə şıltaqlığına haqq qazandırmağa çalışıram”

Müstəqil.Azın “Dənizçilərə Sosial Dəstək”  İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həayatı”nın budəfəki qonağ ADDA-nın “Gəmi sürücülüyü” fakultəsinin dekanı, Texnika üzrə fəlsəfə doktoru Elnur Oruc oğlu Abbasovdur. O, dənizdə çalışmasa da, yetişdirdiyi çoxsaylı dənizçilərin həyatında xüsusi rola malikdir. Keçmiş tələbələri haqqında xoş sözlər deyir, onun hər bir tələbəyə fərq qoymadan biliyinin artırılması üçün əsl ziyalı, pedaqoq xarakterini sərgilədiyini deyiorlər. Martın 19-zu Elnur müəllimin doğum günüdür. Elə bu münasibətlə də onunla görüşüb söhbət etdik:

Elnur müəllim, DSD İB adından sizi doğum gününüz və Novruz bayramınız münasibəti ilə təbrik edirik, necəsiz?

-Çox sag olun, Faiq müəllim. Sizə və “DSB” İctimai Birliynizə diqqətiniz üçün təşəkkür edirəm.

-Akademiyada “Gəmi sürücülüyü” fakultəsinin dekanısız . Keçdiyiniz yola nəzər salsaq, düşünürəm ki,  oxucularımız üçün də matraqlı olar.

Mən 1980-ci ilin mart ayının 19-da də Beyləqan rayonu I Şahsevən kəndində anadan olmuşam və 1997-ci orta məktəbi kəndimizdə bitirmişəm.

Həmin il Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Texnikası və Gəmiçilik”  fakültəsinin “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisasına qəbul olmuşam. 2001-ci ilin iyul ayında “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisasını bitirmişəm.

2001-ci ilin iyul ayından 2002-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında həqiqi hərbi xidmətdə olmuşam.

2002-ci ilin avqust ayında Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Texnikası və Gəmiçilik”  fakültəsinin “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisasının magistratura piləsinə qəbul olmuşam.

2003-cü ilin sentyabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi sürüsülüyü” kafedrasında yarımştat baş laborant vəzifəsində işləmişəm. Magistratura pilləsini 2004-cü ilin iyul ayında bitirmişəm.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi sürüsülüyü” kafedrasında 2004-cü ilin sentyabr ayından asisstent, 2010-cu ilin sentyabr ayından isə baş müəllim vəzifəsində işləyirəm. 2011 – ci ilin may ayından 2013-cü ilin sentyabr ayına qədər “Dəniz texnikası və gəmiçilik” fakültəsinin dekan müavini, 2013-cü ilin sentyabrından 2014-cü ilin sentyabr ayına qədər “Naviqasiya” kafedrasının müdiri əvəzi vəzifəsində çalışmışam. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin sentyabr ayına qədər “Naviqasiya” kafedrasının baş müəllimi işləmişəm. 2015-ci ilin sentyabrından 2017-ci il iyul ayına qədər “Dəniz naviqasiyası” fakültəsinin dekan müavini, həmin tarixdən hal – hazıra qədər “Gəmi sürücülüyü” fakültəsinin dekanı vəzifəsində çalışıram.

Elnur müəllim, elmi işlərdə də nailiyyətləriniz olub…

– 2017 – ci ilin mart ayının 1-də  Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Kommisiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alımışam. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qrifi ilə 6 dərslik və dərs vəsaitinin müəllifiyəm. “Naviqasiya və lotsiya”, “Dəniz astronomiyası”, “Dənizdı həyat fəaliyyətinin təlükəsizliyi” və s. dərslik və dərs vəsaitlərim  tək akademiyamızda deyil digər dənizçilik təhsili verən müəssiələrdə istifadə edilir. Dediyiniz həyat yolumu qısaca belə təqdim edərən. Və qeyd edim ki,  ailəliyəm, ki övladım var: Bir oğlan və bir qız.

– Hər kəsə aydındır ki, pedaqoq kimi fəaliyyət göstərmək, məsul bir vəzifədə çalışmaq, heç də asan deyil. Siz necə düşünürsüz, tələbələrinizin uğurlarının gətirdiyi sevinc yorğunluğunuzu unudurmu?

-Əlbətdəki bütün sahələr maraqlı və məsuliyyətlidir. Müəllim-pedaqoq  kimi çalışmaq ikiqat məsuliyyətli və şərəflidir. Çünki bütün elmləri, peşələri, sənətləri tələbələrə sevdirən və öyrədən müəllimdir. Fakültə dekanı olmaq isə çiynimə daha bir məsuliyyət qoyur. Hər bir tələbəyə öz övladın kimi yanaşmaq, dinləmək, tədrsinin yüksək səviyyədə təşkilini təmin etmək, problemləri ilə maraqlanmaq lazımdır. Bütün bunlar nə qədər zehini və fiziki cəhətdən yorucu olsada bir o qədərdə maraqlı və zövq vericidir.

Tələbələrimiz və magistrlərimiz bizim övladlarımızdır, dedim. Demək, necə onların uğurlarına və yüksək nəaliyyətlərinə sevinməmək olar. Onların hər bir uğuru bizim uğurumuzdur. Arzu edirəmki tələbələrimizin səsi hər zaman yüksəklərdən gəlsin. Vətənimizə, xalqımıza daima layiqli övladlar olsunlar.

– Siz özünüz də Akdemiyanın bu fakultəsini bitirmisiz. İndi auditoriyaya daxil olanda ötən illərin tələbə Elnuru ilə “qarşlaşırsınızmı”?

-Bəli. 2001-ci ildə rəhbəri olduğum  fakültəni bitirmişəm. Nəinki hər dəfə auditoriyaya girəndə “ötən illərin tələbə Elnuru ilə” rastlaşıram. Həmçinin oxuduğum 087A1 qrupunu və dərs deyən müəllimlərimizi xatırlayıram. Tələbələrimizin hər hansı bir şıltaqlığı olanda belə gözüm önünə öz qrupumuzun şıltaqlıqları gəlir. İçimdə hardasa tələbə şıltaqlığına haqq qazandırmağa çalışıram.

– Elnur müəllim, sizin tələbə olduğunuz vaxtlarla müqayisə etsək bu təhsil

ocağllnda baş verən hansı yeniliklər var?

-Biz qəbul olanda Dəniz Akademiyası Ümummilli liderimiz Heydər Əliyevin əmri ilə Qafur Məmmədov adına Dənizçilik məktəbinin bazasında yenicə yaranmışdı. Bununla belə yüksək səviyyədə tədris aparılırdı. Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövdə əlbətdəki 1997-2001-ci illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə yeniliklər var. Gəmiçiliyimizin rəhbəri hörmətli Rauf müəllimin və rektorumuz hörmətli Heydər müəllimin diqqəti və səyləri nəticəsində Akademiyanın bütün tədris binaları təmir olunaraq müasir tədris avadınlıqları, laboratoriyalar, trenajorlar, multimediya öyrədici modullar və simlyatorlarla təmin olunublar. Akademiyada hal-hazırda 3 dildə təhsil aparılır. Artıq 3-cü ildir ki, Akademiyada İngilis dilində tədris aparılır. Akademiyamızda Türkiyə, Rusiya, Misir, Hindistan, Türkmənistan və s. ölkələrdən tələbələr təhsil alır.

Ümumiyyətlə ADDA-nın Azərbaycan iqtisadiyyatına, elm təhsil sahəsinə

verdiyi töhfələri necə dəyərləndirərsiz?

Bir təhsil müəssisəsi kimi ölkəmizin iqtisadiyyatına xeyrimiz yetişdirdiyimiz savadlı kadrlardır. Nəzər salasaq, görərik ki, gəmiçiliyimizin elə gəmisi yoxdurki orada çalışan əməkdaşların əksəriyyəti Akademiyamızın məzunu olmasın. Eləcədə və gəmiqayırma müəssisələrində də məzunlarımız əzmlə çalışırlar.

Akademiyamızın professor- müəllim heyəti, doktorant və disertantlarımız artıq nəinki ölkəmizdə, həm də xaricidə də inamla öz sözlərini deyirlər. Əməkdaşlarımız müntəzəm olaraq beynəlxalq indeksə malik nüfüzlu Elmi konfraslarda iştirak edirlər və məqalələri çap olunur.

Ümumilikdə ADDA-nın Azərbaycan təhsil sistemindəki yerini, nüfuzunu necə dəyərləndirmək olar?

-Digər  Ali məktəblərlə müqayisədə ADDA-nın təhsili  həm Azərbaycan Respublikasının Təhsil Nazirliyinin standartları, həm də “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyasının tələbləri nəzərə alınmaqla aparılır. Çalışırıq ki bu işin öhtəsindən layincə gələk və savadlı mütəxəssislər hazırlayaq

-Elnur müəllim, sizi bir daha bayram və doğum gününzlə bağlı təbrik edirəm

-Çox sag olun Faiq müəllim. Təşəkkür edirəm. Sizi, ASCO ailəsini, Dəniz Akademiyasının professor- müəllim heyətini, tələbələrimizi və sədri olduğunuz “Dənizçilərə Sosial Dəstək” İctimayi Birliyinin bütün əməkdaşlarını xalqımızın gözəl bayramı münasibətilə təbrik edirəm.

NOVRUZ BAYRAMINIZ MÜBAYRƏK OLSUN.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: