
“Stres” sözü neqativ bir məna verir, amma buna fərqli perspektivdən baxmağa dəyər. Bəs “yaxşı” kateqoriyasına aid etdiyimiz sözlərin beyində emalının necə getməsi barədə heç düşünmüsünüzmü? Üstünüzə doğru maşın gələndə yolu tez keçmək qərarı verirsiniz və ya hansısa tapşırığın son günü çatdıqda onu sabah üçün çatdırmağa istək nisbətən artır. Bunlar necə baş verir? Beynimiz bizim üçün yaxşı məfhumları, fikirləri seçir və bu sayədə immunitet sistemimiz, nəbzimiz, diqqətimiz və yaddaşımız həyat keyfiyyətimizin yaxşılaşması üçün çalışır. Həmin prosesə “orqanizmin özünü qoruma prosesi” adı verək. Buna baxmayaraq, əgər yaşadığınız stres xroniki vəziyyət alıbsa, bunun digər adı sıxıntıdır. (Hər gecə bir tapşırığın son günü olması sıxıntısı yaşadığınızı düşünün). Bu hal sizin sağlamlığınıza da öz təsirini göstərəcək. Yəni, gərginlik məfhumu təkcə hisslərlə bağlı deyil. Çünki belə bir şəraitdə orqanizminiz bioloji olaraq öz reaksiyasını göstərir.