2020-ci il – Azərbaycan xalqının Zəfər ili!!!

Artıq 2020-ci ili başa vurduq. Ötən il xalqımızın milli birlik, Qələbə, Qarabağ həsrətinin bitdiyi il oldu. Ötən ili çətin başlasaq da uğurla başa vurduq. Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi.Azərbaycan dövləti də insanları qorumaq üçün bütün zəruri tədbirləri gördü və görməkdə davam edir.

 
Bütün çətinliklərə baxmayaraq Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb.
Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb.
Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq.
Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.
Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında:
-Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.
Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.
Bu Qələbə tarixdə əbədi qalacaq.
Cənab prezident;
“Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi” , dedi.
Bizim gücümüzün, iradəmizin qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər olduğunu qeyd etdi.
Sülhməramlı qüvvələrin təmas xəttində roluna toxunan prezident sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmaz olduğunu deyərək:
-Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.
Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.
Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi.
Siyasətdə mədəniyyət sahəsində görülmüş və görüləcək işlərə diqqət yetirən prezident İlham Əliyev;
2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.
Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəlib.
İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir.
Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır.
Prezidentin siyasi dialoqun gələcəyi ilə bağlı baxışı:
Partiyalararası dialoqu möhkəmləndirmək;
Ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək;
Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqda partiyaların iştirakı;
Bu məqsədlə partiyaların beynəlxalq partiyalararası qurumlara üzvlüyündən istifadə etmək;
Partiyaların ictimai nəzarətdə iştirakı, çatışmazlıqlar haqqında məsələ qaldırmaq.
Prezident İlham Əliyev daha sonra; “Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur”.
İşğaldan azad edilmiş ərazilərdə ermənilərin vəhşiliyini diqqətə çəkən prezident İlham Əliyev qarşıda böyük lahiyyələrin nəzərdə tutulduğunu deyərək;
-Tarixi abidələrin, ictimai binaların, dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir.
Təzminat davasının başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.
İtirilmiş gəlir də hesablamalıdır, bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik.
Ekologiyaya vurulan ziyan hesablanmalıdır.
İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir.
Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq.
Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Daha sonra prezident İlham Əliyev: Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.

Azad edilmiş ərazilərə biz bundan sonra daxarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik.

Prezident İlham Əliyevin dediyi kimi vahid Azərbaycan dövləti bundan sonra daha uğurla, inamla inkişaf edəcəkdir.
Xəzər rayon Təhsil işçiləri adından;
Həzərxan ƏBİLOV.
Share: