Müharibə ağrılı şeirlər… – Aysel Fikrət

Müstəqil.az istedadlı şair Aysel Fikrətin İkinci Vətən müharibəsi bitdikdən sonra yazdığı silsilə şeirlərin bir neçəsini təqdim edir:

 

 

Şəhid balası

 

(Şəhid olmuş atasının tabutuna sarılıb,

Üzünü göyə tutub Var gücüylə ata deyə Çağıran oğul balaya həsr olunur)

Bu gecə Bir kimsə bilmədi,

Nə yedi ,nə içdi bu bala.

Bu gün ilk kəs hamıdan qaçdı,

gedib başın atıb yatdı bu bala.

Harda gəldi,

necə gəldi.

Gecələr səhərə qədər,

ağlayan anadan uzaq.

Baba baxışından uzaq

.Qonşu uşağınln gözlərindən uzaq .

Yorqun,

Arğın,

Palçıq içində əlləri yuyulmamış,

Gözünün yaşına ovunmamış,

Yatdı oğul bala

Daş kimi düşdü qaldı.

Elə eynən atasının Şəhidliyə,

düşüb qalan canı kimi.

Büküldü.

yatdı..

Bu gecənin səhəri bir başqa

Şəhid balası Qalx .

Balaca çiyinlərin ağramasın.

Bu gündən evdə tək kişi sənsən

Qalx bala qalx ..

Dimdik dayan.

Yu əlinin palçığını,

gözünün yaşnı,

Dur havada yellənən darvazanızı bağla,

Bala tutma özünü,

ürəkdən ağla,

Yalnız yıxılma .

Bir günə böyümək

Hər kişinin işi deyil

Qalx bala Qalx .

 

 

Biz Döndük

 

Hərəmiz bir evin çinarı dağı,

Hərəmiz bir evin sütünü idik.

İndi vətən üçün dirək olmuşuq,

İndi vətən oğlu ,vətən dərdyik.

 

Otuz il gözlədik eh yavaş- yavaş,

Hər gün zəfər üçün savaşa- savaş.

At məni bu yerdə, sən get irəli,

Gözlərim yumulur, sən durma qardaş.

 

Bayraq baş tacımız, silah dostumuz,

Döyüş qardaşımız evimiz oldu

Biz neçə nəfəriik burda ey vətən,

Hamımız qoynuna yığışb dolduq.

 

Bizə evimizdən çox -çox uzaqda,

Necə ana oldun belə ey vətən.

Gör sənə yetincə nələrdən keçdik,

Bizmi olduq sənin dadına yetən.

 

Bu gün də dönürük öz yuvamıza,

Qoynunda uyuyan kəslər sənindir.

Onlar səni bizdən bir az çox sevdi,

onların son yolu sözü sən idin .

 

 

Hərəmiz bir evin çinarı dağı,

Hərəmiz bir evin sütünü idik.

İndi vətən üçün dirək olmuşuq,

İndi vətən oğlu ,vətən dərdyik.

 

 

Biz sevgilərə uduzduq (Atama)

 

 

 

Oldu keçdi nələr- nələr,

Müharibə gördük Dədə.

Ac da qaldıq, sus da qaldıq,

Milyon kərə öldük Dədə.

Şəhid olduq, Qazi olduq,

İtgilərə razı olduq.

Bir savaşa gedən yolduq,.

Xan Şuşanı gördük Dədə.

Bir daş tapdım, vətən daşı,

Türk bayrağı qan yaddaşı.

Pıcıldadım zəfər yolun,

Qara daşın döydüm Dədə

Vətən dərdi ürəyində,

Gözlərini yumdun bir gün.

Hər açılan səhərimdə,

Elə həmin gündü Dədə.

Sən öyrətdin insanlığı,

Sən öyrətdin azadlığı.

Bu yollarda çox büdrədim,

Sən bunları bildin Dədə

O dediyin yolla getdim,

Nə dedinsə tapdım, etdim.

Axırda özümə yetdim,

Yamanca yoruldum Dədə.

Bir Allahı, Bir də səni,

itirmədim nəzərimdən.

Mən hər gün sənə bənzədim,

Mən hər gün böyüdüm Dədə.

Səndən, bir də vətənimdən,

Gələn bəlaya razıyam.

Biz sevgilərə uduzduq,

Biz savaşda udduq Dədə.

 

 

Əbədi beşik.

 

Itgin düşən əsgərlərin,

Qarışdığı torpaq!

Qarabağ !

sən Onların

əbədi beşiyisən.

Analar üstündə laylay oxuyacaq,

balaları torpağına qarışdı.

Üzü qibləyə duaların oxunacaq,

Hər qarışın müqəddəs!

Qarabağ

özün də bir az dirçəl,

özün də oyan,

axı sən vətənsən,

uğrunda ölünən.

Qaytar o balaları,

gecələri yuxusu ərşə çəkilən analara,

onları yenidən cücərt!!!

Qarabağ

Qarabağ.

 

 

Ana yarısı

 

 (Qardaşlar gələn yollara bacılar qurban gedər)

Bacısı olmayan qardaşlar bilməz,

Bacılar qardaşın Ana yarısı.

Kim gəlib ağlayar dərdinə indi,

Sızlayır ovunmur dərin yarası.

 

Şəhid qardaşının məzarı üstə,

Səliqə səhmanla gül düzə-düzə.

Onun ürəyinə yollar bağlanıb,

Gecəsi həsrətdi daha gündüzə.

 

Doyüşə gedəli yuxusuz qaldım,

Hər gün dua etdim ulduzlu göyə.

Allah qurban olum al bu canlmı,

Amanın günüdü sən ona dəymə.

 

Mən axı naşıyam,mən hardan bilim,

Şəhidılik adınn zirvə olduğun.

Tək mənim qardaşım deyilsən indi,

Nə qədər bacının qardaşı oldun.

 

Sən uşaq olanda bir səhv oldumu,

Qaçıb sığınlrdın gözümə mənim.

Gözüm çıxsın qardaş bəlkə də gəldin,

Belə sevdiyimdən gözümə mənim.

 

 

Eh boy ,qamətinə qurban olduğum,

Bayrağa bürünüb uçdun göylərə.

Qardaşım Nə atam, Nə anam,nə mən,

Sığlşa bilmədik nə yerə.göyə.

 

 

Yuxuda gülürsən xoşbəxt, sevincli,

Səhər göz yaşımla səssiz oyanam

Neynərəm həyətə su səpməyi mən,

Daha o qapıdan hara boylanam.

 

 

Neynərəm o yolu sən gətirməyən,

Neynərəm əkdiyin tut ağacını.

Bir küncdə boynunu büküb somavar,

Bir daha qaynamaz gözəl çağını.

 

 

Xatirə olmağa nə tez tələsdin,

Şəkilə, nağıla sən necə döndüm.

Qardaş sən ölmədin, sən şəhid oldun,

Mən isə hər gündüz hər gecə öldüm.

 

 

O qardaş toyunda süzən bacındım,

İndi acı diləm, İndi acıyam.

Bacılar qardaşa baş tacı olur,

Mən şəhid qəbrinin daşdan tacıyam ..

 

 

Yarpaq Analar

 

Yarpaq kimi əsim -əsim əsdilər,

Saraldılar, büküldülər analar.

Gözlərində həsrət adlı köz bitdi,

Öz qovunda döndü külə analar.

 

Qırx dörd günü, qırx dörd ilə tən oldu,

yarım qalan arzulara dərd oldu.

Hər gün bir az göz yaşına bənd oldu

Çətin birdə yenə gülə analar.

 

Şəhid deyib baqrina basdlqına,

Tabutunu gözündən asdığlna,

Hər gün təmiz yuxusuz yastığlna,

laylay deyib ovundular analar.

 

Saçlarını külək kimi yoldular,

köynəyindən qoxusunu aldılar.

Yanlz yenə qürur ilə durdular.

Dərdə dönüb əridilər analar

 

Yarpaq kimi əsim -əsim əsdilər,

Saraldılar, büküldülər analar.

Gözlərində həsrət adlı köz bitdi,

Öz qovunda döndü külə analar.

 

 

 

Şəhidim Xudayara

 

Xudayar bu gülüş nədir üzündə,

Şəhidlər bu cürə gülürlər demək.

Bilmirdim savaşın içində belə,

Torpaqda bitirlər şəhidlər gültək.

 

Xudayar uşaqlıq illərindəki,

içində darıxan vətən naləsi.

Atasız canına bacılar qurban,

Səsinin yanğısı həsrət naləsi.

 

O məğrur baxışn, o məsum üzün,

Bitmiş ürəyimdə səssiz ağıdı.

Səni ağlayanlar çoxalır gün- gün

Şəhidlik zirvənin şahlıq çağıdı.

 

Kim axı istəməz yerinə olsun,

Əllərin üstündə gəzən tutyasan

Vətəni xoşbətmi görmək istədin?

Torpağa bürünüb rahat uyusan.

 

Bir gün cücərəcək tumurcuq səsin,

Sorağın qalacaq qoca dünyada.

Eşqini Xudaya yetirən oğlan

güləcək həmişə yuxularımda .

 

 

  Hələ Dünən

 

Hələ dünən

Nə keçib ki o dünəndən əzizim.

Qırx dörd  gün

Gözlərdin məni,

Ikimizin kafesində.

Qepiklərimizi yerə töküb iki çay aldıq,

Gözlərnə sonsuz baxmaq üçün.

Sop soyuq olana

qədər gözlətdim çayı,

Hələ dünən bu şəhərin,

Hay küyündə itib gedirdik insanlar içinə,

KIm idik axı, kim tanıyırdı bizi.

İndi mən sənin bayraq tabutuna sarlan qızcıqaz,

Sən isə vətənin qalib oğlu şəhid !!

Nə vaxt qovuşarıq ?

nə vaxt.

Mən səni gözləməyə söz verdim..

Hələ dünən barmağımı sıxan bu üzüyü

Göstərib gülümsədin

Hələ dünən əzizim,

Incidim səndən.

Məni tək qoydun deyə,

Hələ dünən bu dünyanın iki sevəni idik.

Bu gün isə bizim qədər Ayrılanı yox dünyanın,

And olsun bundan belə,

soyumuş çay kimi keçəcək ömrümə.

Ayrılığın dadı bir başqa.

Gözlərini görmək!

Şəhid adın!

vətən!

durdu önümdə,

Ölə billmədim

Hələ dünən

Nə keçib ki o dünəndən əzizim.

Qırx dörd gün .

 

 

Nə yaxşı ki qayıtdın.

 

Göydən qurğuşun kimi,

yağdı üstümüzə şəhid xəbərləri.

Zəfərin ətini yeyirdi kədər.

Ana gözlərinin naləsi

Sevgili arzularnın küllündə köz.

Qırx dörd gecə yariyuxulu keçirdiyim gecələrin,

ən kədərlisi idi Həmin gün.

Tufanın ,Mərmi yağışının qulaqbatıran

səs sədasından sonra.

Sabah günəş əvəzi

şəhidləri doğulmuşdu göy üzündə vətənimin .

Uşaqlar atalarını göydən səsləyirdi

Ata icazə ver.

Ata olarmı.

Ata darıxmışam.

Qadınıar tənhalığa bükülürdü,üzügöyə yaşayırdı hamı.

Nə yaxşı ki qayıtdın əsgərim .

Nə yaxşı ki qayıtdın

yoxsa …..?

 

 

Əsgərim.

 

Səndən xəbər gəlmir, gör nə zamandı,
çən,duman,həsrətdi başının üstü.
Ürəyim uğruna çox yanır deyə,
Hardasan görünmür, dörd yanım tüstü.

Gözümü yollardan çəkim Söylədin,
Bəlkə qayıtmadım,ağıama bəsdi.
Xatirəmi əziz tutub, yaşarsan,
Telefon qırıldı,səsini kəsdi.

Həmin an ruhumu sardı bir arzu,
vətən sevgisindən ucada nə var.
Göylərdən yağanda odlu mərmilər,
Bir əsgər görəsən nəyi arzular.

Mənim də gözümə yuxu getməyir,
Nə olsa, nə bitsə yenə qayıt gəl.
Əlində ,üzündə zəfər haləsi
Gözündə sevgimi uyut, ayılt gəl.

Sənin vətən eşqin bir ayrı yolla,
mənim güldən incə sevgimdən keçir.
Mən də döyüşürəm səninlə mən də
gözlərim səninçün hər gün yol çəkir.

Səni gözləyən var, səni sevən var,
Sən artıq qalibsən vətən övladı
Həmişə ucada tut muqəddəs bil
Alnına yazılan şərəfli adı

 

 

Aysel  Fikrət

 

Müstəqil.Az

Share: