Almaz Bəyazid Ərgünəş: Xatirələr əsir düşmür ki…

İndi kitabları yox, insanları oxumağa çalışıram

Müstəqil.Az Əli Kərim adına Sumqayıt poeziya evinin müdir müavini, tanınmış yazıçı Almaz Bəyazid Ərgünəşlə müsahibəni təqdim edir

 – Almaz xanım, ilin günün bu vaxtında, sizin ağ evinizdə, Poeziya evinizdə nə var nə yox? Sakitçilik olar yəqin, qələbəlikdən uzaq düşərsiz…

– Bəli, Faiq müəllim, mən də, çox zaman Poeziya evinə Ağ ev deyirəm,. Pandemiya ilə əlaqədar evdəyik. Tədbirlər, görüşlər məlum səbəbdən dayandırılıb.

– Amma əsas qələbəni isə yaşayırıq. Ordumuz torpaqlarımızı işğaldan zad etdi, necəsiz indi?

– Qələbənin Böyüklüyünü getdikcə daha çox dərk edirəm. Dunənə qədər şəkillərdə belə görmədiyim kəndimizi gördüm. Bunu mənə yaşadan Ordumuza, Şəhidlərimizə, Qazilərimizə, Ali Bas Komandanımız İlham Əliyevə minnətdaram.

– Siz bizim çox hörmət etdiyimiz, şirin və acı dil (bəzən stauslarınızdakı sarkazmı və açıq tənqidi nəzərdə tuturam, inciməyin) xanım əfəndimizsiz. Uzun-uzadı acılı günlərdən sonra gələn xoş xəbərlər yaradıcılığınzda necə əks olunur, yaxud olunacaq, deyə soruşmaq istəyirəm

Əslində mənim bir çox hekayələrimdə bu Qələbənin bir ucu görünürdü. Elə də məhsuldar yazıçı deyiləm. Amma mən daima, yol getdikdə də yazıram. İliyimədək yazıçı olduğumun fərqindəyəm. İndi bol məhsul var. Gozəl əsərlərin süjeti…Yazacam.

– Siz – həm İbrahim, həm də siz Sumqayıt Poeziya evini bizlərə elə doğmalaşdırmısız ki, oranı heç inzibati bina kimi təsəvvür edə bilmirik.

– Poeziya evi bütün yaradıcı adamlarındır. Eyni zamanda ədəbiyyatsevərlərin. Ora nahaqdan Poeziya evi deyilmir ki… Əslində mən daha çox, daha maraqlı edə bilərdim oranı. İnaniram ki, məni əvəz edəcək gənc daha fəal olacaq. Qələbəmiz yeni ədəbiyyatın da qələbəsi olmalıdır.

Sizin əslən Füzulidən olmanızı bilirəm, Ərgünəş soyadının – təxəllüsünün də hardan gəldiyini, bilirəm, elə Bəyazidin də. Amma ilk olaraq deyin, Ərgünəş adının rahatlığını indi üstünüzdə daha rahat hiss edirsinizmi?

– Ərgunəş. Cox zövq verir bu ad mənə. Gərək yazarlarımız məkanlarımızdan təxəllüs götürsün. Bilirsiniz ki, qızım Sahilə də yazıçıdır. Ona təklif etdim ki, Xələfsah təxəllüsünü götürsün. Kəndimizdir. Orda çox kövrək xatirələrim var. Uşaqlıq illərim orda keçib. Xatirələrinin yaşadığı yer nə qədər şirin olarmış…

– Siz təkcə gözəl xanım, və gözəl qələm adamı deyilsiz, həm də gözəl anasız, Sahilə kimi qələm adamını dünyaya gətirmisiz. Yazılan əsərlərə balamız deyirik. Əgər belədirsə O, da sizin əsərinizdir. Onun əsərləri də onun övladları. Nənə gözü ilə baxa bilirsinizmi onun romanlarına. hekayələrinə?

– Bir dəfə Sabir Rüstəmxanlı dedi ki, Almaz, sənin ən gözəl əsərin Sahilədir. Sahilə istedadlı yazıçıdır. Sonuncu “Şeyx” romanını oxuyanda onu çox sevdim. Belə gözəl romanı mənim qızım yazıb, deyə qururlandim.

Doğrusu mübahisəli əsərləri də olub. Həmən an qətiyyətlə məni inkar etsə də sonda mən deyəni edir, belə bir maraqlı cəhəti də var. Ovladlarıməz və əməlləri uşaqkən bizə daha çox aid olur. Böyudukcə mən onlara sadəcə Allahın əmanəti kimi baxıram.

– Mən Dənizdən danışmaqdan yorulmadıqca, Siz də Bəyazidlə nəfəs alırsız. Bəyazidlə dost ola bilmisiz, yoxsa o elə sizin onun cavan nənəsi olmağınızı bilir?

– Bəyazidi körpəlikdən saxladığım üçün ona çox bağlıyam. Sənə gənc baba, demək olar. Mən artıq yetərincə nənəyəm. Dənizə olan sevgini o qədər hiss edirəm ki… Bu sevgi məni riqqətə gətirir. Kas bütün uşaqlar sonadək həyatın sevgidən ibarət olduğunu görə biləydilər. Mən sadəcə nənə deyiləm, Bəyazidlə hətta bəzi şeylərdə məsləhətləşirəm də. Bəzən o daha doğru təkliflər verir. Sahiləni də belə böyütmüşdüm.

– Uşaqlıq illərinizin, yeniyetməlik dövrlərinizin keçdiyi yerlər düşmən tapdağından qurtulub. Xatirələrinizin də əsirlikdən qurtulduğu deyə bilərikmi?

– Xatirələr əsir düşmür ki, Faiq. Onları heç kəs əsir götürə bilməz. Xatirələrin məkanı əsir ola bilər. İndi onlar da azaddır. Sevdiyim bulaq, Dağdağan ağacı, suyu qurumuş dərə, ermənilərlə bizi ayıran, döşündə tənha palıd ağacı olan təpə və s.

– Bu günün ədəbiyyatında özünüzü necə hiss edirsiz? Əllaməçilik, özündən müştəbeh olanlar, sözə köz basanlar yormur ki sizi?

-Mən heç vaxt tanınmış yazarların yanında yazıçıyam deməyə çəkinmirəm. İndi də beləyəm. Poeziysa evinə “şair” olmaq üçün üz tutan gəncləri, həvəskarları da çox görürəm. Qətiyyən onlara şərait yaratmıram.Yaradanlara da hətta görüşləri keçirilən zaman mənə söz verildikdə onların yazar olmadıqlarını sübutlar deməkdən çəkinmirəm. Özümün hələ bir dəfə də olsun gorüsumu təşkil etməmisəm. Onu da deyim ki, istedadlı gənclərimiz çoxdur və əla yazanlar da var.

 -Ümumiyyətlə Azərbaycan ədəbiyyatının oxucusu olmaq yaxşıdır, ya yazarı? Nəyi yaza bilməmişik?

-Mənim üçün ədəbiyyatın milliyyəti yoxdur. Bircə ona təəssüf edirəm ki, biz dünyada yetərincə təbliğ olunmamisiq. Qətiyyətlə deyərdim ki, H.Cavidin “Şeyx Sənan” əsəri dünya ədəbiyyatında sevgiyə aid ən güclü əsərdir. Subut etməyə də hazıram. Şadam ki, artıq biz də xaricə çıxırıq. Sahilənin “Şeyx” romanı Fransada , fransız dilinə tərcümə edilir. Müstəqilliyimiz və Qələbəmiz bizə işıqlı yolun başlanğıcını göstərir.

– Almaz xanım, bir dənə də özümlə bağlı sual verim; Məni niyə oxumamısız? Bəlkə dəı yanılıram.

-Haqlisiniz. Amma oxumamış olmaram, qarşıma çıxıbsa. Mən son vaxtlar yaddaş sarıdan zəifləmisəm. İndi kitabları yox, insanları oxumağa çalışıram. Məsələn deyə bilərəm ki, sən çox həssas, yuxa, yəni ürəyi yumşaq adamsan. Qohumcanlı və ailən üçün fədakarsan. Azacıq iradəsizliyin var. İşguzar və zərərsizsən.

Maraqlıdir. İradəsizliyim nədə büruzə verildi? Axı mənə həmişə bunum əksini deyərdilər?

-Faiq, bu nəvəyə olan istəyində təyin olunur. Məni də hamı cəsarətli bilir. Amma bizim kimilər bu sarıdan iradəsizik. Onların heç bir acısına tab gətirə bilmərik.

– Tam razıyam. Almaz xanım, vaxtınızı aldım, amma buna görə üzr istəməyəcəm, çoxlarına sizinlə müsahibə götürməyimlə xoş əhval ruhiyə verdiyim üçün məmnunam. Bəs siz bu müsahibədə məmnun ola bildiyiniz heç olmasa bir sualı eşitdinizmi?

– Əlbəttə xoş oldu, mənim kimi çox danışan adam üçün. Təbii çox sual ola bilərdi. Olmadi. Gələn səfər olar.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: