Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

ŞƏHIDIM – Həyat ŞƏMİnin Teymur Məcidzadəyə ithaf etdiyi şeir

Elə getmisən ki,
Savaşın qaynar yerindən,
yerini göz yaşı da soyuda bilmir.
Elə getmisən ki,
olmayan kimi…
Dağların başından – qayadan,
Torpağa qayıdan kimi.
Elə getmisən ki, bir kəndin ürəyindən –
ürəyə dönüb şəklin,
hər gözdə döyünür…
Gözlərin nur topu,
nə tez açıldı cənnəti-məkanda qapın?
Şəkildə bunlar ola bilər: 2 nəfər, selfi və iri planda şəkil
Elə getmisən ki,
Ananın canından can ayrılıb,
“Vətənim sənsən” deyirdi,
Sən adlı bir Azərbaycan ayrılıb…
Elə getmisən ki, susur mələklər də…
Səni gözlədi səkkiz aylıq ikən
bələkdə çıxdığın kənd…
gəlişini gözlədi ,
28 yaşını…
Elə getmisən ki, o kəndin qucağından,
Indi adın yazılan mərmilərin
səsi çıxır hər atəş ocağından.
Sən gedəli quruyub çaylar,
Çərəkən yox olub,
bulaqlar kor,
yıxılıb ağaclar,
yıxılıb evlər qalaq-qalaq…
Bircə quşlar susmayıb,
Susmayıb Azadlıq…
Elə getmisən ki,
Çağırıb səni Qeyb.
Bu gediş dəyişib adını
Şəhid qoyub, Şəhid!
Elə uçmusan ki,
Şuşanın başından qəflətən,
cibində ayaqların…
Qəlbində qəlpə ,
üzündə doğma bir nur,
– Başın sağ olsun, Vətən! – dedik…
Elə getmisən ki,
adın qalıb,
gələcək körpələrə verdik:Teymur…
TEYMUR!
30.11.2020
Share: