BİR QƏRİB TANIDIM – Qalib Nuriyevin şeiri

Respublikanın Əməkdar bədən  tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim Qərib Əliyevə ithaf edirəm

Bir Qərib tanıdım, hakim deyilən

Həqiqət carçısı olan bir insan.

Bir Qərib tanıdım, haqqa əyilən

Nahaqqın qatı sərt düşməni olan.

Nizamı əyilmiş, çökmüş dünyada

O, qərib doğuldu, Qərib adıyla.

Dedi: – Dönə bilməz, insan bu boyda

Axı, o, haqqa dost gəlib adıyla!

 

Cəngavər Türk oğlu olduğu üçün

Özünü döyüşdə axtardı ancaq.

Həqiqət carçısı olanlar bütün

Beşikdən qəbrədək haqq axtaracaq.

 

Xalqımın neçə gənc oğullarına,

Daima ədalət məktəbi oldun.

Fəxr ilə nə qədər igid başına

Hakimlik tacını sən özün qoydun.

 

Hərənin bir ömrü, bir həyatı var

Heyif ki, sonunu düşünmür çoxu.

Dünyada çoxunu qərib sayanlar

Yüz ölçüb, bir biçib yaşayır onu.

 

Aldanmaq istəmir gözəlliyinə

Çünki ötəridir gözəllik, qüvvət.

İnsan duya bilsə, öz gəldiyinə

Təəccübdən ancaq eləyər heyrət.

 

Bir Qərib tanıdım, haqqa əyilən

Namazlı, niyazlı saleh bir bəndə.

Onun qarşısında baş əyirəm mən

Bax, ona bənzəmək istərəm mən də.

 

Çoxunun bezikib fani dediyi

Dünyanı behiştə çevirmək olar.

Yaxşı ki, Allahın əmanət kimi

Bizi düşündürən Qəribləri var!

Qalib Nuriyev

Göyçay şəhəri.

 

Share: