Ermənistanla perspektiv sülh müqaviləsi imzalanmalı… – Politoloq

Razılaşma bütövlükdə xeyrimizədir, amma bir sıra qeyri-müəyyənliklər qalır.

Müstəqil.Az bildirir ki, bu sözləri öpolitoloq İlham İsmayıl özünün feysbuk səhifəsindəki divarında II Qarabağ müharibəsinin başa çatması ilə bağlı imzalanmış sazişlə bağlı yazdığı statusda yazıb.
O, qeyd edib ki, Azərbaycan-Ermənistan – Rusiya üçtərfli Dağlıq Qarabağın Ermənistanın nəzarətində olan yerlərə-Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə , Şuşanın kəndləri və digər yerlərə qaçqınlarmız köçənədək Azərbaycanın dövlət strukturları-ilk növbədə hüquq mühafizə, xüsusi xidmət və icra orqanları orada fəaliyyətə başalayacaqmı? Rusiyanın nəzarəti altında Qarabağa gələn və gedənlərə nəzarət Azərbaycan tərəfindən də həyata keçiriləcəkmi? Ermənistan vətəndaşlarının Dağlıq Qarabağa gəlməsi xeyli məhdud olmalı, yalnız yerli ermənilərin gediş-gəlişinə icazə verilməli, o da müəyyən məhdudiyyətlərlə. Dəhlizlər dövlət sərhədində bitir. Burda sərhəd və gömrük orqanlarının fəaliyyəti ilk növbədə həyata keçirilməlidir.
Azərbaycan vətəndaşlarının ölkə daxilində, Dağlıq Qarabağın ərazisindən keçməklə başqa bölgələrə getməsinə( məsələn, Ağdamdan Şuşaya Xankəndinin içindən keçməklə ) heç bir məhdudiyyət qoyulmamamlıdır.
Rusiyanın geri dönməsi narahatçılıq yaradır, amma nəzərə alın ki, bir dəfə tam imtina etdik, nəticədə 30 il torpaqlarımız işğalda qaldı. Şərtlər dəyişsə də, nəzərə alın ki, indi onların qalışının konkret müddətləri müəyyənləşib. Bu gəlişin maksimal müddəti dəyişməməli və bitən kimi son verilməlidir. Bu bənd bəyanata əlavə edilməlidir.
Geri dönmələri üçün Rusiyanın erməniləri şirnikləndirən vədləri olacaq. Bu vədlər Azərbaycan Konstitusiyasına zidd olmamalıdır, o cümlədən vətəndaşlıq məsələsi də. ( ikili vətəndaşlıq ola bilməz) Təhsil kitabları, xüsusilə tarix, ədəbiyyat və digər humanitar fənnlərə aid kitablar mütləq bizim senzuradan keçməlidir və ya bizim yazdıqlarımız tədris olunmalıdır. Razılaşmada status məsələsi yoxdur, amma qeyd olunmalıdır ki, bu məsələ heç vaxt qaldırılmayacaq.
Ermənistanla perspektiv sülh müqaviləsi imzalanmalı və Ermənistanın heç vaxt Azərbaycan torpaqlarına iddiasının olmadığı və omayacağı vurğulanmalıdır. Əks halda sərhədlər və komunikasiyalar açılmayacaq.
Əvvəllər ermənilərin yaşadığı , bu gün isə bizim nəzarətdə olan yaşayış məntəqələrinə ( Hadrut, Daşaltı və sairə) ermənilərin qayıdışı şərt olacaqmı? Olduğu halda qayıdışın şərtlərini biz irəli sürməliyik.
Hələlik bu qədər. Amma, bir xeyli məsələlər də var. Bütün məsələlər detallarınadək müzakirə olunmalı, Azərbaycan qanunlarına uyğun qərarlar qəbul olnmalıdır.
Ermənilərin iddiasız – hətta statussuz geri dönmələri şübhəlidir. Çox güman ki, dönməsinlər və ya Jrayr Sefilyanı hakimiyyətə gətirməklə daha böyük faciələrlə üzləşsinlər. Bu xeyrimizə olacaq.
Daha çox və reallığa yaxın bir ümid də var: Ermənistan və ermənilər razılaşmayacaq və geri dönməyəcəklər.
Share: