Rasim Hüseynov: Kəndimin, ata yurdum Zəngilanın gözəlliklərindən saatlarla bəhs edə bilərəm

Artıq erməni işğalından azad olunan torpaqlarımıza dönüşlə bağlı işlər görülmədə. Rəşadətloi Ordumuz 30 ilə yaxın bir müddətdə işğal altında olan Azərbaycan ərazilərini düşmən taprdağndan azad etdi. Bütün ölkə sevinc içindədir. Ən çox sevinənlər, sözssüz ki, yerindən-yurdundan olunanlar, talelərinə köçkün, qaçqın yarlğı yapışdırlanlardı. Belə yurd itkisinin acısını çəkənlərdən biri də AXDG QSC XDND idarəsinin “Suraxanı” gəmisinin elektrik mexanniki, Zəngilandan olan keçmiş məcburi köçkün Rasim Şükür oğlu Hüseynovdur. Rasimlə görüşüb onun sevincinə şərik olduq, ürəyindən keçənləri dinlədik.

Rasim bəy, necəsən, deyə soruşmayacam. Bütün ağrılara  yaşadığın həsrət dolu günlərə artıq son qoyuldu. Ata-baba yurdun, Zəngilan düşməndən azad olunub. Uşaqlığının, yeniyetmə çağlarının keçdiyi Məlikli kəndini necə xatırlayırsan?

-Hazırda keçirdiyim hissləri sözlə ifadə etmək mənim üçün çox çətindir. Çünki həsrət artıq bitdi. Mən o gözəl yurduma yezliklə qovuşacam. İllərdir xəyalımda canlandırdığım xatirələrim bitib tükənmir. Kəndimin, ata yurdumun o gözəlliklərindən saatlarla bəhs edə bilərəm. Gözlərimin önündən kinolenti kimi keçib gedir o günlərim, xatirələrim, uşaqlıq yaşamlarım, yeniyetmə çağlarım. İsti yurd-yuvamız, böyük və mehriban ailəmiz. Təbiətin bizə bəxş etdiyi gözəllik idi Məlikli kəndi. Az qalıb, həsrət bitir. Mənim ürəyimin bütün qatlarında olan acılar sona çatır.

Zəngilanın azad olunmasından bir neçə həftə keçib, bu müddət ərzində həyatında nələr dəyişib?

-Artıq illərdir ailəmlə Bakıda yaşayıram. Bəlli bir səviyəyə gəlmiş həyatımız var. Amma Zəngilan, Məlikli yadıma düşdükcə, içimdə bir kədər baş qaldırırdı. Hazırda çox xoşbəxtəm, Bu kədər yavaş-yavaş sovrulur. Qəlbimdəki həsrət, gözümdəki intizar yox olur.

– Rasim bəy, səni illər öncə tanıyıram. Həyatının ağır anlarının da sevincli günlərinin də şahidi olmuşam. Övladlarının dünyaya gəlişi, məktəbə getməsi, tələbə adı alması sənin sevincli günlərin idi. Heç vaxt Zəngilanı görməyən balalarını necə zəngilanlı kimi böyütdün? xatirələrinin hansı məqamını onlara nəql etdin, yurdu görməyə-gərməyə tanıtdın?

-Bu məqamlarda mənə ən çox kömək edən, rayondan gətirdiyimiz, o günlərin yadigarı və ötən günlərimə qayıtmaq üçün bələdçilik edən şəkillərimiz oldu. Ailəmi bir araya gətirmək üçün çox əziyyət çəkmişəm, bu haqda danışmıram, danışmaq istəmirəm. Bu mənim həyatım idi və mən bu həyatı yaşamalı və ailəmin qayğısına qalmalı idim. Həyatımızda ağrılı anlar yetərincə oldu. Zəngilan, Məlikli deyə dünyasını dəyişənlərimiz, gözləri televizorda, qulaqları səsdə olanlarımız var idi ki, indi onların da sərgərdan ruhları sevinir. Vətən, yurd sevgisinin ağırlığını sözlə ifadə etməyin nə qədər ağır olduğnu sən yaxşı bilərsən, Faiq. Ətrafınızdakı dostlarının bu acılarına şərik olduğunu yaxşı bilrəm. Amma sevinə bildiyimiz günlər də az olmadı. Balalrımızın uğurları xoş günlər idi. Amma həmişə içimdə bir nisgil, arzu, həvəs boynubükük qalıb, kaş kəndimizdə, doğmalarımızla birlikdə bu günü, sevinci yaşayadıq, deyərdim özüm-özümə. Balarıma Zəngilandan, kəndimizdən, kəndimizin indi viran olmuş küçələrindən, dolaylarından, otlaq yerlərindən, bulaqlarından bəhs edərdim. Elə danışardım ki, sanki əllərindən tutub bəhs etdiyim yerlərdə gəzdirirdim. Onlar Zəngilanı, Məliklini belə sevdilər. İçimdə belə bir inam var, onları kəndimizə bələdçisiz yola salsam, gedib evimizi, məktəbimizi, bağımız taparlar.

 

-Rasim bəy, artıq ərazi bütövlüyümüz təmin edilib. Keçmiş qazi və məcburu köçkün olaraq ürəyindən hansı hisslər keçir?

-Mən təkcə öz kəndimizin işğalına görə rahatsız olmamışam ki. Bütün torpaqlarımızın işğalı aərılı yerimizdir. Sağ olsun, Ordumuz, Ali Baş Komandanımız, Xalqımız artıq o nisgil yoxdur, sevinc var, fərəh hissi var bizdə. Sevincimi də ifadə edə bilmirəm. Küçədə gedirəm, insanlara baxıram, hiss edirəm ki, ürəyimin sevinci gözlərimdən o adamlara da sirayət edir…
Söhbətləşdi: Faiq Balabəyli

 

Share: