Telman Tayıbov: – Dənizi sevməyənlər bu sahəyə getməsinlər, çünki dəniz də onları sevməyəcək…

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı hazırda Abu Dabidə baş mexannik vəzifəsində çalışan Telman Tayıbovdur

 

Telman bəy, səninlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq.

– Faiq bəy, səninlə söhbət etmək maraqlı olacaq, istər dənizçi həyatı olsun, istərsə də digər mövzuda.

-Elə isə de, “dənizçi həyatı” sənin təqdimatında necə ifadə olunur?

– Onu deyə bilərəm ki, dənizçi həyatı maraqlı həyatdır. Həm də  maraqlı olduğu qədər də məsuliyyətlidir. Belə başa düşürəm ki, biz öz həyatımızdan söhbət edəcəyik. O həyatdan ki, bunun üçün yaşadıqlarımızı gözümüzün önünə gətirmək kazım olacaq.

-Əlbəttə. Amma gəl əvvəlsə səni oxucularımızla bir az da yaxından tanış edək. Qusarda doğulmusan, uzun müddət XDND də çalışmısan

– Elədir…

– Bəs sonra?

 – Gəl əvvəldən başlayaq. Mən 1963-cü ilin may ayının 1- də  Qusar rayonun Gedexeyxur kəndində fəhlə ailəsində anadan olmuşam. 3-sinifi kənd məktəbində oxudum. 3-cü sinifdən 9-cu sinifə qədər isə Qusar rayon 5 nömrəli internat məktəbində təhsil aldım. 1979-cu il də 9-cu sinfi bitirib  elə həmin ildə də Bakıda, Zağulbadakı 95 saylı dənizçilik məktəbinə daxil oldum. İki il orda təhsil aldıqdan sonra XDND idarəsində 1-ci dərəcəli matorçu kimi işə başladım. Mənim əmək fəaliyyətim, dənizçilik həyatım belə başladı.

-Və?

– Və 1983 -1985 ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə oldum.  Hərbi xidmətdən sonra yenidən mənim həyatımda müstəsana rol oynayacaq kollektivə, XDND-yə qayıtdım. İşə düzəldim.  Baş matorçu kimi əmək fəaliyyətimi davam etdirdim. “Yarenqa” Yedək Yük Gəmisində  fasiləsiz olaraq düz 12 il işlədim. 1991-1995 ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində təhsil aldım. Mexannik olaraq XDND-nin gəmilərində  çalışdım.

– Əmək fəaliyyətini elə bu idarədəmi davam etdirdin?

– Yox, 2001-ci ildən 2010 –cu ilə qəbər “Bue marin”də  əvvəl 2-ci sonradan isə Baş mexannik vəzifəsində çalışdım. Amma müəyyən məsələlərə görə məni yenidən XDND-yə qaytardılar. Bir il işlədikdən sonra buranı da tərk etdim. İndi xarici sularda işləyirəm. Allaha şükür, pis deyil.

-XDND-ni tərk etdim, dedin, buna səbəb yəqin ki, daha çox gəzmək, görmək, həm də yaxşı dolanışıq idi.

-Əlbəttə sadaladıqlarını sonradan gördüm və bayaq dediyim ki, şükürlər olsun ki, hər şey yaxşılığa dəyişdi. Amma, açığı desəm mən özümə qarşı haqsızlığı gördüm və buna görə də seçimimi yenidən etdim. O vaxtdan indiyə qədər xarici şirkətlərdə baş mexannik olaraq işləyirəm. Yenə də deyirəm, haqsızlıqlar olmasaydı daha yaxşı olardı, amma seçimimə gərə heç də təəssüf etmirəm.

Gənc dənizçilərə tövsiyyən nə olardı? Onlarda hansı keyfiyyəti görmək istərdin?

– İndi dənizə pula gorə gedirlər. O vaxtlar isə dənizi sevib bu sənətin ardınca gəlirdilər. Dənizdə romantika, dözüm, qeyri-adilik axtaranlar qazanclarını ilk olaraq bunda görərdi. Gənclərə məsləhətim odur ki, dənizi sevmirsə bu sahəyə getməsinlər, çünki dəniz də onu sevməyəcək, seçməyəcək. Pulu hər yerdə qazanmaq olar, amma çox yaxşı olar ki qazandığını sevərək, ürəklə bağlandığın sahədən əldə edəsən.

Sənin doğulduğun rayondan dənizdə işləyənlər yetərincədir. Sanki bu, bir ənənə halını alıb. De, bəs səndə bu  sahəyə maraq necə yarandı?

-Bu sənətə sevgim hələ məktəb illərindən başlayıb. Nə isə dəniz də, dəniçilk də məni çox çəkirdi özünə. Texnikaya isə hələ uşaqlıq çğlarımdan maraq göstərdiyimdən, mexannik olmaq qərarını verdim.

 

-Bəs dəniz səni nələrdən məhrum edib, nələrə yetişməmisən, arzulamısan, lakin həyata keçirə bilməmisən?

– Yaxşı sualdı. Dəniz məni nədən məhrum eledi? Demək olar ki, bütün dənizçilər eyni məhrumiyyətlərlə qarşılaşıb. Biri digərini təkrar edir. Bəzən doğmaların xoş günündə uzaqda olursan, özünü çatdıra bilmirsən, digər hallar da olur. Amma bütün bunlar səni laqeyd kimi formalaşdırmır, əksinə, insanlara, doğmlara daha çox bağlayır.

Telman bəy, səni lap çoxdan tanıyan birisi kimi deyə bilərəm ki, həyatında  uğurlu hallar yetərincədir. Sözssüz ki, uğurların  çoxuna dənizçi olmaqla nail olmusan. De, bəs dənizdən nəyi öyrənmisən?

– Dözüm, səbrlin olmaq, əsl dostlar qazanmaq da var dənizçi həyatında. Dənizdən öyrəndiyim həm də torpağa bağlılıq olub. Vaxtım çox olub fikirləşməyə, xatirələrimə qayıtmışam, oğlumu, doğmalarımı görmüşəm yanımda, onlardan çox-çox uzaqlarda olsam da. Dənizdən yaxşıları sevməyi, çətinliklə, pisliklə, məhrumiyyətlə mübarizə aparmağı öyrənmişəm. Daha nə deyim…

 

Telman bəy, dənizçilərimizin sosial rifahının yaxşılaşdırılması haqqında nə təkliflərin ola bilər? Bilirsən ki, biz DSD İB ni təsis etmişik. Bir neçə uğurlu lahiyələrə imza atmışıq. Amma görüləcək işlər daha çoxdur. Nələri görmək istərdin?

-Dənizçilərin social rifahının yaxşılaşdırılması üçün əlbəttə çox işlər görmək lazımdır. Dənizçi bir çox məhrumiyyətlərlə ona görə üzləşir ki, həm də ailəsinin rifahını yüksək dərəcədə təmin etsin. Ölkəmiz müharibə şəraitindədir. Hər şey cəbhə üçün, deyirdilər bir vaxtlar. İndi də biz belə deyirik. Olsun. Amma elə məmurlar var ki, ölkənin varını, sərvətini talayıb və talamaqda davam edir. Ölkə başçısının son vaxtlar onlara qarşı daha sərt mövqe sərgiləməsi göz önündədir. Bax bu mənimsəmələr, korrupsiyalar olmasa ölkə əhalisi daha da yaxşı yaşayar və sözssüz Azərbaycan dənizçisinin də maaşıları bu günkündən artıq olar. Bu gün XDND dən tanıdığımız yaxşı mütəxəssislər dünyanın bütün sualrında üzürlər. Şərəflə ölkəmizi təmsil edirlər, həm də yüksək maaş alırlar. Gəmiçiliyin bu günkü rəhbərliyi illərlə tökülüb qalan problemlərin həllinə çalışır həm də. Gəmilərdə baş verən yanacaq oğurluğunun qarşısı tamamı ilə alınıb. İllərdi ev növbəsi gözləyən insanlarımızın sevinəcəyi gün də uzaqda deyil. Eşitdiyimə görə tikilən binalar bitmək üzrədir.

DSD İB-nin  fəaliyyətə başlamasına şox sevindim. Amma bu gün təşkilatın hüquqi  fəaliyyəti o qədər də hiss olunmur.  Adama elə gəlir ki, qarşıya qoyulan tapşırıqlarına çox ləng əməl edir, bəziləri isə söz olaraq qalır. Konsepsiya yoxdur. Yaxşı olardı ki, bir il ərzində görüləcək işlərdən danışasız  və bu işlərə geniş yer ayırasız. Dənizçilərin qlobal problemlərinin həllinə çalışasız, onları işıqlandərasız.

-Telman bəy, DSD İB –yi dənizçilərin problemlərinin həlli istiqamətində müəyyən işlər görür və görəcək. Qaldı ki, dediyin qlobal məsələləri nəinki mənim sədri olduğum İB-lik, heç dünyanən böyük dənizçilik təşkilatları da həll etməyə acizdir. Dənizçilərin ayrı-ayrı fırıldaqçı şirkətlər tərəfindən işə cəlb oluması, işçilərin maaşlarının verilməməsi, dəniz quldurları və bəzən dəniz quldurları ilə əlaqə yaradan gəmiçilik sahiblərinin birgə cinayətinə görə dənizçilərin hüquqarının kobud şəkildə pozulması və digər amillər var ki, bu sənin dediyin qlobal problemlərin tərkib hissəsidir. Bütün bunlar bizim birlik olaraq Azərbaycan dənizçisinin rifahı naminə göstərdiyimiz və göstərəcəyimiz fəaliyyətin həm də tərkib hissəsi olacaq. Hələ 4-cü aydır ki fəaliyyətə başlamışıq və planlarımızı sadalamaq istəmirəm. Bütün bunlara mane olan qüvvələr var. İnşallah ümüd edirəm ki, istəklərimizə nail ola biləcəyik.
-Faiq, mən və köhnə dənizçilərin əksəriyyəti səni tanıyırıq, və mən öz adımdan deyirəm ki, sən dənizçilərimiz üçün çox iş görə bilərsən. Sənin daxili azadlığını həmişə hiss etmişəm və görmüşəm. Həqiqət sənin üçün əsas kriteriyadır. Buna görə də sənə uğurlar arzu edirəm. Hər görülən yenin işdə isə maneələr, anlaşılmazlıqlar olur, əlbəttə ki, onlar işinizə mane olmaz…

– Bir qədər ötənlərə qayıtmağımızı istərdim. Məlumdur ki, bizim XDND-nin tarixində ölkəmiz adına xeyli yadda qalan hadisələr olub. Bunlardan ən şərəflisi 1990-cı ilin qanlı yanvar hadisələrində dənizçilərimizin göstərdiyi şücaət olub. Sən də o zamanlar dənizçilərimizin sırasında idin. Xahiş edirəm o günlərlə bağlı xatirələrinizi oxucularımızla bölüşəsən. Hamsı gəmidə idiz və sizin gəmi hadisəni necə qarşıladı.

 

-20 yanvar hadisələrində mən “Yarenqa” gəmisində işləyirdim. Gəminin kapitanı Frolov familiyalı  rus idi, O, hadisələrin ilk günündə elə gəmini tərk edib evinə getmişdi. Gəmi kapitanın baş köməkçisi Mirəziz Abbasov idi. Bakı buxtasında olan günlərdə və elə sonralar da gəmini o idarə etdi. Bizim gəmi Dəniz vağzalının reydində  “Nefteqaz-64” gəmisinin “bortunda” dayanmışdı. Bütün hallara hazır idik. Əgər hər hansı bir  hadisə  baş verərdisə gəminin tez hərəkətə gətirilməsi üçün hazır vəziyyətdə idik. O vaxt “Nefteqaz-64”-də kapitan Rövşən Dəmirov idi. Hər iki gəmi 1nömrəli hazırlıqda dayanıb hadisələri izləyir, veriləcək tapşırıqları gözləyir və bütün fəövqəladə vəziyyətə hazır idi.  Hərbi gəmilərin buxtadan çıxmasının qarşısını Nargin adasının yaxınlığında biz aldıq. “Nefteqaz-64” gəmisi hərbiçilərin buxtadan çıxmaq üçün etdiyi hücumun qarşısında dayanaraq hərbi gəmilərə əks həmlə etdiyindən gullə-baran edildi. Biz isə müdafidə olduğumuz, növbəti tapşırığı gözlədiyimiz üçün güllələr bizə dəymədi. Amma onu xüsusi ilə qeyd etməliyəm ki, istəyimizə nail ola bildik. Ertəsi qün isə rus ordusu “Vodoley-4” gəmisini top mərmisi ilə vuranda, biz gəmilərimizi qorumaq məqsədi ilə “Sabit Orucov” gəmisindən alınmş  qərara əsasın gəlib Limanbazada dayandıq. Buxtada dayanan və körpülərə yan alan gəmilərə daha sonra rus əsgərləri əsl təcavüzkar bir XDND-dən 100 yaxın dənizçini həbs edib Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə sürgün etdilər.  Onlara 1 ay işgəncə vermişdilər.

Məlumdur ki, bu hadisələrdən 31 il keçməsinə baxmayaraq, xatirələr yenilənir və yeni-yeni olaylar üzə çıxır. İnsanlar bəzən ifrata varır, biri digərini aşağalamaqla əslində o günlərin üzərinə kölgə salır, sən buna necə aydınlıq gətirərdin.

-Dənizçilərin qəhrəmanlıqlarından söz düşmüşkən, mən belə deyərdim, əslində bütün dnizçilər eyni cür qəhrəman idi. Vəzifəsindən və yaşından aslı olmayaraq. Sadalamaqla da qurtaran deyil. 20 yanvar hadisələri zamanı insanlarımız, dənizçilərimiz bir amal ətrafında birləşdi. Düzdür, elələri də tapıldı ki, bu hadisəni kiçiltməyə, guya ki 3-4 nəfərin səyyi nəticəsində  baş verdiyini gündəm etdi. Sanki, onlar bu hadisəni planlaşdırıb həyata keçirmişdilər. Əslində isə bu belə deyildi. Əlbəttə ki kapitanların rolu danılmazdı. Amma gəminin heyəti olmadan da bu boyda hadisəni gerçək etmək olmazdı. Dediyim ki, 20 yanvar hadisələrində bütün dənizçilərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdi. Sözssüz, elləri də vardı ki, dəstədən geri qalmamaq üçün, abırına qısılıb gəmidə qalmışdı, onlardan burda bəhs etməyək, dənizçilərimizin şücaətinin üstünə kölgə salmayaq.

-Sentyabrın 27-dən ermənilər yeni ərazilərimizi işğal etmək üçün hücum etdi. Ordumuz düşmənə layiqli cavab verərək, əks hücumlar bir çox yaşayış məskənlərimizi işğaldan azad etdi. İndi bütün dünya Azərbaycan ordusundan, ordumuzun Ali Baş komandanın qətiyyətli çıxışından bəhs edir. Sizin işlədiyiniz ölkə də bu necə səsləndi?

-Əvvəlcə onu deyim ki, bu bizim nəinki dənizçi olaraq, insan olaraq, Azərbaycan vətəndaşı olaraq yaşadığımız ən böyük sevincli günlərimizdir. Əlbəttə ki, həm mən, həm də ki digər xarici sularda üzən dənizçilərimiz ölkəmizin haqq səsini bacardığımız qədər əcnəbi vətəndaşlara çatdırırdıq və yenə də fəaliyyətimiz həm də bu istiqamətdə qurulub. Düşmən layiqli cavabını almalı idi və o cavab düşmənə verildi.

Düşmən ağır itki verdi. Sayseçmə oğuyllarımızın rəşadəti, qanı, canı hesabına qalibiyyətin nə olduğunu özümüzə və dünyaya sübut etdik.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: