Feyruz Kapitan: Mən “Dənizçi Həyatı”nı dəstəkləyirəm

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı  Səudiyyə Ərəbistan Krallığında şalışan  “AHTSS DP-2 HADİ-27”gəmisinin kapitanı Feyruz Əbdüləzimovdur

Feyruz müəllim, çoxdandır ki, sizinlə görüşmürük, necəsiz?

-Faiq kapitan, Allaha şükür yaxşıyam, ümidvaram ki, sən də yaxşısan. Biz kapitanlarıq, xahiş edirəm bir-birimizə “müəllim” olaraq yox “kapitan” olaraq müraciət edək.

– Oldu, elə də müraciət edərəm, amma siz doğurdanda gənc şturmanlar müəllimlik etmisiz.

Bu hər kəsin işidir, öyrədiblər, öyrənmişik, biz də bildiyimizi öyrətməliyik.

– Sosial şəbəkələr uzaq məsafələri yaxınlaşdırır, bəzən heç hiss də edilmir bu uzaqlıq, üz-üzə ünisiyyəti verməsədə, yenə də yaxşı ki var, deyə bilirik. Darıxdığınız adamlarla ünsiyyətdə sosial şəbəkə  işinizə yarayırmı?

-İndiki həyatımızı sosial şəbəkəsiz təsəvvür etmək mümkünsüzdür. Doğrudur, sosial şəbəkələr uzaq məsafələri nəinki yaxınlaşdırır, hətta xarici ölkələrdə işləyənlərə ümid verir, dayaq olur və sakitləşdirir. Xəzər dənizində işləyən dənizçilərimizin işi nə qədər ağır və çətin olsa da heyyət üzüvləri əsasən azərbaycanlılardan olduğu üçün onlar xarici sularda üzən dənizçilərimiz kimi darıxıb və o qədər də narahat olmurlar.

 – Siz bizim çox təcrübəli kapitanlarımızdansız. Həyat yolunuz çox gənc dənizçilər, eləcə də oxucularımız üçün  maraqlı olardı. Bəlkə ötənlərə qayıdaq; harda doğulduz, böyüdüz, dənizə necə gəldiz? Özününz haqda danışardız.

-Mən 1950-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında,  Sisian rayonunun Ərəfsə(1970-ci illərdə ermənilər kəndimizi  Arevis adlandırıblar) kəndində anadan olmuşam . O kənddə 8 illik məktəbi əla qiymətlərlə bitirdikdən sonra Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbinidə təhsilimi davam etdirmişəm.  1965-1967 illərdə orta məktəbi bitirmişəm. 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Neft Mexanikası “ fakultəsinə qəbul olub 1-ci kursu bitirdikdən sonra oranın gələcəkdə mənim üçün  perspektivsiz olduğu qərarına gəlib, atmışam və atam rəhmətliyin təkidi ilə kəndə qayıtmışam.

O zaman atam kolxoz sədri işləyirdi, institutu atdığım üçün məni qəsdən 2 il çoban işləməyə məcbur etdi və əsgərlikdən də müvəqqəti saxlatdırdı. Riyaziyyat, Fizika və Kimya fənlərini sevdiyim üçün daima məşğul olurdum, bilirdim ki, mənə oxumaq lazımdır. 1970-ci ildə Bakıya gəldim və iş axtarmağa başladım, 1 nəfər tanış mənə məsləhət gördü ki Hövsana gedim orada Bakı Balıq Limanında işə götürərlər və orada ev almaq da tez olacaq. Həmin idarəyə gəlib kadrlar şöbəsində Şura adlı inspektora müraciət etdim. Şura dedi kı, “tı malenkiy qruzçikom ne smojeş rabotat,  poydeş na sudne rabotat?” Fikirləşdim ki bu məni “sud”a niyə göndərir, dedim zaçem na sud? Gülüb azərbaycanca, gəmi, matros dedi, başa düşdüm.  O zaman rus dilini pis bilirdim gəmini “karabl” olaraq tanəyərdəm. Sonra “Bodrıy” yedək gəmisində matros işləməyə başladım və dənizçilik işi çox xoşuma gəldi. Bir gün salonda masanın üstündəki qəzetdə Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin elanını oxudum, qərara gəldim ki, oxumalıyam.  Və sənədlərimi verib BDM-nin əyanı şöbəsinə qəbul oldum. 2-ci kursda oxuyanda oradan xuliqanlıq üstündə qovuldum. 1971-1973 illərdə əsgəri xidməti baş serjant rütbəsində bitirdikdən  sonra Bakıya qayıtdım. Bir gün ümidsiz halda ərizə yazıb BDM-nin rəisi rəhmətlik Yaqub Məmmədovun qəbuluna getdim.  Kabinetdən içəri girəndə hönkür vurub  ağladəm,  danışa bilmədim, rəis dedi oğlum ağlama dərdini de. Səhvimi boynuma alıb oxumaq istədiyimi dedim, dedi səni ancq qiyabi şöbəyə qəbul edirəm, amma bundan sonra özünü yaxşı apar. Həmin gün sevincimin həddi – hüdudu yox idi. 1976-cı ildə BDM-nin Texnik Naviqator şöbəsini bitirdim. Bakı Balıq Soyuducu Donanma gəmilərində kapitanın 2-ci köməkçisi, Baş köməkçi və nəhayət 1979-cu ilin dekabrından (29 yaşımda) kapitan olaraq işləyirəm. 1982-1988 illərdə Həştərxan Dövlət Texniki Univesitetinin Mexanika fakultəsində qiyabi oxuyub, Ali təhsil almışam.

Dənizlə dostluğunuz çox güman yaxşı olub ki, bu illəri dənizdən kənarda qalmamısız.

İstər Xəzər dənizində və istərsə də Xarici firmalarda işləyəndə dost və tanışlarım çox olub. Mən ancaq doğtu və dürüst insanlarla yaxınlıq edirəm.

 -Sizinlə həmsöhbət olduğumuz layihənin adı, “Dənizçi həyatı”dır. Dənizçi həyatı sizin nəzərlərinizdə necədir, nə ilə fərqlənir, müsbət və mənfi cəhətləri nədir?

-Şəxsən mən “Dənizçi Həyatı”nı  dəstəkləyirəm.

-Sizi çoxdan tanıdığıma görə bilirəm ki, indi Xəzərdə və Dünyanın bir çox sularında üzən dənizçilərimiz vaxtı ilə sizin komandanlığınız altında işləyib, təcrübə toplayıb. Onlarla əlaqələriniz nə yerdədir?
-Mənim komandanlığım altında bir çoxları yetişib və yaxşı təcrübə əldə ediblər. Onlara düzgün yol göstərib oxumaqlarına dəstək olmuşam. Hal hazırda onların əksəriyyəti ilə əlaqəm yoxdur. Əslində onlar məni axtarmalıdırlar, təki Allah hamısının canını sağ eləsin.

Səhv etmirəmsə, oğlanlarınızdan biri də dənizçidir, onda bu maraq siz tərəfdən yarandı, yoxsa atasının həyatı onu da dənizə tərəf çəkdi?

-Bəli oğlumun biri Sinqapur firmasında kapitan işləyir. XDND gəmilərində işləyəndə yay aylarında mənimlə tez-tez dənizə gedərdi və gəmi sükanında durmağı çox sevərdi. O, gəmidə olanda matroslar sevinirdilər ki, sükanda o,  duracaq. Dənizdə fırtınalara düşməsinə baxmayaraq onda dənizçi olmaq həvəsi yüksək idi. Baxmayaraq ki o Xalq Təsərrüfatı Unversitetini bitirmişdi, o 2008-2012-ci illərdə ADDAdanın Mühəndis Naviqator fakultəsində oxuyub ikinci təhsilini aldı.

Uzun müddət XDND də işləmisiz. İndi xarici şirkətlərin ən çox ehtiyac duyduğu kapitanlardansız. İdarəmizdə qazandığınız təcrübə ilə dünya sularında işləmək yəqin ki, asan oldu.

– Əlbəttdə, “Offshore”də işləmək təcrübəsini XDND-nin gəmilərində işləyən zaman əldə etmişəm, elə buna görə də xarici firmalarda işləmək mənim üçün asan olmuşdur.

Fayruz kapitan, sizi potriot bir insan kimi tanıyıram. Təəssübkeşsiz. Ölkəmiz və onun ərazilərinin işğalı ilə bağlı, erməni təcavüzü ilə bağlı xarici ölkələrin vətəndaçları ilə söhbətinizin reaksiyası necə olur?

Mən Qərbi Azərbaycanda böyüyüb boya  başa çatdığım üçün ermənilərin necə bir alçaq və şərəfsiz millət olduqlarını çox yaxşı bilirəm. Millətimi və vətənim Azərbaycanı çox sevirəm.  Xarici vətəndaşlarla tez-tez Azərbaycan və işğal olmuş torpaqlarımız haqda söhbət aparıram. Çox təəssüflər olsun ki, onlardan bəziləri ali təhsilli olmalarına baxmayaraq Azərbaycanın harda yerləşməsini belə bilmirlər.

-Siz milli kökə, adət ənənəyə bağlı insansız. Bildiyim qədər kapitan olaraq ölkəmizin siyasi vəziyhyətindən bəhs etməklə yanaşı, hətta yerli aşbazlara Azərbyacan mətbəxinin də necə koloritli olmasından və fərqli olmasından danışıb onlara bunu təbliğ etmisiz.

-Tamamilə doğru deyirsiniz. Mən milli kökümüzə bağlı olan bir azərbaycanlıyam. Bildiyiniz kimi mən dünyanın bir çox ölkələrinə səfərlər etmişəm, hal-hazırda Səudiyyə Ərəbistanında işləyirəm. Bizim aşbazlar mən deyərdim ki dünyada ən gözəl yeməkləri bişirirlər. Aşbazlarımızın xaricdə işləməyə nədənsə meyilli deyillər.

Məlumdur ki, bizim dənizçilərimiz 1990-cı ilin 20 yanvarında dünya dənizçiləri arasında fərqlənən, sayılan seçilən bir qəhrəmanlıq nümayiş etdirdi. Bu haqda nə düşünürsüz, necə xatırlayırsız o günləri?

– Qara 20 Yanvar günü mən Rusiyada balıq tutan gəmidə dənizdə olmuşam. Həqiqətən də XDND gəmilərinin o zamanki kapitanları və heyət üzvüləri misilsiz tarix yazmışlar, onlar böyük bir riskin altına girib və Sovet quldurlarına qarşı əli yalın müqavimət göstərərək , qalib gəlmişlər.

AXDG QSC son dövrlər yeni gəmilər alır, özümüzün gəmiqayırma zavodlarımızda tikintisini sifariş verir. Bu yeniliklər uzaqdan necə görünür?

-AXDG QSC-nin yeni gəmilər alması və öz zavodunda gəmilər tikməsini  alqışlayıram, əla görünür, ancaq təəssüflər olsun ki, dənizçilərimizin xarici şirkətlərlə müqayisə də əmək haqları  aşağı səviyyədədir. Odur ki bildiyiniz kimi dənizçilərimizin çox hissəsi xarici firmalarda işləməyə üstünlük verirlər. Amma, ieşitdiyimə görə gəmiçiliyin rəhbərliyi bu istiqamətdə işlər görür
13. Feyruz kapitan, məlum olduğu kimi biz ” Dənizçilərə Sosial Dəstək” İctimai birliyini yaratmışıq. Təcrübəli dənizçi olaraq, nə məsləhət görərdiz? Dənizçilərimizə dəstək olmaq üçün nə kimi təkkifləriniz olar?

-“Dənizçilərin Sosial Dəstək” İctimai Birliyinin yaradılması çox vacib və təqdirə layiqdir. Məsləhət görərdim ki dənizçilərimiz DSD ilə davamlı təmasda olsunlar və dəstəkləsinlər. Kimliyindən və harda işləmələrindən aslı olmayaraq bu biz azərbaycanlı dənizçilərin birliyi olmalıdır.

Müsahibəyə görə sizə öz təçəkkürümü bildirirəm, Sağ olun.

-Faiq kapitan, sən sağ ol, uzaqdan da olsa fəaliyyətini izləyirəm, çox maraqlı layihələrlə mətbuatda çıxışların var ki, mən vı mənim tanıdığım, hazırda Vətəndən uzaqda olanlar bunu təqdir edir.
Söhbətləşdi: Faiq Balabəyli

Share: