Bədahət şairi FƏRZULLA OCAQLI

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Fərzulla Ocaqlı (Fərzulla Muradov) el şairi, bədahət söz ustadıdır. Folklora, aşıq sənətinə, el şairlərinin yaradı­cılı­ğına köklənmiş söz adamıdır.

Fərzulla Ocaqlı 1942-ci ildə anadan olub, Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayır. Uzun müddət Daxili İşlər orqanlarında çalışıb. İşi ilə bağlı xəsarət aldığından hal-hazırda təqaüddədir. Qoşma və gəraylıları dövrü mətbuatda, “Nöqtələr” ədəbi toplusunun müxtəlif nəşrlərində işıq üzü görüb. Qoşma və gəraylıları daha çox ibrətamiz xarakterlidir. “Olsun” qoşması ustadnamə üslubundadır:

İstər cavan olsun, istərsə qoca,
Gərək qanacağın, mərfətin olsun.
Əgər istəyirsən olasan uca,
Belə rəftar elə, hörmətin olsun.

 

Başın hara girmir, ora soxulma,
Qonaq qalsan, üç gündən çox olma.
Başqasının namusuna toxunma,
Kişisən, namusun, qeyrətin olsun.

 

Oturmağın, durmağın da yerin bil,
Yalvarmaığın, vurmağın da yerin bil.
Uçurmağın, qurmağın da yerin bil,
Ağıllı, kamallı zəhmətin olsun.

 

Etibarın yoxla, sonra dostluq et,
Xasiyyətin öyrən, uzaq yola get.
Əlsiz-ayaqsızın köməyinə yet,
El-oba içində şöhrətin olsun.

 

Məclisə girəndə yerini tanı,
Özünə tay bilmə soltanı, xanı.
Hər kimin yoxdursa qeyrəti, qanı,
O şəxslərə qarşı nifrətin olsun.

 

Özgə dövlətinə, malına dəymə,
Hər dostun, qardaşın paltarın geymə.
Özünü alçaldıb yada baş əymə,
Niyə üzüqara züryətin olsun?!

 

Yalan söyləyənin üzünə danış,
Görüb demiyənin gözünə danış.
Haqqı, ədaləti düzünə danış,
Əsil müsəlmanlıq sifətin olsun.

 

Fərzullanın sözlərinə qulaq as,
Qulaq assan, yaxşı olar, pis olmaz.
Asmasan, bir kimsə heç yada salmaz,
Lap istər tükənməz dövlətin olsun.

 

 

El şairinin əslində kim olduğunu bilmək üçün onun bir neçə şeiri ilə tanış olmaq kifayətdir. “Qurban” qoşması məhəbbət mövzusundadır:

 

Eşitdim, sən məni tərif edirsən.
Dediyin sözlərə, dilinə qurban.
Məni bağçanıza dəvət edirsən,
Bağbanına qurban, gülünə qurban.

 

Cənnət maralısan yoxsa buranın?
Nə dərd-qəmi qulluğunda duranın!
Səni yaradanın, bəzək vuranın
Qələminə qurban, əlinə qurban.

 

Fərzullayam, düz yazmaqdır sənətim
Ona görə eldə vardır hörmətim.
Bu canım, bu malım, bu da dövlətim-
Hamısı o qara telinə qurban.

 

 

“Yoxdu” gəraylısı ictimai münasibətlər, etibar, vəfa, sədaqət kimi əxlaqi keyfiyyətlər haqqındadır:

 

Ürəyim yanır gizlicə,
Həmi gündüz, həmi gecə.
Deyirlər, bəs yanır necə,
Tüstüsü var, közü yoxdu?!

 

Bu dərdi kimə söylədim,
Düşündüm ki, gör neylədim.
Kiminlə dostluq eylədim,
Yalanı var, düzü yoxdu.

 

Süfrəmin çörəyin yedi,
Ardımca qeybət söylədi.
Yaman gündə gəlləm dedi,
Sədası var, özü yoxdu.

 

Belə dostluq nəyə gərək,
Altda undu, üstdə kəpək?
Buna misal belə çəkək-
Çörəyi var, duzu yoxdu.

 

Fərzullanın bu söhbətin,
Yadda saxla, ver qiymətin.
Dostu tapmaq indi çətin,
Birisi var, yüzü yoxdu.

 

Fərzulla Ocaqlının şeirləri yaşına, necə deyərlər, saçına-saqqa­lına uyğun ovqatdadır. Sadə, səmimi, yaşantılarına söykənən misralar dinləyicisini düşünməyə vadar edir. Yaşı səksəni haqlayan Fərzulla kişi son şeirlərində qocalıqdan, ahıllıqdan şikayətlənir. Amma bir el təsəllisi var, qoca o adamdır ki, qocalığı boynuna götürür. Fərzulla kişi müdrik bir insandır, necə deyərlər, saç ağartmaq da hünərdir. Onun bəda­hə­tən dediyi “Qocalmışam mən” şeiri el şairi Usta Məhəmməd Feyzəl oğlunun eyniadlı şeiri ilə səsləşir, hətta rədifi də oxşardır, amma məzmunca fərqlidir:

 

Uşaqlıq, cavanlıq arxada qaldı.
İllər toplaşaraq bir ömür oldu.
Qocalıq başımın üstünü aldı,
Amma demir dilim, qocalmışam mən.

 

Təəccüb edirəm buna özüm də,
Nə qıçım ağrıyır, nə də dizim də.
Bir ağ tük görüblər mənim üzümdə,
Deyir obam, elim qocalmışam mən.

 

Ürəyim cavanlar ürəyi kimi,
Biləyim pəhləvan biləyi kimi.
Kürəyim igidlər kürəyi kimi,
Nə vaxt çatsa ölüm, qocalmışam mən.

 

Sözlərim itidir qılınc kəsərli,
Başa düşən üçün qızıl gərəyli.
Yazıb-yaratmağa ürək fərəhli,
Necə desin əlim, qocalmışam mən?!

 

Fərzullanın ömrü olsa da yarı,
Hələ yaşayacaq neçə baharı.
Eşqə, məhəbbətə düzdü ilqarı,
Tək sən demə, gülüm, qocalmışam mən.

 

Çox təəssüf ki, şeirlərinin sayını itirən, hətta çoxunu unudan Fərzulla Ocaqlının indiyədək ayrıca poetik toplusu işıq üzü görməyib. Bu söz sərvətini toplayıb gələcək nəsillərə çatdırmaq bölgə ziyalılarının borcudur.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

131 baxılıb
Shares
mersin escort