Pompeoya qarşı çeçen sanksiyası: Kadırov Rusiyanın gücsüzlüyünü üzə çıxarır

Niyə Qroznının ABŞ-a cavabı gülməli yox, kədərli görünür?

Müstəqil.Az  xəbər verir ki, bu sözlər Mk.ru-nun Kadırovun ABŞ dövlət katibi Pompeoya qarşı sanksiyalarına həsr olunmuş yazıda deyilir. Məqalədə Kadırovun sanksiyalarının Rusiyanı ABŞ qarşısında necə gülünc duruma saldığından bəhs edir.
Məqaləni təqdim edirik:
Ağırıdır, adamı iliyinə kimi ağrıdır, amma heç nə etmək də olmaz. Simanı qorumaq üçün bircə zarafata salmaq qalır. Tanışdır, hə? Amerikanın sanksiyalar tətbiq etdiyi Çeçenistan rəhbəri Ramzan Kadırov cavab olaraq ABŞ Dövlət katibi Maykl Pompeoya Çeçenistan Respublikasının ərazisində sanksiyalar tətbiq etdi.
Amerikalıların Kadırovu incitməsi onun bütün hərəkətlərindən bəllidir. Döyülən oğlan xuliqanlardan uzaqlaşır, bir kötək götürür və uzaqdan hamının üz-gözünü əzməklə hədələyir. Kadırov silah otağına girib “döyüşü qəbul edirəm” deyərək pulemyotla şəkil çəkdirdi. Sonra “pis qaqaşlar”ın xoşuna gəlməyə çalışdı, Pompeonu dədə-baba kəndinə dəvət etdi: “Beləliklə, Pompeo, bura çox gözəldir, danışacağıq, görək kim kimin hüquqlarını pozur”. Hə, ondan da sonra zarafata salmağa başladı. Öz aləmində qərara gəldi ki, dövlət katibini Amerikansayağı fitə bassın.
Deyirlər ki, Ukraynanın xüsusi xidmət orqanları Kadırova Trampın yenidən seçilməməsi üçün Floydun öldürülməsini əmr edənin Pompeo olduğunu söyləyib və buna görə Çeçenistan rəhbəri “hesablarını bağlamaq da daxil olmaqla respublikasında olan bütün sanksiyaları Pompeoya tətbiq etməyi əmr edib. Vəssalam, bitdi hər şey. Pompeonun son günü. Çeçen banklardakı hesabları bağlandığı üçün o, pulsuz qalır. Övladları tələm-tələsik şələ-küləsini yığıb Qroznı Universitetini tərk edir… Pompeoya bağlı Amerika şirkətləri Çeçenistanda işlərini dayandırmağa və milyardlarla dollarlıq müqavilələrini itirməyə məcbur olurlar…
Kadırovun özünün çox böyük ehtimalla xarici hesabları yoxdur. Ancaq ailəsi, yaxın adamları… həmçinin daşınmaz və at qismində “daşınan” əmlakı. O da vacib deyil ki, heasbları, evləri və atları Amerikada deyil. Başqa ölkələrin suverenliyi ABŞ-ın vecinə belə deyil. “Telegram”ın yaradıcısı Durovdan xəbər alın ki, Amerika onun öz kriptovalyutasını buraxmağı necə qadağan edib. Almaniyadan ABŞ-ın “Şimal axını 2”-dən necə uzaqlaşdırdığını soruşun.
Kadırovun sanksiyalarına indi ümumi vəziyyəti göstərən xüsusi bir hal kimi baxıla bilər. Digər tərəfdən, Rusiya da “pulemyotdan yapışır” – öz əntiqə silahlarımızdan danışaraq əzələlərimizi nümayiş etdiririk.
Bəs Krım kimindir? Axmaq sualdır. Şübhəsiz ki, bizimdir. Bəs niyə Krımda, sevimli torpaqlarımızda, xaricdə olduğu kimi, rouminq üçün astronomik məbləğ ödəyirik? Deyəsən hətta rus telekom operatorlarına da pul veririk. Çünki bu operatorlar da ABŞ sanksiyalarından qorxurlar – şərti Qərb bir barmağını tərpətməklə onların əl-ayağını kürüyər. Məsələ yalnız xidməti satış bazarlarında da deyil. Həm də yerli elektronikadadır. Daha doğrusu, onun yoxluğunda.
Və beləliklə – bütün cəbhələrdə vəziyyət belədir. Qarşı çıxa bildiyimiz və çıxmalı olduğumuz hər şeydə – düşmənin acığına özünə zərər vermək. Yəni öz xalqını xaricdən gətirilən bəzi məhsulların tədarükündən məhrum etmək (kiçik bir itkidir, amma əhəmiyyətlidir).
Zarafata salmaq və gülmək reallıqdan qaçmağın əlamətidir. Bu sanksiyaları dəstəkləməksə tamamilə absurddur.
Ancaq özünüzə gülmək, öz gücsüzlüyünüzü qəbul etmək cəsarətli addımdır. Davam edə bilərsiniz. İstehsalınızı, həyatınızı burada qurun, həqiqətən güclü və müstəqil bir ölkə olun.
Lakin sanksiyalar bütün bunlara mane olur. Bizə-sizə mane olmurlar, ancaq real həyatları burada deyil, Rusiyaya sanksiya tətbiq edən ölkələrdə olan siyasətçi və oliqarx liderlərimizə mane olurlar. Yoxsa sanksiyalar buna mane olmur?”
Alpər
mənbə Qaynarinfo
Share: