Azərbaycan çıxarların hədəfi olmamalıdır

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Soylu ATALI

Türkiyəni sevirik, Türkiyənin yanındayıq, Türkiyəni də yanımızda bilirik. Ancaq bu yanaşma istər Türkiyə hakimiyyətinin, istər Azərbaycan hakimiyyətinin zərərli addımlarını, yanlışlarını deməməyə səbəb vermir, hansısa gərgin durumun olmasından, yaranmasından asılı olmayaraq. Türkiyə Azərbaycan münasibətləri olduqca həssas, önəmli bir məsələdir. Nə yazıqlar ki, bu gün Türkiyənin da başında, Azərbaycanın da başında türklüyə gərək olmayan, özgür olmayan, bir az da belə deyək, nəinki gərək olmayan, zərərli olan yönəticilər var.

Tovuzda başlayan hərbi toqquşma zamanı Ərdoğan hakimiyyəti özünü elə apardı, guya bütün resursları ilə, varlığı ilə Azərbaycanın yanındadır. Biz Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmağın yanlısı deyilik, bu münasibətlərin ən yüksək düzəydə qurulmasının yanlısıyıq. Öncələr də, indi də bizim bütün çağırışlarımız buna doğrudur. Türk dünyasının birliyi üçün Türkiyənin türkçülüyə qayıtmasının gərəkliyini hər vaxt vurğulamışıq. Ancaq üzdə gedən proseslər bizi aldatmamalıdır. Doğrudanmı indiki Türkiyə hakimiyyəti Azərbaycana sağlam dəyər verir, doğurdanmı bütün resurslarla Azərbaycanın yanındadır, Azərbaycanın yanında olacaqdır?! Açığı mən bunu Ərdoğan hakimiyyətindən gözləmirəm. Ərdoğan hakimiyyəti olduqca dəyişkən, olduqca ziddiyyətli, olduqca zərərli mövqedə olan bir hakimiyyətdir. Hər zaman öz davranışları ilə, öz hərəkətləri ilə Ərdoğan bunu sübut eləmişdir. Necə deyərlər, gah nala vurur, gah mıxa. Onun atdığı addımları sistemli şəkildə araşdırıb bilmək gərəkdir, bu kimdir, nəçidir, nə istəyir. Baxın, Azərbaycanda bir neçə gün savaş getdi. Türkiyə hakimiyyəti elan elədi ki, Azərbaycanın yanındayıq. Hətta belə bir çağırış da elədilər: Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasının vaxtı yetişib, bunun üçün çox önəmli bir ortam da yaranıb. Sual olunur, nədən uzun illər hakimiyyəti dönəmində Ərdoğan bircə yol bu cür çıxış eləməyib? Nədən 2016-cı ildə belə çıxış eləmədi?!

Buna  görə də biz bölgədə nə baş verdiyini özümüz üçün geniş çözməyə çalışmalıyıq. İndi hər kəs bilir ki, bu bölgədə gedən proseslərə, başlıca olaraq, enerji məsələsi etki göstərir, hər kəsin burada öz çıxarı var. Baxın, Rusiya erməninin arxasında durdu. Türkiyə də guya Azərbaycanın arxasında durdu. Batı səsini  çıxarmadı. Tərsinə, Batıya gərək idi bu olayın baş verməsi. İndi bu üç yanaşmanı qarşılaşdırıb aydınlıq gətirməyə çalışaq. Bilindiyi kimi Azərbaycandan  üç aktiv enerji xətti çıxır. Biri  Bakı-Tiflis-Ceyhan neft kəməri,  biri Bakı-Tiflis-Ərzurum qaz kəməri, biri  Bakı-Supsa-Novorosiyski neft kəməri. 1994-cü ildə “əsrin kontraktı” adlı bağlaşma qollandı, ən qısa zamanda “BTC” ilə Azərbaycanın nefti Avropaya daşınmağa başladı. Avropanın Rusiyadan yanacaq asılılıgı xeyli dərəcədə azaldıldı. Türkiyə də tranzit ölkə kimi öz payını götürməyə başladı. Ondan sonra Batı Rusiya ilə rəqabətdə daha çox önə keçdi, onunla istədiyi kimi davrandı, hər cür sanksiyalar tətbiq elədi. İş elə bir yönə gəlib çatıb ki, bölgədə artıq aktiv münasibət yaranmağa başlayıb. Yəni çıxarılar bizim bölgədə toqquşmağa başlayıb, belə ki, çıxarların toqquşması Orta Doğudan bir az da Güney Qafqaza keçib.

Bir ilə yaxındır Bakı-Supsa-Novorosiyski kəməri ilə neftin vurulması dayandırılıb. Bu xətt ilə Rusiya Azərbaycandan nefti ucuz alıb Avropaya baha satırdı. Eyni halda, Rusiya Avropanın (özündən) yanacaq asılılığını qorumağa çalışırdı. Artıq addım-addım, etki olanaqları azaldığı üçün, Güney Qafqazda öz varlığını göstərməyə, buradan etki göstərə bilmək olanaqlarını qorumağa çalışır. Buna görə Rusiya aradabir ermənini Azərbaycanın üstünə qısqırdır. İndi də Ermənistan Azərbaycan sınırlarında bunu elədi. Bunu Qarabağ torpaqlarında eləmək özünü doğrultmur, çünkü Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın torpağında döyüş gedərsə, Rusiya da erməniyə açıq yardım edərsə, uluslararası ortamda özünə işğalçı statusu qazanmış olar. Ona görə də Qarabağda deyil, iki dövlətin sınırında toqquşmanı başlatdı. Yuxarıda adını çəkdiyimiz enerji xətləri toqquşmanın baş verdiyi bölgəyə yaxından keçir. Əgər Tovuzda adı hallanan yüksəkliklər ələ keçirilərdisə, onda Azərbaycandan çıxan neft, qaz kəmərləri birbaşa qorxu altına alınırdı. İstənilən vaxt o xəttləri yalançı döyüş bəhanələri gətirib partlatmaq, dağıtmaq mümkün idi. İş o yerə gəlib çatdı ki,  Rusiyanın təhdidləri qarşısında Azərbaycan hakimiyyəti Bakı-Supsa-Novorosiysk xətti  ilə neft ixracını bərpa elədi. Bununla da toqquşma filan dayandı.

Bəs nə üçün Türkiyə hakimiyyəti, heç vaxt olmadığı kimi, indi özünü Azərbaycanın yanında göstərməyə çalışdı?! Çünkü Türkiyənin iki yöndən çıxarları qorxu altına alınır. Biri dediyim kimi, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri qorxu altına alınır, Türkiyə böyük gəlir itkisi ilə üz-üzə qala bilər. Eyni halda, Rusiya Ermənistanın arxasında duraraq, Türkiyənin bu bölgədə aktivliyini, gücünü azaltmış olur. Türkiyə hakimiyyəti Azərbaycana Qarabağda əməliyyata başlamaq çağırışları eləməklə siyasi gediş eləmiş oldu. Əgər Azərbaycan Qarabağda antiterror əməliyyatına başlasaydı, istər-istəməz ATƏT-in Minsk Qrupunun hər üç sədri aktiv hərəkətə keçməli idilər. Çünkü onlar birbaşa bu bölgə ilə bağlı sorumluluq daşıyırlar, özləri də belə deyək, bu bölgədə savaşın olmamasının yanlısıdırlar. Azərbaycanın zərərinə durumu olduğu kimi qoruyub saxlamağa üstünlük verirlər. Əgər ATƏT-in Minsk Qrupunun baxışı bura çəkilərdisə siyasi güclər fakt qarşısında qalardı, çünkü o qrupun sədrinin biri Rusiyadır. Bu qrupun sədrlərindən biri olan Rusiyanın Azərbaycan torpaqlarında işğalçılıq əməliyyatı həyata keçirərək erməninin arxasında durması açıq müstəviyə keçmiş olurdu ki, bununla  Rusiya da ifşa olunmuş olurdu. Onun  ATƏT-in Minsk Qrupunun sədrlərindən biri kimi çalışmaları (fəaliyyəti) qiymətləndirilib doğru olmadığı ortaya qoyulardı. Deməli, bununla da Batının baxışı Güney Qafqaza yönələrdi. Ona görə Türkiyə hakimiyyəti bunca aktiv çağırışlar elədi. Türkiyənin bir sıra strukturları, söz yox, Azərbaycanı istəyir, Azərbaycanın taleyini çıxarlar faktı kimi götürmürlər. Ancaq Türkiyə hakimiyyətinin yanaşması siyasi yöndən budur.

Bəs niyə Batı Tovuz döyüşündə susqunluq göstərdi? Ona görə ki, Batı istəyir bu bölgədə Rusiya ilə Türkiyə savaşa cəlb olunsun. Biri Azərbaycanın yanında, biri də Ermənistanın yanında. Lap elə Türkiyə özünün çıxarları yönündən, Rusiya öz çıxarları yönündən. Hər ikisinin savaşda baxışları bağlansın Güney Qafqaza. İqtisadi cəhətdən hər ikisi itirsin, Batıdan daha çox asılı duruma düşsünlər. Başları Güney Qafqazda qarışarsa Türkiyənin də, Rusiyanın da Orta Doğuda mövqeləri zəifləyər. Batı isə Orta Doğuda apardığı prosesləri sürətləndirər. Türkiyə Suriyada bu gün aktivdir. Rusiyanın Suriyada öz maraqları var. Onların gücünün Güney Qafqaza daşınmasıyla Orta Doğu projesinin gerçəkləşməsi sürətlənmiş olardı. Batı o bölgədə öz işini, hardasa, başa çatdırmış olar, sonrakı addımlar üçün də gərəkən ortam yaradardı. Eyni halda, Ermanistan Azərbaycan sınırlarında gedən savaş artıq bu iki ölkə arasında gedən savaşa çevrilərdi. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ona Rusiyanın NATO-su deyirlər) üzvüdür. Qazaxıstan da, Qırğızstan da bu qurumun üzvüdürlər. Hər kəs bilir ki, Ermənistanla Azərbaycan arasında savaş gedərsə, Azərbaycan Ermənistanın içinə  doğru çox irəliləyəcək. Deməli, Ermənistanın dövlət sınırları pozulmuş olur. KTMT-nin üzvlərindən birinin sınırları pozulmuş olduğuna görə, KTMT ona  yardıma gəlir. Azərbaycan KTMT-ni qarşısına almalı olur. Burada Qazaxıstanla Qırğızstan da bu savaşa cəlb olunmuş olur. Bununla da Türk Dünyasının Birliyi darmadağın olur, yəni Türk Dünyası bir-birinə girmiş olur. Deməli, sonrakı aşamada bunlar Batı güclərinin əliylə yönləndirilə bilər… Belə bir oyunlar apardılar.  Bu oyunları Rusiya da, Türkiyə də yaxşı başa düşürlər, bunlar bu bölgədə bir-biriylə savaşmalı olsalar, onda hər ikisi zəifləyəcək, hər ikisi Orta Doğudan geri çəkiləcək, Batı istədiyi kimi irəliləyəcəkdir. Buna görə onlar üçün burada savaşa getmək həm də arzuolunan deyil. Bu səbəbdən də, qısa ara üçün alovu söndürdülər, hələ ki. Ancaq qorxu ortadan  qalxmayıb. Azərbaycan üçün qorxu hələ də var, özü də bu qorxu getdikcə aktivləşə bilər. Çünkü Güney Qafqaz, dediyim kimi, çox qarışıq-dolaşıq durumdadır. Kimin yiyəsi kimdir, o hələ öz çözümünü tapmayıb. Həlli başa çatmayıb. Erməni konkret olaraq Rusiyanın kontrolundadı, Gürcüstan hakimiyyətinə gah Batının, gah Rusiyanın kadrları gəlir. Azərbaycanda hər kəsə işləyən kadr rejimi var. Ona görə Güney Qafqaz belə bəlirsiz bir durumdadı. Dünya güclərinin də çıxarlarının yerini tutması, öz yolunu tapması üçün proseslər yavas-yavas irəliləyir. Dünyanın harasında çıxarlar bəlirliyini tapmayıbsa, orda alovlandırılacaq ocaqlar hələ də var. O cümlədən Güney Qafqazda. Ona görə Azərbaycan üçün bu qorxu hələ keçməyib. Qorxu iki yandan var. Biri bu çıxarların toqquşduğu bölgə olduğuna görə, çıxarları toqquşanların Azərbaycandan qat-qat güclü olduğuna görə, ikincisi Azərbaycan dövlətinin başında duranların yararsız, gərəksiz, antimilli olduqlarına görə…

Azərbaycan çıxarların toqquşduğu obyekt olmaqdan qurtulmasa daha böyük acılar yaşaya bilərik.

23 Od Ayı, 42-ci il.

(iyul, 2020).

199 baxılıb
Shares
mersin escort