Sandıqdan çıxan partlayış…

Düşünürdüm, cəmiyyətdə siyasət sözünü deyən kimi ədəbiyyat da öz sözünü deməlidir. Şübhəsiz, ədəbiyyatın öz dili var, öz dili ilə danışmalıdır.

Azərbaycanda Qarabağ mövzusunda bir neçə roman yazılıb, əksəriyyəti; erməni vandalizminin xalqımızın başına gətirdikləri faciələrdən bəhs edir. Hətta, bir romanda, çadır şəhərciyində baş verən cinsi istismarlar bədii boyalarla təsvir olunub.

Bir neçə il özümdə güc tapıb mən də Qarabağ mövzusuna toxundum, amma fərqli bir rakursdan yanaşdım.

Onu fərqli edən nə idi?

Romanı fərqli bir sujet xətti üzərində qurdum, erməni xislətini öz içindən təhlil edən bir roman ortaya qoya bildim.

Alatoran Yayınlarının rəhbəri Rasim Qaraca yazır: “Alatoran Yayınlarında işıq üzü görən “Sandıq” romanının müəllifi Qalib Şəfahət qeyri-adi mövzuya müraciət edib: erməni qadınla azərbaycanlı kişinin gizli sevgisini təsvir edib və bu izdivacdan dünyaya gələn uşaq kim olsa yaxşıdır? – məşhur Zori Balayan. Atası İsmayıla nifrət bəsləyən Zori böyüyəndə qisas almağı qarşısına məqsəd qoyur. Roman yarıdetektiv üslubda yazılıb, macəralı səhnələri çoxdur. Qarabağ savaşı mövzusunda yazılmış nadir kitablardandır.
Və ya, Rasim Qaracanı başqa bir fikri: “Qalib Şəfahət yaradıcılığının fərqli bir üzünü görürük. Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakurusdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır. İlk səhifədən sona qədər “bu hadisələr gerçəkdən baş veribmi” sualı oxucunu tərk etməməkdədir. Lakin yazıçının inandırıcı üslubu qarşısında yazılanları həqiqət kimi qəbu etməkdən başqa bir seçənəyi qalmamaqdadır oxucunun.”

Nədir romanın ideyası?

Romanın ön söz müəllifi Bilal Alarlı yazır:

Roman Qarabağ mövzusundadır, lakin ənənəvi bədii yanaşmalardan fərqlidir. Məsələn, əsərin əvvəlində yaşlı erməni qadınının daxili iztirabları dolğun boyalarla verilmiş, körpə uşağı atası türk olduğuna görə oda atan ermənilərin vəhşiliyi təsvir olunmuşdur. Təkcə bu parçadan görünür ki, “Sandıq” romanı necə maraqlı süjet və kompozisiya üzərində qurulmuşdur. Özünü qalib sayan xalqın nümayəndəsi qalib hisslərlə yaşamır, o daim qorxu altındadır, hadisələrin sonunun onların xeyrinə olmayacağını fəhmlə duyur və buna görə də narahat olur. Heç nəyə inamım qalmayıb mənim, bu gündən sabaha etibar yoxdur, heç nəyə bir damcı da olsun ümid bəsləmirəm, deyə düşünür. Hadisələrin hansı yana yön alıb gedəcəyi də məlum deyil. Harınlamış yekəbaşlar, yekəqarınlar, gönüqalınlar sadə insanların taleyinə biganədirlər. Çox maraqlıdır ki, bu narahatçılıq əsərin bütün erməni qəhrəmanlarında var, sanki onları gizli bir əl içəridən tutub silkələyir. Çünki onlar yaxşı bilirlər ki, müharibəni törədən və indi at oynadan həmin harınlar çətinə gələndə ancaq özlərini düşünəcəklər!
Başqa epizodu xatırladım.

Aprel döyüşündən sonra gənc leytenant Bədəlyanla, Qarabağ müharibəsinin başlandığı gündən bu günə qədər, həmişə ölmüş erməni əsgərlərinin meyidini Xankəndindən İravana aparan sürücü Xorenlə mübahisəsi zəminində bəlli olur ki, 25 il əvvəl Xoren həmin yolda meyit apararkən qarşısına qucağında körpəsi olan bir erməni qadını çıxır. Xoren çox gözəl olan erməni qadınından keçə bilmir. Təcavüz etmək fikrinə düşür. Qadın başa düşüb qaçmaq istəyir. Çölün düzündə, qışın şaxtalı günündə haraya qaça bilərdi?! Çaşqın vəziyyətdə qalan qadın Zil markalı maşının kuzasına çıxır. Fürsətdən istifadə edən Xoren qadının arxası ilə kuzaya çıxır və apardığı erməni meyitlərinin üzərində qadın cinsi təcavüzə məruz qalır.

Sonrakı söhbətdən məlum olur ki, 25 il əvvəl həmin qadının qucağındakı körpə uşaq Xorenlə mübahisə edən Leytinant Bədəlyandır.

Erməni vandalizmi nəyin ki, türk millətinə və ya digər millətlərə qarşı xəyanətkardır, hətta, öz milləti də məkirli niyətlərinin qurbanına çevrilir.

Düşünürəm ki, roman dünən üçün də, bu gün üçün də, gələcək üçün də axtualdır və aktulallığını saxlayacaq.

Qalib Şəfahət

Share: