Qanunun keşiyində…- Leyla Məcidova yazır

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum
Qanunun keşiyində
 
Məğri şərqdən Zəngəzur,qərbdən Ordubad, şimaldan Qafan rayonları,cənubdan isə Güney Azərbaycanla həmsərhəddir.Rayonun ərazisindən Meğri çayı axıb Araza tökülür.Qaladaş və Cahavar dağları da bu rayonun ərazisindədir. I Şah Abbasın ölkədə tikdirdiyi 999 karvansaralardan biridə Meğri rayonunun ərazisinə düşür və indi ermənilər bu tarixi abidəni restoran kimi istifadəyə veriblər.1991-ci ildən başlayaraq 1998-ci ilə qədər azərbaycanlıların yaşadığı məntəqələr Aldərə, Elök, Maralzəmi,Astazir, Nüvədi Azərbaycanlılardan,düşmənlər tərəfindən boşaldilmışdı.Nüvədi Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km aralı şimal-şərqdə yerləşir.Nüvədi kəndi dağın ətəyində, qayaların əhatəsində yerləşən qədim bir kənddir.Azərbaycanın diğər dağ kəndləri kimi Nüvədinin sərin axarli-baharlı havası, sərin bulaqlari, yaşıl meyvə dolu bağları,cəh-cəh vuran quşları, dağın ətəklərində yaşıl zəmilərə səpələnmiş al qırmızı qara, xallı lalələri ilə, gözlər önündə gözəl mənzərəsi ilə insanları valeh edərdi.Orada yaşayan azərbaycanlılar qonaqpərvər, istiqanlı, vətənpərvər, sadə və zəhmətkeş idilər.Çox heyifki,bu gözəl diyar düşmən tapdağı altındadır.
Elə bizim qəhrəmanımız da bu kənddə doğulmuş, boya-başa çatmışdı.Amma bir gün vətənin səmasını qara buludlar aldı, torpaqlarında yaşayan insanların evlərinə od vuruldu, günahsız sakinlər öz qədim dədə-baba yurdlarından didərgin salındı.Düşmənin qəfil hücumu ilə viran edildi torpaqlarımız.Məcbur olub doğma torpaqdan didərgin düşdü soydaşlarımız,qəlblərində yurd həsrətı ilə.Vətən itkisi,yurd itkisi gənc Əmirin qəlbində də dərin yara,iz buraxdı.Gözləri önündə hər dəfə o, fəlakətli, ağrılı-acılı günlər canlananda gözlərini yaş,qəlbində düşmənə qarşı nifrət və intiqam hissi ilə.Hər dəfə o, illərdən söhbət açılanda ürəyi yaralı kaman kimi sızıldayır.Axı insan öz dədə- baba yurdunu necə unutsun?!
Qəlbində vətən həsrəti ilə hüquq fakültəsini sevə-sevə,həvəslə bitirdi.Ondan soruşanda ki nə üçün məhz bu peşəni seçdin,qürurla cavab verir:””Vətənimin, xalqımın hər bir vətəndaşının hüququnu müdafiə edərkən özümü çox xoşbəxt hiss edirəm”-deyir.O, hər zaman ədalətli davranışı,insanpərvərlik,mərdliyi ilə hər kəsdən seçilir,iş yoldaşlarına, ətrafındakı insanlara əməlləri ilə örnək olmağı bacarır.Tələbələrinin hər birini baxışlarından anlayar,gənc olmasına baxmayaraq onlara ata qayğısı,bir valideyn məhəbbəti ilə yanaşır.O,əlindən gələn hər bir köməkliyi kimdənsə əsirgəməz, içindən gələn bir ədalətlə yanaşar hər kəsə,kimsənin haqqını tapdalamaz, ehtiyacı olana əlini uzadar.Hər tələbəsinə vətənin keşiyində onu sevərək, ədalətlə,qanunlara riayyət edərək durmasını tövsiyyə edir.Böýuk alim- hüquqşünas, bu elm adamı öz sadəliyi ilə hər kəsin ürəyinə yol tapmağı bacarır.Onunla həmsöhbət olarkən,onu dinləmək, məsləhətlərinə qulaq asmaq insana çox xoş gəlir.Elə insanlar var ki,bu həyatda hər zaman əməlləri ilə , mehriban xasiyyəti ilə,ədalətliyi ilə ətrafdakılara örnək olur.Professor Əmir Əliyev də məhz belə insanlardandır.Əmir müəllim vətənə sədaqəti,ləyaqətli davranışı ilə,ədalətli obrazı ilə həm övladlarına,həm tələblərinə bir örnək,bir nümunədir.Belə insanları görərkən fikirləşirəm ki,nə yaxşı ki,vətənimin adını uca tutan,onu sevən, xalqına qəlbində dərin məhəbbəti olan belə övladlar var.O, “Böyük alim”,”Qanunpərəst hüquqşünas”,”Vətəninə,millətinə qəlbində sevgisi olan qəhrəman”,”Sevgi dolu övlad”,”Övladlarını çox sevən ata”,”Tələbələrinə nümunə olan müəllim”, vəfalı bir dostdur.Hər zaman qanunun keşiyində fəxrlə,ədalətlə savaşan,ləyaqətlə keşik çəkən insandır Əmir Əliyev həyatını xalqımıza, dövlətimizə, dövlətçiliyimizə, ölkə rəhbərliyinə sədaqətli xidmətə həsr etmiş ləyaqətli bir insandır.Belə insanlar barmaqla sayılacaq qədərdir.
Təsadüfi deyildir ki, Nizami Aslanov Əmir müəllimim ünvanına,ad günündə aşağıdakı sözləri söyləmişdir:
“Azərbaycan Hüquq elminin inkişafında misilsiz xidmətləri olan,yüksək insani keyfiyyətləri, təmiz mənəviyyatı, əxlaqı, idrakı və mü­barizliyi ilə hər birimizə nümunə olan və hər kəsin qəlbində xeyirxahlıq simvoluna çevrilən əvəzolunmaz şəxsiyyət, dövrünün, zamanının sayılıb-seçilən tanınmış alimi, hüquq elmləri doktoru, professor Əmir Əliyev insanlığın sinvoludur.Məhs belə alimlərə görə,uca Allah yer üzündən öz lütfünü, mərhəmətini, bərəkətini və şəfaətini əsirgəməyib.Çünki, peyğəmbərlərdən sonra Allah-təala yanında alimlərdən fəzilətli adam yoxdur”.Alimlər dünyanın çırağı, axirətin nurudur.
Uğurlar gözəl qəlbli insan
 
AY VƏTƏN OĞLU!
 
Həsrət var içində,vətən həsrəti,
Çəkdin ürəyində tükənməz qəmi,
Yağır gözlərindən kədərin nəmi.
Hər zaman olubdur əməlin doğru!
Başın uca olsun, ay vətən oğlu!
 
Düşmənə eylədin necədə nifrət,
Duydun körpəikən onlara hiddət.
“Nüvədin olubdur ürəyində dərd”!
Dövlətə lazımdır,sənin tək mərd
Başın uca olsun, ay vətən oğlu!
 
Qanun keşiyində dayanıb mətin,
Vətənə,dövlətə,var məhəbbətin!
Qəlbində doludur,sözün,söhbətin!
Qanundan üstündür sənin qeyrətin
Başın uca olsun, ay vətən oğlu!
 
İnsanlara fərq qoymadan,əməlinlə ucaldın,
Söykəndin vicdanına,Allahından güc aldın.
Yalan bacadan keçdi,qapıdan girdin doğru..
Qazandın elmdə sən beləcə uğuru!
Başın uca olsun ,ay vətən oğlu!
 
Olsun balaların gözünün nuru,
Xoşbəxt bir ata ol,sən ömür boyu,
Vətənin özüsən,bir xalqın soyu.
Sənin tutduğun yol bil ərən yolu!
Başın uca olsun, ay vətən oğlu!
 
 
Lənkəran Dövlət Universiteti
 
Tar.ü.f.d b/m Leyla Qadir qızı Məcidova
Sin descripción disponible.
Sin descripción disponible.
265 baxılıb
Paylaş
mersin escort