ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı… –

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

ÜMUMDÜNYA “E-NİZAM”IMI YARANIR?

Əkbər QOŞALI

Ən böyük sosial şəbəkələrin qərargahlaşdığı ölkənin – ABŞ-ın Prezidenti həmin sosial şə­bə­kələrlə bağlı bir sərəncama imza atmış bulunur.

Sosial şəbəkələr deyərəkən –

 

“Facebook” –Yaranıb: fevral 2004, Kembric, Massaçusets, ABŞ;

YouTube” – Yaranıb: 14 fevral 2005, San Mateo, Kaliforniya, ABŞ;

“Twitter” – Yaranıb: 21 mart 2006, San-Fransisko, Kaliforniya, ABŞ;

“Instagram” – Yaranıb: oktyabr 2010, Sahibi: “Facebook

Bəli, son 16 ilin icadları olan sosial şəbəkələr artıq elə bir inkişaf (və görünür həm də, “in­kişaf”!) mərhələsinə gəlib çıxdı, insanların, cəmiyyətin (və görünür, həm də, dövlətlərin!) həyatına elə daxil oldu ki… onlar haqqında yeni yanaşmalara, qərarlara ehtiyac yarandı; budur, söz-söhbətlər aləmi başına götürdü və 28 may 2020-ci ildə məhz ABŞ-da, məhz prezident sə­viyyəsində ciddi hüquqi münasibətlə qarşılaşdı: Prezident Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzaladı. – Nə baş verir? – Bu Sərəncamın mahiyyəti nədən ibarətdir? Diqqət edək:

–  “Facebook”, “YouTube”, “Twitter” və “Instagram”  informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələrlə insanların baxışlarını istədikləri istiqamətdə cəm etməyə, yönləndirməyə (formalaşdırmağa) çalışır;

– Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;

– “Onlayn” platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil;

– “Onlayn” platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzim­lənməsini zəruri edir;

– Daha ümumi şəkildə desək, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur, bununla da “təhlükəli güc” tətbiq edir;

– Bütün bunlar isə ABŞ qanunlarına, özəlliklə “Kommunikasiya Etikası Qanunu”nun 230-cu bən­dinə uyğun gəlmir. – Ona görə də, ABŞ-ın bu sahədə toxunulmazlığının sınırları aydın­laş­dı­rıl­ma­lıdır;

– ABŞ Prezidentinə görə, özəlliklə, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir;

-D.Trampın bu mövqeyi sosial şəbəkə yaradıcıları, çoxmilyonlu istifadəçilərin hamısı tərəfindən eyni məhəbbətlə qarşılana bilməz, əlbəttə; əlbəttə, razılaşanlar, anlayış göstərənlərlə yanaşı, tə­rəddüd edib, daha yeni izah və qərarlara ümid edənlər də, razı qalmayanlar, qarşı çıxanlar da olacaq. – Ancaq gəlin etiraf edək, bütün hallarda, sosial şəbəkələr (özəlliklə, yuxarıda adı­ke­çənlər) nəhəng təsir gücünə malikdir və sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi bugün ABŞ-ın özündə dərindən dərk olunursa, sabah-birisgün bu planda idrak prosesi bütün ölkələri əhatə edəcək. – Necə bilirsiz, ABŞ boyda, ABŞ güc və nüfuzda ölkənin prezidenti belə bir narahtçılıqları bölüşürsə, bu narahatçılıqlar başqa – özəlliklə, inkişaf etməkdə olan ölkələrə şamil deyilmi? Bəs, müstəqillik tarixi cavan ölkələrə necə..?

-Yəqin heç təsadüfi deyil ki artıq Avropada da bir sıra dövlətlər (örnəyi, Almaniya), sosial şəbəkələrin zərərli təsirlərindən qo­runmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib (və proses davam edir);

-Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada “feyk” bilgilərin, mənəvi-əxlaqi normalara uyğun gəlməyən materialların, terrora, zorakılığa çağırışların, qeyri-qa­nuni ticarətin, digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilməsinə, siyasi təlatümlər yaradılmasına münbit ortam yaradır;

-Elə bizim öz respublikamız özü dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, “on­layn” platformalar üzərindən qərəzli kampaniyalarına məruz qalmayıbmı? – Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam etmirmi? –

Ağzını söyüşlə açıb, qarğışla yumanların “yuvalandığı” (demək olar, yatıb-durduğu) yer olan sosial şəbəkələr… necə deyərlər, isitmir, yandırır; bir az da obrazlaşdırıb, böyütsək, “atom elektrik enerjisi” vermir, “atom bombası”na dönüşür, sanki;

-Azərbaycanın özünəxas siyasət yürüdən bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və bərabərindəki ermənipərəst dairələri, əlbəttə, rahatsız edir, bu rahat­sızlıqlar səbəbindən də, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur;

-İnternet azadlığı heç bir vəchlə digər azadlıqları sıxışdırmamalı, gözardı (istərsəniz, qulaqardı, vicdanardı deyək…) etməməlidir, burada dəngənin təmin edilməsi (yaxud qorunması) üçün hüquq tənzimləmələri qaçılmazdır;

-Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dartışmaların getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələrin qəbul olunduğu, yeni qanunların qəbuluna hazırlıq getdiyi bir vaxtda, belə bir ritorik sual meydana çıxır: respublikamız bu qlobal prosesdən qıraqda qala biləcəkmi? – Qalmalıdırmı? – Yoxsa, ümumdünya “e-nizam”ına öz töhfələrini verməyəmi çalış­ma­lıdır?

Elə bilirəm, bizimçün bu planda ən önəmli məsələlər ərazi bütövlüyümüzlə, su­ve­renliyimizlə, dövlət atributlarımızla bağlıdır. Hər kəlmələri terrorla “error” verənlərin, bayaq da vurğuladğımız kimi, ağzını söyüşlə açıb, qarğışla yumanların yaramazlığı da, sepa­rat­çıların, işğalçı zehniy­yət­lilərin müxtəlif təxribatları da, daha nələr, nələr də, insan hü­quqlarına, ümumxalq maraqlarına, Vətən və ali dövlət çıxarlarına uyğun, bəşəri çağırışlara cavab verən tərzdə “çəki-düzən”ə gətiril­məlidir. Elə deyilmi?

96 baxılıb
mersin escort