Göz yaşlarından tonqal …

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Vasif SÜLEYMAN Ülkər NİCATLInın poeziyasından bəhs etdi

Ara-sıra istedadlı qələm gənc yazarların yazılarını ədəbi ictimayyətdə çəkisi olan mətbuat orqanlarına təqdim etməyim, həm özümün daxili ehtiyacımı ödəmək istəyindən irəli gəlir, həm də elə Ülkər Nicatlı kimi istedadlıların OXUCULARI HƏMİŞƏ VAR, – demək zəruriyyətindən…

Qəribədir, bəzən bir istedadlı insanın bir misrasına, bir cümləsinə tutulub, oxucu olaraq, onu sevməyə başayıram. Və aradan bir az keçəndən sonra zövqümdə yanılmadığımı hiss edirəm. Müxtəlif illərdə Müzadil Aqil, Sərxan Xəzər, Elməddin Mətləb, Əfsanə Rəvan kimi yazarların mətbuatda bərkiməsinə bir az dəstək olmağım içimdə rahatlıq ab-havası yaradıb.

Ülkər Nicatlının bəlkə də mənim təqdimatıma heç bir ehtiyacı yoxdur. Amma mənim, bir oxucu olaraq, bu şeirlərin müəllifini,- çox sevdim deməyə ehtiyacım var. Elə bilirəm ki, belə olan halda, mənim missiyam Ülkər Nicatlı ilə oxucuları arasında ünsiyyət yaratmağa vasitəçi olmaqdan başqa bir şey deyil. Onu da daxilimdə hiss etdiyim mənəvi borcum bilirəm.

Ülkər Nicatlının

Burax bu misranı, qoy uçub getsin,

Dincəlmək vaxtıdır, daha gecədir.

Mənə inanmırsan, özün bilərsən,

Soruş ağaclardan saat neçədir- misralarını oxuyandan sonra o, içimə bir şair olaraq hopdu. Sonra da başqa şeirləri…

Sosial şəbəkədə şeirlərini sevəndən sonra öyrəndim ki, “Yaralı arzular” deyib bir kitab da bağlayıb və sayğılı Əbülbət Mədətoğlu o kitab haqqında çox gözəl içdən gələn bir yazı da yazıb. Daha sonra öyrəndim k, hələ biz bir idarənin ayrı-ayrı təşkilatlarında çalışırıq və mənim bu düşüncələrimin  buna heç bir aidiyyatı yoxdur.

Ülkər Nicatlının özünün dediyi kimi, məhəbbət ətirli misraları var:

Məhəbbət ətirli misralarım var,

Mən bir oxunmamış kitab kimiyəm.

Ürəklər öyrənsin vəfa dərsini,

Sevgi dünyasına xitab kimiyəm.

Onun şeirlərində məhəbbət ətirli misralar təkcə sevgi şeirlərində deyil ki…

Bəxtimin sarayı dərd daşlarından,

Keçirəm alnımın qırışlarından.

Tonqal qalamışam göz yaşlarımdan,

Burda ocaq-caq üşüyür Vətən.

Gör, bu nə ilahi məhəbbətdir… Bu misralarda Vətənin ağrılarına, qəriblikdə soyuq nəzərlərin tapdağı altında qalan torpağın ağrılarına olan məhəbbət ətrini duyursunuzmu… Duyursunuzmu balaca Zəhranın nənəsinə sığınıb torpaqla nəfəs-nəfəsə dayanmağını… Vətənin dərdləri azalsın deyə, heç olmasa aprel hadisələrinin böyük şəhidi balaca Zəhranın YARASININ AL YERİNDƏN, BİR MİSRA ÇƏK. Yanından sükutla belə keçiləsi deyil. Daynmalısan və ciyərlərinə çəkməlisən bu ağrını, elegiyanı:

Bir layla sərin üstünə,

Bir körpə qəbrin üstünə.

Allah, öz səbrin üstünə,

Bir Zəhra çək, bir Zəhra çək.

… Ülkər Nicatlının şeirlərində bir toplum ağrının nisgili poetik ömür qazanıb. Ürkək bir ürəyin, ürkək olduğu qədər də qürurlu sevgisinin daşıyıcısı olan misralar Ülkər Nicatlının şeirlərinin oxucu ürəyində əbədiyaşarlıq qazandığının nişanəsidir.

Vasif SÜLEYMAN

 

Ülkər NİCATLI

 

Bir az

Yaşıl çəmənlərin ilməsi qaçıb,
Mamırlı qayalar dişini qıcıb.
Həsrəti götürüb haraya qaçım,
Vətənin ağrısı azalsın bir az.

 

Nisgildən göyərib o yol, o cigır,
Qəmli gözlərindən qəriblik yağır.
Dərdinə söykənib harayla,çağır,
Vətənin dərdləri azalsın bir az.

 

Kədər xəncər kimi məni doğradı,
Bu yerin torpağı, daşı doğmadı.
Talesiz yollara günəş doğmadı,
Vətənin dərdləri azalsın bir az.

 

Burax bu misranı…

Yamyaşıl misralar uçur havada,
Birinin üstünə adım yazılıb.
Açıb oxuyuram göz yaşlarımı,
“Sənin məktubunu aldım” yazılıb.

 

Hopub üst-başıma qürbət qoxusu,
Tanrıya yazıram bu gileyimi.
Bir misra üzümə çırpır özünü,
Bu dünya şairə vətən deyilmi?!

 

Susur dilimdəki “azadlıq” sözü,
Azadlıq meydanı susduğu kimi.
Elə gülümsəyir kədər üzümə,
Leyli öz əhdini pozdugu kimi.

 

Bu yaşıl misranın gözlərinə bax,
Çevir həqiqəti bayraq üzünə.
Görən bu misranın günahı nədir,
Niyə həsrət qalıb varaq üzünə?!

 

Burax bu misranı, qoy uçub getsin,
Dincəlmək vaxtıdır, daha gecədir.
Mənə inanmırsan, özün bilərsən,
Soruş ağaclardan saat neçədir?

 

Bu payızdan ötür

Qaçıb təbiətin isti yuxusu,

Diksinir yarpağın ölüm qorxusu.

Hopub üst-başına kədər qoxusu,

Məni bu payızdan ötür, İlahi!

 

Yetmir bu ümidin sözü həsrətə,

Buludlar yol alıb üzü həsrətə.

Bir əlçim çarə et özün həsrətə,

Məni bu payızdan ötür, İlahi!

 

Bu kövrək qəlbimin soruş halını,

Qopar könlümdəki dərdin xalını.

Getdiyin yolların qırışıb alnı,

Məni bu payızdan ötür, İlahi!

 

Yaman qəribsəyib odum, ocagım,

Dərdə bələnibdi qoynun,qucağım.

Qalıb uzaqlarda o gənclik çağım,

Məni bu payızdan ötür, İlahi!

 

Şəhidlər xiyabanı

Torpaq öz səbrini darayır burda,

Ucalıb qeyrətin sarayı burda.

Donub həqiqətin harayı burda,

Burda ocaq-caq üşüyür Vətən.

 

Könül bir az toxta, nəfəsini dər,

Yüz ildi bu dərdin dərdi təzə-tər.

Burda alov-alov kişnəyir kədər.

Burda ocaq-caq üşüyür Vətən.

 

Dağların döşündə söz düyün düşüb,

Dərdin ocağında köz düyün düşüb.

Dözüm sözündəki “döz” düyün düşüb

Burda ocaq-caq üşüyür Vətən.

 

Bəxtimin sarayı dərd daşlarından,

Keçirəm alnımın qırışlarından.

Tonqal qalamışam göz yaşlarımdan,

Burda ocaq-caq üşüyür Vətən.

 

Balaca Zəhraya

2017-ci il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndində  ermənilərin törətdiyi  təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhranın xatirəsinə

Bax, ürəyin xal yerindən,

Yarasının al yerindən.

Körpə dilin lal yerindən,

Bir misra çək,bir misra çək.

 

Bəxtin, düşsün daş başına,

Qan tez yağır yaddaşına.

Qələm batır göz yaşına,

Bir səhra çək,bir səhra çək.

 

Bir layla sərin üstünə,

Bir körpə qəbrin üstünə.

Allah, öz səbrin üstünə,

Bir Zəhra çək, bir Zəhra çək.

 

Ellər

Umidi qursaq əvəzi

Bacanızdan atdım, ellər!

Bir ovuc Qarabağ verin,

Bu bayramda dadım,ellər!

 

Qeyrətimə bu tən yollar,

Haçan mənə vətən yollar?

Qələbəyə gedən yollar,

Baxır maddım-maddım, ellər!

 

Atan,anan, bacın idi,

Sənin qeyrət tacın idi.

Bir vaxt Şuşa, Laçın idi,

Yaddan çıxıb adım, ellər!

 

Hər daşda bir ünvan yatıb,

Arzu yatıb, güman yatıb.

Xiyaban-xiyaban yatıb,

Neçə min övladım,ellər!

 

Damarda çağlar dənizlər,

Səngər – səngərdir bənizlər.

Dalğalanır Mübarizlər,

Gəlir addım-addım, ellər!

 

Arzular üşüyür

Qəlbim ağrılara əsir düşübdü,
Bir dərdin içindən min sirr düşubdü.
Ömrümdən bəxt payım kəsir düşubdü,
Dəryalar tökülür gözümdən, Allah!

 

Bu sevgi könlümdə var oldu yoxdan,
Qan damır bəxtime sancılan oxdan.
Ruhum bədənimdən uçubdu coxdan,
Xəbərim olmayıb özümdən, Allah!

 

Qəfil uralanıb bəhərim, barım,
Yandırır sinəmi dərdim, qubarım.
Sənin pay verdiyin sərvətim, varım,
Talanıb dağımdan,düzümdən, Allah!

 

Həsrətə doğmayam, vusala yadam,
Dərd dolu sevgidir günahım, xatam.
Məni misra -misra oxuyan adam,
Gözlərin nəm cəkir sözümdən, Allah!

 

Ülkər, qərib-qərib sızlayır urək,
Bəxt bir əlçim duman, taleyim külək.
Sinəmdə bir ocaq qalayıb fələk,
Arzular üşuyür közümdən, Allah!

 

 

247 baxılıb
Shares
mersin escort