Beş ölkə Türkiyəyə qarşı birləşib: nəhəng platforma vəziyyəti gərginləşdirir – Foto 

Türkiyənin Liviyaya yeni nəsil Pilotsuz Uçuş Aparatları (PUA) göndərməsi hərbi vəziyyəti qiyamçı general Xəlifə Haftarın əleyhinə dəyişib.

Müstəqil.Az xəbər verir ki, belə bir iddia ilə Fransanın populyar “Le Monde” qəzeti çıxış edib.

Qəzetin şərhçiləri bildirirlər ki, rəsmi Ankaranın Liviya milli keçid hökumətinə PUA-lar göndərməsi ilə ölkədə güc balansı dəyişib və Haftarın sərkərdəsi olduğu qanunsuz silahlı birləşmələr zəifləyib.

Diqqətə çatdırırıq ki, qiyamçı feldmarşalın silahlı qüvvələri 2019-cu ilin aprelində Tripolini ələ keçirmək üçün başlatdığı hücumlardan sonra güc balansı Türkiyənin müdaxiləsi ilə müvəqqəti hökumətin xeyrinədir. Haftar aprelin 13-də paytaxt Tripolinin qərbindəki Sabrata və Surman şəhərlərindən çıxarılıb, qiyamçılar sahədə qazandıqları uğurları itirməyə başlayıblar, ölkənin qərbindəki Vatiyye hərbi bazası və Terhune qəsəbəsi legitim hökumətin əsas hədəfidir.

Alman Milli Əlaqələr və Təhlükəsizlik İnstitutunun araşdırmaçısı Volfram Laker qeyd edib ki, Liviyada güc balansı bu ilin əvvəlindən dəyişib.

Beş ölkə Türkiyəyə qarşı birləşib: nəhəng platforma vəziyyəti gərginləşdirir

Hava sahəsində türk istehsalı olan PUA və Türkiyənin yerləşdirdiyi texnika səbəbindən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Liviyada qurduğu qiyamçı hakimiyyət, legitim hökumətin nəzarətindəki bölgələrə yaxınlaşa bilmir.

Fransa tərəfinin fikrincə, Türkiyənin Liviyadakı müvəqqəti keçid hökumətinə dəstəyi yeni strateji şərtlər yaradıb və Haftar hücumlardan müdafiəyə keçmək məcburiyyətində qalıb.

Hollandiyalı mütəxəssis Kell Harşavi isə qeyd edib ki, döyüş sahəsində dəyişikliyin yaranmasına səbəb əməliyyat planlarının və komandanlığın türklər tərəfindən təşkilidir.

Türkiyənin Liviyanın legitim milli keçid hökumətinə dəstəyinin 2019-cu ildə tərəflər arasında imzalanan hərbi və təhlükəsizlik əməkdaşlığı razılaşmasına dayandığını xatırladan “Le Monde” vurğulayır ki, general Haftar Rusiya, BƏƏ, Misir, İordaniya, Səudiyyə Ərəbistanı tərəfindən dətəklənir və qiyamçıya bu nəhəng platforma vasitəsilə hərbi və maliyyə dəstəyi verilir.

Əlavə edilir ki, Ankara paytaxt Tripoli ətrafında cəbhə xəttini yara bildiyi üçün uğuru Liviyanın müvəqqəti keçid hökuməti qazanıb. Hətta rus təhlükəsizlik şirkəti olan “Vaqner”in muzdlu əsgərlərinin döyüşlərə daxil olmasına baxmayaraq.

Liviyalı araşdımaçı-mütəxəssis Məhəmməd əl-Cerah isə “Le Monde”yə deyib ki, Haftar ordusu Türkiyənin bir şey etməyəcəyini düşünüb: “Bu məntiqsiz bir düşüncə idi və türkləri nəzərə almamaq böyük səhv oldu”.

Mütəxəssislər hesab edirlər ki, Liviyada güc balansının dəyişməsindən sonra Haftara əsas dəstəkçi olan BƏƏ Misir üzərindən qiyamçılara dəstəyini artırmalı olacaq.

Reyting.az xatırladır ki, digər maraqlı məsələ Rusiya ilə bağlıdır. Belə ki, Kremlin dəstəklədiyi Haftarın Türkiyə tərəfindən zəiflədilməsindən sonra İdlibdə sülh anlaşması qəfil pozulub və Rusiyaya məxsus qırıcılar İdlibi bombalayıb. Yəni Kremlin Liviyada dəstəklədiyi Haftara ciddi zərbələr vurulması Moskvanın İdlibdə fəallaşmasına və vəziyyəti daha da mürəkkəbləşdirməsinə səbəb olub.

Başqa bir məsələ BƏƏ şahzadəsi Məhəmmədin Suriya rejiminin lideri Bəşər Əsədlə əlaqələrini yenidən qurması, ona zəng edərək dəstəyini ifadə etməsidir. Şahzadə hətta Suriya rejiminə bir neçə milyard dollar maliyyə dəstəyi verməyə hazır olduğunu da bildirib.

Sözsüz ki, bu “yaxşılığın” qarşısında Bəşər Əsəddən İdlib ətrafında durumu yenidən gərginləşdirmək, Moskvada əldə edilən sülh anlaşmasını pozmaq və Türkiyənin diqqətini Liviyadakı proseslərdən yayındırmaqdır.
Mənbə:
Reyting.az

Share: