“Uzaqdan bir şeir” layihəsində   HÜSEYN ARİF

ÇƏTİNDİR

İlk baharda göydən dolu tökməsin,
Son baharda açsa çiçək, çətindir.
Tənha qayıq yan almamış sahilə
Qopsa tufan, qalxsa külək, çətindir.

Şimşək gecə işıqladar dərini,
Yolçu seçər irəlini, gerini,
Qaya qopsa qaya tutar yerini,
Sınsa şüşə, dönsə ürək, çətindir.

Yaratmaqdan nə ağırlaş, nə usan,
Ey Hüseyn, kim olardın yazmasan?
Yüz qananla yüz dağ aşmaq çox asan,
Bir qanmaza “bəli”demək çətindir.

Layihəni Kamalə ABİYEVA təqdim edir

252 baxılıb
mersin escort