İ.Nəsiminin farscadan tərcümə edilən qəzəllərindən ibarət “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab nəşr olunur

Müstəqil.Az bildirir ki,“Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsini fəaliyyət planı üzrə davam etdirir.

 

İctimai Birliyin sədri və layihə rəhbəri, şair, fəlsəfə elmlər doktoru ADİLƏ NƏZƏR bu layihə haqqında öz facebook səhifəsində belə məlumat verib:

Fəaliyyətə başladığımız gündən İctimai Birliyimizin əməkdaşları, tərcüməçi və redaktorla birgə gərgin işimizin nəticəsi uğurlu oldu. Qanun nəşriyyatı ilə müqavilə bağlandıqdan sonra filosof-şair, böyük Azərbaycan mütəfəkkiri İ.Nəsiminin farscadan tərcümə edilən qəzəlindən ibarət
“İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabını nəşrə təqdim etdik.
Artıq kitabın üz qapağı hazırdır.
Kitabın həftə sonuna nəşrdən çıxması gözlənilir.
İş planına əsasən, növbəti mərhələdə studiya ilə müqavilə bağlanması, qəzəllərin qiraəti və disklərə yerləşdirilməsi nəzərdə tutulub.
PS. Kitabın üz qapağındaki şəkil rəssam Sehran Allahverdinin Nəsimi ilinə töhfəsidir. Təşəkkür edirik.

İctimai Birliyin sədri və layihə rəhbəri: ADİLƏ NƏZƏROVA

Share: