Pıçıldayıram, dediklərimi yalnız tanrı eşidir

Səadət ƏLİQIZI
PAYIZ KÜLƏYİ
Yalqız gecələrin yalquzağı tək
ulayır, uğuldayır,
payız küləyi.
Ağacdan sıyrılan yarpaqlar
fırlanır küləyin
əlində naçar.
Sovrulub havada
ovulub tökülürlər
içini dərd yeyən
adamlar kimi
Göy nməyib sızladıqca
yetim körpənin
taxta sinəsində
bir quş ürəyi,
Silinir dünyanın
saxta rəngləri,
Silinir çrklərin
üz boyası kimi
Dolub göy üzü
mavi göz təki
havadan
cəhənnəm qoxusu gəlir.
Hara yox oldu adamlar?…
adamlar?
Küçədə adama oxşayanlar gəzir.

Sonu gəlmir

Sonu gəlmir,
bu gecə uzanır payız yağışı kimi.
Əllərim divarlara yapışır,
Onlardan imdad istəyir sanki.
Mən cöküncə qollarım sürünüb,
Yaralı ilan təki yanıma düşür.
Ağrıdan qıvrılıram və astaca
Pıçıldayıram,
Dediklərimi yalnız tanrı eşidir .
BİR GÖY ÜMÜD
 
Axşam yayın bürkülü havası
Əsəbi tarım çəkilən adamların
Qəsdinə durub elə bil ki,
Bu gecə sonu gəlməyən
Ümüdsüzliyin məngənəsi
Axan ulduzlarln sevinc
gətirməyən şöləsi
sıxıldıqca sıxılan can!
Alabəzək gecə kəpənəklərin,
Sərxoş rəqsi
ətrafa yayılan saxta qəhqəhələr.
Fələyə yanıq verirmiş təki
Və bir də zülmətdən baş qaldırıb
Tanrıya boylanmağa
Çalışan
bir göy ümud
BAX
Bax gecə sabah oldu hələ çözə bilmədiyim sual.
Fikirlərimdə fırtınn ürəyimdə süstlük .
Ah mənim qərarsızlığım.
O, səhər üfüqün qızartısı gözlərimə çökmüşdü artıq.
Şeylərimi yığdım son kəs o qapıdan çıxdım.
İllər oldu köçüb ayrılalı səndən,
Hələ köçüb qutara bilmirəm ürəyindən .
MƏNSUR ŞER
Gecə idi havada nəm çəkmiş
Buludların qoxusu vardı.
Birdə tənhalıq qorxusu.
Pəncərələrdə işıqlar sönmüşdü.
Təkcə mənim pəncərəm idi ,
mənim kimi.
Gecəyə yağış yağırdı səsində
Hüzün vardı.
Bu adi yağış deyildi ilahi,
Qapqara saçları üzünə dağılmış
Qızın göz yaşları idi gecəyə
Yağan yağış.
Daş döşəməyə düşüb çiliklənirdi .
Billur qədəh kimi.
Bir qızın hlçqırtıları,
Gecənin səsizliyində fəryad qoparırdı.
Gecəyə yağış yağış bu adi
Yağış deyildi ilahi…
Gecə ağlayırdı, Gecə ağlayırdi
 
YAĞIŞA QULAQ AS
 
Əsəbindən qıvrılan, yumruq təki.
Çırpılır asfalta yağış dənəcikləri.
Soyuqanlı ağır – ağır keçib gedən seli.
Kimsə duymur yağışın səsindəki , naləni.
Hər kəs susub heç kəs dinmir, səssiz filimlər kimi.
Qulaq batırır səsizlik,
Sükuta bürünüb şəhər.
Sükut içində boğulan məmləkət,
Duyarsız insanlarda sarsılan , yıxılan məmləkət
Bizləri üstündə candərdi gəzdirən torpaq
Sığınıb payıza,
Ağlayır hıçqıraraq.
Yağışa qulaq as,
Yağışa qulaq as.
 
HƏR ŞEYİN BİTDİYİ YERDƏ
Səninçin hər şeyin bitdiyi yerdə ,
Qaranlığın tükürpədən ənginliyində.
Səni sarmış düşüncələr və birdə ,
Tənhalığın soyuq nəfəsi,
Döydükcə qapını titrək barmaqlar əvəzi.
Payızın yalın sərsəri yalın küləkləri,
Səksənir başın üstə ağ libaslı ölüm mələkləri.
Önündə günahlarından qurulmuş dar ağacı,
Gözləyir səbirlə ondan asılacağını .
Share: