VƏTƏNİM – BEŞİYİM

Bu körpəlik beşiyim
mənim dağım-dərəmdi.
Zirvəsinə baş əyim
uludu, möhtərəmdi.

Ürəyim axar çayda
uyuyar bu laylada,
Dəlidağ özü boyda
kəkotumdu, zirəmdi.

Yasəmənlər, süsənlər-
əsim- əsim əsənlər…
Ay xəzinə gəzənlər,
xəzinə yan – yörəmdi.

Ən qəlbi dağa çıxdım,
kəhkaşana ip atdım-
topa ulduz qopartdım:
çəmən- çiçək zərrəmdi.

Bir daşına qıysalar
laçınları qıy salar.
Laçınqaya hay salan
harayımdı, nərəmdi.

Göydə gurlar təbillər,
kim çalar – Km nə bilər?
Koroğlular, Nəbilər
bu dağlarda şir əmdi.

Nə gözəl avaz idi!
Xəyalım avazıdı.
Tərtər – Şəmşir sazıdı,
bulaq mənim cürəmdi.

89 baxılıb