“Hər səhər oyanıram, güzgüdə görürəm ölü əksimi…”

“Hər səhər oyanıram, güzgüdə görürəm ölü əksimi…”

Cahangir NAMAZOVdan yeni şeirlər

 

ƏBƏDIYYƏT İBTİDASI

Mən öldüm —
amma heç kimin hiss etmədiyi yerdə.
Bədənim diri qaldı,
öz içimə isə dəfn edildim.
O vaxtdan bəri
hər səhər oyanıram,
güzgüdə görürəm ölü əksimi.

Ağactək kəsildim,
dağtək yıxıldım.
Sonsuzluğun sonsuz sərhədində
mən qum idim –
ədəbi səhraya sovruldum.

Mən su idim —
axıb gedərək
çayıma qoşula bilmədim,
dəniz olub coşa bilmədim.
Başqa dünya adamı idim,
dünyama qovuşa bilmədim.

Mən dəfələrlə öldüm:
hər bir xəyanətdə,
hər bir zülmdə,
hər bir sükutda.
Amma yenə dirildim –
İlahi ədalətdə,
uca sevgidə.

Göyü qaldırdım ürəyim,
çiyinlərimlə –
ona görə
bükülmüşəm.
Mən Allahı axtarmadım.
Mən Ondan qaçmadım da.
Mən yalnız
içimdəki boşluğu,
EŞQİ dinlədim.

Boşluq deyil,
— müqəddəs çağırış idi.
Onun adı — əbədi həyat!
Ona görə mən indi
cavab vermirəm.
Mən yanıram.
Yanmaq isə –
ən saf ibadət.
Və əgər bir gün
mən büsbütün kül olsam,
bilin:
bu son deyil.
Əbədi ibtidanın
başlanğıcıdır!

05.02.2026

Azərbaycan dilinə uyğunlaşdıran:

Şahməmməd Dağlaroğlu

SÜKUTA HOPMUŞ ÜRƏK

Qəlbimi sükut sarıb,
Mən artıq danışmıram.
Öz-özümə parçalanıram,
Gözlərimdən səbr axır,
Bu göz yaşı deyil,
Ürəyimin axan qanıdır.

Heç qışqırmadım.
Qışqırmaq acizliyin dilidir.
Mən sükutu seçdim-
Məni yeyib bitirdi.

İçimdə kimsə qalmadı,
İçimdəki mənim dirildi.
Əyilsəm də sınmadım.
Ağrılarım çoxaldı,
Qəlbimdə tufanlar qopdu,
Ahım şumşək kimi
göyləri yardı.

Yalanlarla yaşamadım.
Vicdanım yol vermədi.
Dünya yalançı olsa da,
Doğru yaşamaq istədim.

Daha az hiss edib,
az düşünsəydim,
Çox az inansaydım,
bəlkə də asan yaşardım.
Amma mən asan yaşamaqçün doğulmamışam.

Tərcümə: Cahangir Namazov
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Share: