Azərbaycanın İlk AVROPALI şairi və ilk qonorar alan oxucu jurnalisti… – Aydın CAN yazdı

Azərbaycanın İlk AVROPALI şairi və ilk qonorar alan oxucu jurnalisti… – Aydın CAN yazdı

Son günlərin və hətta ayın gərginliyində iki məqam əhvalımı normala qaytardı:

BİRİNCİSİ: epistolyar poetik ricəti xoşlayan, fikrimcə də, məhz bu tərzi yaradıcılığının “konyok”u sayan Салим Бабуллаоглуnu özüm üçün kəşf etməyimdir: Səlim bəy, əslində, Azərbaycan şairindən daha çox Avropa şairidir – düşüncə diapazonu, struktur quruluşu və konstruksiya mexanizmi, ifadə plankası, “tikinti materialı” və memarlıq məharəti ilə ideal dizayn yaradır: interyer cazibəsi eksteryer möcüzəsi ilə tamamlanır. Bu həm avropalıları bizim üçün tərcümə edəndə, həm də özünü ifadə edəndə mükəmməl alınır! Diqqətlə yanaşanda şahid olursan ki, Səlim müəllim elə öz iç dünyasını da dilimizə tərcümə ilə çatdırır. Səlim Babullaoğlunun şeirlərini, ruhunu, fəlsəfəsini duyan, anlayan, açan olsaydı (məsələn, Zəlimxan Yaqub talantda folklorsayağı qələmə ala bilsəydi), biz özümüzə çox doğma bir şair görərdik. İndi Səlim Babullaoğluyla, orbit-vəzn sərbəstliyinə görə, “doğmalıq” hiss etmirik. Həmişə bizdən olub bizlərdən ucalarda olanlara “yad” kimi baxmışıq, halbuki İşığından cazibə haləsi yaradıb özümüz üçün zövq alıb yaşamalıydıq.
İKİNCİSİ: istedadlı, istedadlı olduğu qədər vicdanlı, vicdanlı olduğu qədər ədalətli və obyektiv jurnalist Vidadi Məmmədovu oxucu kimi kəşf etdim: Vidadi o tək jurnalistlərdəndir ki, həm jurnalist kimi qonorar alır, həm də oxucu kimi.
Bu, elə Səlim Babullaoğlunun Avropalı şair statusu kimi, bir İLKdir Azərbaycan yaradıcı mühitində!
Hər ikiniz sağ olun: bir günün içində belə gözəl ovqata motiv olduğunuz üçün!
Aydın CAN
Share: