Hüseyn Cavid və Türkiyə ədəbi mühiti – Sona Vəliyeva yazır

Hüseyn Cavid və Türkiyə ədəbi mühiti – Sona Vəliyeva yazır

Hüseyn Ca­vid və Tür­ki­yə ədə­bi mü­hi­ti

Da­hi Azər­bay­can dra­ma­tur­qu Hü­seyn Ca­vid ro­man­tizm cə­rə­ya­nı­nın mü­əl­li­fi ki­mi Azər­bay­can ədə­biy­ya­tın­da ye­ni ta­ri­xi mər­hə­lə­ni ya­rat­dı.XIX əs­rin son­la­rı­na doğ­ru “maa­rif­çi ide­al­la­rın sü­qu­tu maa­rif­çi­li­yə qar­şı kəs­kin ide­ya-fəl­sə­fi mü­xa­li­fə­tə – klas­sik Av­ro­pa ro­man­tiz­mi­nin mey­da­na çıx­ma­sı­na sə­bəb ol­du” ki, bu da Azər­bay­can ro­man­tiz­mi­nin yük­sə­li­şi­nə rə­vac ver­di. Bu dal­ğa Ab­bas Səh­hət, Ab­dul­la Şa­iq və baş­qa­la­rı ilə bir ara­da Hü­seyn Ca­vi­din ədə­bi müs­tə­vi­də­ki özü­nə­məx­sus ye­ri­ni bir­mə­na­lı ola­raq mü­əy­yən­ləş­dir­di. “Ca­vid və Ha­di tək­cə dün­ya və Av­ro­pa ro­man­tiz­mi­nin Şərq­də da­va­mı de­yil­di, hər iki şa­ir həm də Fü­zu­li­nin, or­ta əsr­lər poe­zi­ya­sı­nın qa­nad­la­rı üzə­rin­də yük­səl­miş­di”.

Ar­tıq XX əs­rin lap əv­vəl­lə­rin­dən eti­ba­rən klas­sik ro­man­tik ənə­nə­lər ta­ri­xi-es­te­tik mə­na da­şı­maq­dan da­ha çox ədə­bi pro­se­sin iş­ti­rak­çı­sı­na çev­ril­miş­di. Tə­bii ki, bu ye­ni pro­ses Hü­seyn Ca­vi­din es­te­tik, xü­su­si­lə də ədə­bi gö­rüş­lə­ri­nin for­ma­laş­ma­sın­da müs­təs­na rol oy­na­mış­dır. Ey­ni za­man­da lap gənc yaş­la­rın­dan qay­nar, yet­kin, digər tərəfdən zid­diy­yət­lər­lə do­lu olan Tür­ki­yə ədə­bi mü­hi­ti ilə ya­xın­dan ta­nış ola bil­mək für­sə­ti də Hü­seyn Ca­vi­din ədə­bi ta­le­yi­nin yö­nü­nü bir­də­fə­lik mü­əy­yən­ləş­dir­miş­dir.

Ca­vi­din Tür­ki­yə­yə gə­li­şi elə bir döv­rə tə­sa­düf edir­di ki, məhz hə­min dövr­də bö­yük türk şai­ri To­fiq Fik­rət türk ədə­biy­ya­tı­nın is­ti­qa­mə­ti­ni də­yiş­dir­mək və in­ki­şaf et­dir­mək uğ­run­da dön­məz mü­ca­di­lə­yə qo­şul­muş­du. 1896-1901-ci il­lər­də To­fiq Fik­rə­tin re­dak­tor­lu­ğu ilə İs­tan­bul­da nəşr edi­lən “Sər­və­ti- fü­nun” jur­na­lı ət­ra­fın­da top­la­şan ədə­biy­yat­çı­lar bu jur­na­lı ye­ni ədə­biy­ya­tın mər­kə­zi­nə çe­vir­mə­yə ça­lı­şır­dı­lar. Hə­min dövr­də Tür­ki­yə­nin zi­ya­lı tə­bə­qə­lə­ri hə­yat­dan uzaq, yu­xu­la­yan, Av­ro­pa­dan ge­ri qa­lan ədə­bi hə­ya­tı “bu ağır və­ziy­yət­dən qur­tar­maq, heç ol­ma­sa, ha­kim sin­fə ye­ni, Av­ro­pa­ya me­yil­li bə­dii əsər­lər ver­mək üçün türk ədə­biy­ya­tın­da da is­la­hat­lar apar­maq, Av­ro­pa mü­tə­rəq­qi ədə­biy­ya­tın­dan, o cüm­lə­dən rus ədə­biy­ya­tın­dan is­ti­fa­də et­mək mə­sə­lə­si­ni or­ta­ya at­mış­dı­lar. Bu is­la­hat müx­tə­lif yol­lar və va­si­tə­lər­lə apa­rı­lır­dı”.

Ca­vid İs­tan­bu­la gə­lən­də (20 ap­rel 1906) “ar­tıq “Sər­və­ti-fü­nun” məc­muə­si öz məş­hur döv­rü­nü ya­şa­mır­dı. Am­ma sər­və­ti­fü­nun­çu­la­rın – To­fiq Fik­rə­tin, Xa­lid Zi­ya Uşaq­lı­gi­lin, Ni­gar xa­nı­mın, Cə­nab Şə­ha­bəd­di­nin, Sü­ley­man Na­zi­fin, Meh­met Rau­fun, Hü­seyn Ca­vid Yal­çı­nın, Hü­seyn Su­at Yal­çı­nın… təm­sil et­di­yi ədə­biy­ya­ti-sə­di­də ye­ni ədə­biy­yat ya­ra­nıb in­ki­şaf et­mək­dəy­di”.

Ca­vid 1906-cı ilin ap­rel ayın­da göz­lə­ri­ni müa­li­cə et­dir­mək üçün Tür­ki­yə­yə ge­dir. İs­tan­bul­da əs­lən gən­cə­li olan Ab­dul­la Sur (Məm­məd­za­də) onu şa­ir Rza To­fiq­lə ta­nış edir.

Be­lə­lik­lə, o, Rza To­fiq­dən ev şə­rai­tin­də dərs al­ma­ğa baş­la­yır, az son­ra onun zə­ma­nə­ti ilə ta­rix-ədə­biy­yat fa­kül­tə­si­nə da­xil olur. Bu­ra­da Rza To­fiq­lə ya­na­şı, Cə­nab Şə­ha­bəd­di­nin, Xa­lid Zi­ya­nın və Meh­met Aki­fin mü­ha­zi­rə­lə­ri­ni din­lə­yir.

Elə hə­min 1908-ci il­də Tür­ki­yə­də baş ve­rən bur­jua in­qi­la­bi xal­qa azad­lıq gə­tir­mə­di.

1908-ci il­də Tür­ki­yə­də baş ve­rən bur­jua in­qi­la­bı­nın xal­qın is­tə­yin­cə nə­ti­cə ver­mə­yə­cə­yi­ni yax­şı ba­şa dü­şən bö­yük Azər­bay­can şai­ri M.Ə.Sa­bir “Yat­ma­yın, Al­la­hı se­vər­siz” şei­rin­də ya­zır­dı:

…Şad ol­ma­yın, ey sev­gi­li mil­lət bü­ka­lə­si!

Os­man­lı­da ca­ri olan qa­nu­ni-əsa­si!

…Əv­vəl­cə ve­rir­lər si­zə hür­riy­yə­ti-əf­kar,

Vəq­ta ki da­nış­dız, vü­zə­ra ol­du xə­bər­dar,

Müt­ləq gö­rə­cəy­lər ki, ci­biş­da­nə zə­rər var.

Hər fənd­lə ol­sa qo­va­caq­lar si­zi na­çar,

Çün­ki bu yı­ğın­caq­da olur həq­qi­niz in­kar.

 (“Sər­və­ti-fü­nun”)

 

Şüb­hə­siz ki, hə­min dövr­də M.Ə.Sa­bi­rin bu şei­ri bo­yun­ca “nə­qarət şək­lin­də tək­rar edi­lən və mü­əl­li­fin əsas ide­ya­sı ki­mi mey­da­na çı­xan “al­dan­ma­yın”, “yat­ma­yın” ça­ğı­rış­la­rı cid­di in­qi­la­bi əhə­miy­yə­tə ma­lik idi”. Ey­ni za­man­da, bu dö­nə­min can­lı şa­hid­lə­rin­dən olan Hü­seyn Ca­vid də öz bö­yük həm­yer­li­si, soy­da­şı M.Ə.Sa­bir ki­mi ay­dın gö­rür­dü ki, Tür­ki­yə­də 1908-ci il in­qi­la­bın­dan son­ra xalq ye­nə də cid­di çə­tin­lik və eh­ti­yac için­də ya­şa­maq­da­dır. Bu o za­man idi ki, To­fiq Fik­rət öz mil­lə­ti­nin ta­le­yi­nə uza­nan qa­ra əl­lə­rə, niy­yət­lə­rə qar­şı dön­məz mü­ba­ri­zə­yə səs­lə­yə­rək ya­zır­dı:

Düş­sün sə­nə mey­ya­li-tə­hək­küm əyi­lən sər,

Qop­sun sə­ni bir haqq de­yə al­qış­la­yan əl­lər.

 

Hə­min il­lər­də Tür­ki­yə­də olan bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Ha­di T.Fik­rə­ti mü­da­fiə edən, “Sər­və­ti-fü­nun”da çap et­dir­di­yi şei­rin­də ya­zır­dı:

Ey dəs­ti-hü­nər, dəs­ti-ədəb, dəs­ti-re­hat­saz!

Al­qış­la­yan əl­lər sə­ni, əl­bət­tə, qı­rıl­maz!

İc­ti­mai-si­ya­si, so­si­al ab-ha­va­nın, ədə­bi-mə­də­ni mü­hi­tin be­lə bir du­rum­da ol­du­ğu hə­min o il­lər­də H.Ca­vid Tür­ki­yə­də, ic­ti­mai-si­ya­si, ədə­bi-mə­də­ni hə­ya­tın ən qay­nar mü­hi­tin­də ya­şa­yır­dı; döv­rü­nün ən gör­kəm­li, zi­ya­lı in­san­la­rı­nın əha­tə­sin­dəy­di. “Əb­dül­ha­mid taxt­dan en­di­ril­dik­dən son­ra öl­kə­ni ha­ki­miy­yə­tə gə­lən Sul­tan Rə­şad de­yil, əsa­sən “İt­ti­had və Tə­rəq­qi” mən­sub­la­rı – kons­ti­tu­si­ya­lı par­la­ment ida­rə edir­di. 1908-ci ilin 17 de­kab­rın­da II Məş­ru­tiy­yət Məc­li­si açıl­mış, 1909-cu ilin 27 ap­re­lin­də Əb­dül­ha­mid taxt­dan en­di­ril­miş­di və 1909-cu ilin iyun ayın­da Ca­vid ya­zır­dı: “İda­re­yi-ür­fiy­yə qalx­mış, sü­ku­nət və əm­niy­yət hökm-fər­ma, cid­diy­yət və fəa­liy­yət aza­cıq gö­rün­mə­yə baş­lı­yor”.

Bun­dan bir il əv­vəl – 1908-ci il­də Qur­ba­nə­li Şə­rif­za­də­nin məc­li­si-mə­bu­sa­nın açı­lı­şı mü­na­si­bə­ti­lə təb­ri­ki­nə Ca­vid be­lə ca­vab ve­rir­di: “Bən­də­ni­zi mə­sud Tür­ki­yə­nin bö­yük bay­ra­mı ilə, məc­li­si-mə­bu­san gü­şa­dı ilə təb­rik edi­yor­su­nuz. Fil­hə­qi­qə mə­sud ki­bi­yim, bəl­kə də mə­su­dum”.

Hür­riy­yə­tin baş ideo­loq­la­rın­dan bi­ri H.Ca­vi­din İs­tan­bul­da­kı mü­əl­li­mi Rza To­fiq idi. İs­tan­bul­da­kı təh­sil il­lə­ri onun dün­ya­gö­rü­şü­nün, dü­şün­cə­si­nin for­ma­laş­ma­sın­da xü­su­si rol oy­na­mış­dı. Onun es­te­tik ba­xış­la­rı­nın, əsi­ri ol­du­ğu hə­qi­qət və mə­həb­bət an­la­yı­şı­nın sa­bit­ləş­mə­sin­də İs­tan­bul hə­ya­tı­nın xü­su­si ye­ri var. Bu il­lər­də H.Ca­vid mo­dern türk nəs­ri­nin ən bö­yük nü­ma­yən­də­si olan qə­ləm­daş­la­rı­nın heç bir şe­yə ya­ra­ma­yan, qey­ri-adi olay­lar an­la­dan əsər­lə­ri çe­vir­mə­lə­ri­nə qar­şı olan eti­ra­zıy­la həm­rəy idi; tür­ki­yə­li tər­cü­mə­çi­lə­rin fran­sız­la­rın az-çox cid­di və mə­ha­rət­li ədə­biy­ya­tı­nı yox, gə­rək­siz və çü­rük əsər­lə­ri­nin türk di­li­nə çev­ril­mə­si­nin yol­ve­ril­məz ol­du­ğu­nu qeyd edir­di. Bu il­lə­rin Tür­ki­yə hə­ya­tı H.Ca­vid ya­ra­dı­cı­lı­ğı ilə To­fiq Fik­rət dün­ya­sı­nın ox­şar cə­hət­lə­ri­nin tə­mə­li­ni qoy­maq­day­dı, ey­ni za­man­da da Ca­vi­din bən­zər­siz is­te­da­dı Şərq və Qərb ədə­biy­ya­tı­nın elə bö­yük ədə­bi si­ma­la­rı­nın aura­sın­da for­ma­laş­maq­da idi ki, bu in­ki­şaf onun ədə­bi mə­ka­nı­nın sı­nır­la­rı­nı, coğ­ra­fi əha­tə­si­ni da­ha çox ge­niş­li­yə gö­tü­rür­dü. Tür­ki­yə ədə­bi ic­ti­mai-si­ya­si hə­ya­tı­nın baş­lı­ca fi­qur­la­rın­dan olan N.Ka­mal, Z.Pa­şa, Ş.Sa­mi, R.M.Ək­rəm ki­mi sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğı və hə­ya­ta ba­xış­la­rı, şüb­hə­siz ki, H.Ca­vi­də tə­sir edib. Ey­ni za­man­da H.Ca­vid hə­min dövr­də “Sı­ra­tı-müs­tə­qim” dər­gi­sin­də bir­gə çap olun­du­ğu Yu­suf Ak­çu­ra, Əh­məd Ağa­oğ­lu, Sü­ley­man Na­zif, Ayaz İs­ha­qi, Və­ləd Çə­lə­bi, Əh­məd Mid­hət və baş­qa­la­rı­nın for­ma və məz­mun ax­ta­rış­la­rı­nı diq­qət­lə iz­lə­yir­di. Bu tə­mas­dan ha­si­lə gə­lən dü­şün­cə, mil­li məf­ku­rə, zövq tə­zə­li­yi gə­lə­cək ya­ra­dı­cı­lı­ğın­da Ca­vi­din dün­ya ədə­biy­ya­tın­da­kı cə­rə­yan­la­ra bə­ləd ol­ma­sı­na, türk­çü­lük məf­ku­rə­si­ni yaz­dı­ğı əsər­lə­rin və möv­zu­la­rın əsas ide­ya­sı­na pa­ra­lel şə­kil­də uz­laş­dır­ma­sı­na bir mil­li ideo­loq ki­mi ye­tiş­mə­si­nə və­si­lə ol­du. Bu sə­bəb­lər­dən­dir ki, Ca­vid ya­ra­dı­cı­lı­ğı hər bir mə­qa­mı ilə ha­ra­da­sa To­fiq Fik­rət, Meh­met Akif dün­ya­gö­rü­şü­nün (bax­ma­ya­raq ki, za­ma­nın­da To­fiq Fik­rət­lə Meh­met Akif ara­sın­da mü­əy­yən fi­kir, mü­na­si­bət ay­rı­lı­ğı ya­şan­mış­dı) xə­lə­fi, növ­bə­ti, an­caq bu də­fə da­ha mü­kəm­məl və ge­niş­miq­yas­lı gə­liş­mə­si ki­mi öy­rə­ni­lir.

Ta­ri­xin si­li­nib-po­zul­maz sal­na­mə-müs­tə­vi­sin­də, 1926-cı ilin qə­ni­mət ki­nox­ro­ni­ka yad­da­şın­da H.Ca­vi­di türk­çü­lü­yü­mü­zün fi­kir ba­ba­la­rın­dan olan bir çox gör­kəm­li zi­ya­lı­lar­la ya­na­şı, or­taq ədə­bi türk­cə­nin bö­yük ya­ra­dı­cı­la­rın­dan olan Meh­met Fu­ad Köp­rü­lü ilə bir ara­da I Tür­ko­lo­ji qu­rul­tay­da iş­ti­rak edən gö­rü­rük. Fu­ad Köp­rü­lü H.Ca­vid haq­qın­da Azər­bay­can ədə­biy­ya­tı­nın ən gör­kəm­li si­ma­la­rın­dan bi­ri ki­mi bəhs edir: “…Azər­bay­can ədə­biy­ya­tın­da ilk mən­zum pyes­lə­ri yaz­ma­sı, səh­nə­də İs­tan­bul türk­cə­si­ni kul­lan­ma­sı… tə­miz və iş­lən­miş bir üs­lu­ba ma­lik ol­ma­sı, əsər­lə­ri üzə­rin­də hə­qi­qi bir sə­nət­kar ti­tiz­li­yi ilə ça­lış­ma­sı Azər­bay­can şei­ri­nin tə­ka­mü­lü ta­ri­xin­də ona mü­hüm bir möv­qe tə­min et­miş­dir”.

 

İs­tan­bul­da təh­sil al­dı­ğı il­lər­də H.Ca­vid­də for­ma­la­şan türk­çü­lük an­la­yı­şı­nın qay­na­ğın­da Zi­ya Gö­yal­pın, İs­ma­yıl bəy Qas­pı­ra­lı­nın, Əli bəy Hü­seyn­za­də­nin, Şeyx Cə­ma­ləd­din Əf­qa­ni­nin, Meh­met Aki­fin, Yur­da­qu­lun və baş­qa­la­rı­nın fi­kir, dü­şün­cə ay­dın­lı­ğı bü­tün qap­sa­mıy­la da­yan­maq­da­dır. Bu dü­şün­cə Ca­vid tə­əs­süb­keş­li­yi­nin əsa­sın­da da­ya­nan nü­və ki­mi­dir. Bö­yük şai­rin baş­lı­ca qü­rur mən­bə­yi, qa­li­biy­yət və qəh­rə­man­lıq öy­gü­lə­ri bu sə­bəb­dən hə­mi­şə bö­yük Tu­ran dün­ya­sı, ey­ni za­man­da türk var­lı­ğı ilə bağ­lı ol­muş­dur:

Həp kral­lar, prens­lər, xan­lar,

Ulu şah­lar, ki­bir­li xa­qan­lar,

Pa­pa­lar, həp xə­li­fə­lər hər gün

Diz çö­kər­di tür­kə qar­şı bü­tün…

Zi­ya Gö­yal­pın “Mil­lə­tin şah­lan­mış ima­nı” de­yə təq­dir et­di­yi, Ata­tür­kün “ədə­biy­yat və şe­ir­də ilk ör­nə­yi” olan Ömər Na­ci bə­yi İs­tan­bul­da zi­ya­rət edən­də də, Cə­nu­bi Azər­bay­can məş­ru­tə fə­dai­lə­ri olan, “gənc İran əh­ra­rı­nın ən hə­miy­yətpər­vər­lə­ri”ilə İs­tan­bul­da gö­rü­şən­də də, “yal­nız mə­də­niy­yət” de­yə “Tu­ra­na qı­lınc­dan da­ha kəs­kin, ulu qüv­vət” di­lə­yən­də də H.Ca­vid öz bö­yük mü­əl­lim­lə­ri­nin par­laq dü­şün­cə və məf­ku­rə­lə­rin­dən əxz et­di­yi də­yər­lə­rə is­ti­nad et­miş­di.

“Tür­ki­yə­nin is­tiq­lal şai­ri, üm­mət və mil­liy­yət dü­şün­cə­si­nin par­laq təm­sil­çi­si Meh­met Akif Er­soy H.Ca­vi­din bö­yük gə­lə­cə­yi­nə ina­mı­nı onun şe­ir­lə­ri­nin baş ya­za­rı ol­du­ğu “Sı­ra­tı-müs­tə­qim” dər­gi­sin­də nəş­ri­nə im­kan ya­rat­ma­sıy­la ifa­də et­miş­di. Bu dər­gi­də Ca­vi­din “Ya­di-ma­zi”, “Son ba­har”, “El­mi-bə­şər” və s. ad­lı şe­ir­lə­ri dərc edil­miş­dir.

İs­tər göz ağ­rı­la­rı sə­bə­bin­dən, is­tər­sə də ik­ma­lı-təh­sil üçün Ba­kı mü­səl­man­la­rı­nın ezam et­mə­lə­ri sə­bə­bin­dən ol­sun, hər iki hal­da bi­li­nən odur ki, H.Ca­vid 1906-cı ilin 20 ap­rel gü­nün­də sübh tez­dən İs­tan­bu­la ye­tiş­miş­dir. 24 ya­şı­nın için­dəy­di; İs­tan­bul­da ta­ri­xi bir mə­həl­lə­də, XVI yü­zil­də IV Mu­ra­dın ana­sı tə­rə­fin­dən in­şa et­di­ril­miş Va­li­də­xan­da ya­şa­yıb-ya­rat­mış­dır. Bu dö­nəm­də o, İs­tan­bul­da ya­şa­yıb-ya­ra­dan bir çox gör­kəm­li söz us­ta­la­rı­nın aş­kar tə­si­ri al­tın­da ya­zıb-ya­rat­mış­dır. O, türk ye­ni­lik­çi ədə­biy­ya­tı­nın ha­va­sı­nı da­ha er­kən fəhm edə bil­miş­di. Bu­nun­la be­lə, onun bü­tün son­ra­kı ya­ra­dı­cı­lı­ğı­na, sə­nət kre­do­su­nun mü­əy­yən­ləş­mə­si­nə əsas tə­sir, ca­vid­şü­nas alim Azər Tu­ra­nın qeyd et­di­yi ki­mi, To­fiq Fik­rət­dən və Əbül­həq Ha­mid­dən ol­du. Bu fik­ri bö­yük tür­ko­loq-alim Fu­ad Köp­rü­lü də 1942-ci il­də yaz­dı­ğı bir mə­qa­lə­sin­də xü­su­si ola­raq vur­ğu­la­mış­dır: “Hü­seyn Ca­vi­din ya­ra­dı­cı­lı­ğı yal­nız dil ba­xı­mın­dan de­yil, ümu­miy­yət­lə, fi­kir və sə­nət ba­xı­mın­dan da Ha­mid və Fik­rət tə­sir­lə­ri­nin bir ha­li­tə­si ki­bi tə­ləq­qi olu­na bi­lər”.

Bu gün Azər­bay­can ədə­bi ic­ti­ma­iy­yə­ti­nin Ca­vi­də ver­di­yi də­yər də, əs­lin­də, bir mil­lə­tin soy-kök, mil­li ədə­bi-mə­də­ni, ta­ri­xi ənə­nə­yə bağ­lı məf­ku­rə­nin təs­di­qin­dən irə­li gə­lir. Ca­vi­din is­tə­ni­lən əsə­rin­dən alı­nan bə­dii və fəl­sə­fi tə­əs­sü­rat bö­yük və unu­dul­maz öv­li­ya nə­si­hə­ti ki­mi yad­da­şın də­rin­li­yi­nə çö­kür, in­sa­nın dü­şün­cə­lə­ri­nin tə­miz­lə­nib arın­ma­sı­na sə­bəb olur. Be­lə olan hal­da mil­li yad­da­şın uzun yol­la­rı elə işıq­la­nır ki, hər şey ovuc içi ki­mi gö­rü­nür. Ulu tür­kün özü­nə­dö­nüş ça­ğı­rış sə­si də Ca­vid ro­man­ti­ka­sı­na qa­rı­şa­raq da­ha re­al ola­nı təl­qin edir: “Özü­nə qa­yıt, türk, sən özü­nə qa­yı­dan­da bö­yük olur­san”.

Share: