Bu gün — 9 Noyabr, Vətənimizin qəhrəman oğlu, Zəfər ətriylə yaddaşlara hopmuş Yüksəl Əlizadənin şəhadətə ucaldığı gündür. Bu gün biz bir daha onun ruhu qarşısında baş əyir, igid ömrünün işığına minnətdarlıqla boylanırıq.
Bu gün biz bir daha onun ruhu qarşısında baş əyir, igid ömrünün işığına minnətdarlıqla boylanırıq.
Yüksəl Əlizadə Vətən sevgisini sözlə yox, əməli ilə göstərən, həyatını azadlıq uğrunda fəda edən igidlərimizdən idi. Onun qəlbində yalnız bir amal vardı – “Vətən azad, bayraq ucal, xalq xoşbəxt olsun.”
Bu amal uğrunda o, ölümün üzünə gülümsəyərək getdi və şəhadət zirvəsinə yüksəldi.
Yüksəl Əlizadə bu torpağın fəxri, xalqımızın qürur simvoludur. O, Zəfər gününün nəfəsi ilə yoğrulmuş, adını tarixə qızıl hərflərlə yazmış bir qəhrəmandır.
Onun igidliyi bu gün azad torpaqlarımızın hər daşında, hər çiçəyində yaşayır.

Biz fəxr edirik ki, belə oğullar bu Vətənin bağrından doğulub.
Fəxr edirik ki, Yüksəl Əlizadə kimi qəhrəmanlarımız var ,
şücaəti ilə nəsillərə yol göstərən,
şəhadəti ilə millətin başını ucaldan oğullar!
Ruhu şad olsun, məkanı cənnət olsun!
Zəfər ətri kimi yaşayacaq adı,
azadlığın işığı kimi yanacaq izi !…
Yüksəl Əlizadə, Zəfər Ətirli Qəhrəman!
Səadət Qərib
















